Xəbər lenti



Aprelin 1-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Dünya Bankının regional direktoru Sebastian Molineus ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli və məhsuldar əməkdaşlığın uğurla davam etdirilməsindən məmnunluq ifadə olunub, əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.