Xəbər lenti



Məhz “doğma şəhər” amili Zakir Fərəcovdan çox şey gözləyirdi. Sadə sumqayıtlılar təxminən belə deyirdilər: “Sumqayıtlıdır, şəhəri yaxşı tanıyır, problemləri bilir, yəqin ki, şəhərimiz üçün yaxşı olar”. Bəli,onun gəlişi Sumqayıt şəhəri
 üçün uğurlu oldu, şəhər sanki öz həyatının yeni erasını yaşadı.

  67 il öncə salınan Sumqayıt şəhəri daxili yollarının genişliyi ilə seçilsə də sözsüz ki, şəhərin giriş yolları bu qədər avtomobil üçün hesablanmamışdı. Xüsusilə də səhər və axşam vaxtlarında şəhərə giriş və çıxış edən avtomobillərin çoxluğu illər öncə salınmış yolda müəyyən problemlər yaratmış olurdu.

İkitərəfli hərəkət üçün nəzərdə tutulmuş şəhərin əsas giriş yolunda arakəsmənin olmaması nəticəsində qarşı tərəfin hərəkət zolağına çıxan sürücülər tez-tez qəzalara səbəb olurdu. Yolun ensiz olması xüsusilə də səhər və axşam vaxtlarında tıxaclara səbəb olur, şəhər sakinlərinin narahatlığı ilə nəticələnirdi. Piyadalar üçün hərəkət zolağının olmaması isə şəhər sakinlərini təhlükə ilə üz-üzə qoyurdu. Bunun nəticəsində şəhərin giriş yolunda tez-tez qəza halları, piyadaların ölümü ilə nəticələnən qəzaların şahidi olurduq.
Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra ilk verdiyi göstərişlərdən biri vətəndaşların və nəqliyyat vasitələrinin rahat, maneəsiz, təhlükəsiz şəkildə hərəkətini təmin etmək, nəqliyyat sıxlığının aradan qaldırılması üçün şəhərin əsas giriş yolunun genişləndirilməsi ilə bağlı oldu.
Hazırda şəhərin girişində avtomobil yolunun hər iki istiqamətdə 5 metr genişləndirilərək geniş vərahat yol Sumqaytlıların ixtiyarına verilib.  Avtomobillərin təhlükəsiz hərəkəti təmin edilib.
Yolun genişləndirilməsi ilə paralel olaraq Sülh küçəsinin abadlaşdırılması ilə bağlı verilmiş tapşırıq hazırda uğurla həyata keçirilib. Yolun sağ və sol istiqamətində parkın salınması, istinad divarlarının tikilməsi, modern işıq dirəklərinin quraşdırılması və eləcə də yaşıllaşdırma işləri görülüb.
Şəhərdə ilk dəfə olaraq Sülh küçəsinə polimer asfalt örtüyü vurulub.
Eni 14 metr olan Sülh küçəsinin hərəkət hissəsi yenidənqurmadan sonra 22 metrə çatdırılıb ki, bu da Bakı-Sumqayıt istiqamətindən nəqliyyatın rahat və maneəsiz hərəkətinə şərait yaradır.
     Novxanı-Sumqayıt istiqamətində avtomobil yolunun ətrafında qanunsuz hasarlamaların aparılması, eləcə də illərdən bəri şəhərin əsas giriş yollarından biri olan Novxanı-Sumqayıt dənizkənarı yolunun baxımsız olması burada əsaslı işlərin görülməsi zərurətini yaratmışdı. Ötən il aərzində həyata keçirilən önəmli layihələrdən biri də Sumqayıtın üçüncü girişi hesab olunan Sahil küçəsinin yenidən qurulması ilə bağlı oldu.  Yolun qədim yaşayış məskənlərindən sayılan Corat qəsəbəsindən keçən hissəsində sakinlərin istirahəti üçün də şərait yaradıldı. Yolun kənarlarında parklar salındı, yaşıllaşdırma işləri görüldü və hazırda da bu istiqamətdə işlər davam etdirilir.

  Sumqayıt bulvarı və dənizkənarı parkı həm ərazisinə, həm də landşaftına görə ölkəmizdə mövcud olan əksər parklardan seçilir. Bu parkın ərazicə çox böyük olması ilə yanaşı, çimərliyə birbaşa çıxışının olması onu Bakı bulvarından fərqləndirir. Bir çox üstünlükləri olan dəniz kənarında müasir bulvarın salınması ehtiyacı duyulurdu.
Prezident İlham Əliyev 5 il öncə, 07 iyul 2011-ci ildə Sumqayıt şəhərində səfərdə olarkən burada müasir bulvar kompleksinin mütləq yaradılmalı olduğunu vurğulamışdı: “Sumqayıtda bulvarın tikintisi təşəbbüsünü də mən bir müddət əvvəl irəli sürmüşəm. Mən hesab edirəm ki, Sumqayıt şəhərində mütləq bulvar olmalıdır. Bu bulvar Bakı bulvarının standartlarına uyğun olmalıdır. Sumqayıtın da bu dənizkənarı sahəsindən biz gərək səmərəli şəkildə istifadə edək. Sumqayıtda gözəl bulvar tikilməlidir, çimərliklər yaradılmalıdır. Beləliklə, bu şəhərdə insanların istirahəti üçün çox gözəl guşə yaradılacaqdır.”
Ölkə başçısının bu istəyi Sumqayıt şəhərinə yeni başçı təyin olunan Zakir Fərəcov tərəfindən əsas hədəf kimi qarşıya qoyuldu. Qısa müddət ərzində bulvarın baş planı və eskiz layihəsi hazırlandı və işlərə başlanıldı. Sumqayıt bulvarında genişmiqyaslı tikinti və yaşıllaşdırma tədbirləri paralel olaraq aparıldı.
Qısa müddət ərzində ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan ərazidə bulvarın inşasına başlanıldı. 
Gənclər şəhəri üçün böyük əhəmiyyət daşıyan bulvarda şəhər sakinlərinin piyada gəzintisi, kiçikölçülü gəzinti avtobusları və avtomobil yolu ilə yanaşı velosiped idmanı ilə məşğul olmaq istəyənlər üçün də eni üç metr olan xüsusi hərəkət zolağı salınıb.
Göründüyü kimi, bir çoxları üçün xəyal kimi görünən dənizkənarı bulvarda artıq insanlar istirahət edir. Sumqayıtda dənizkənarı yeni bulvar sakinlərin istifadəsinə verildikdən sonra şəhərin simasını tamamilə dəyişib.

Son illər ərzində Sumqayıt şəhərində ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına hesablanmış mühüm tədbirlərin həyata keçirilməsinə başlayıb. Qısa müddət ərzində aparılan genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri sayəsində Sumqayıt ən abad və yaşıllıqlarla zəngin şəhərə çevrildiyini müşahidə etmək mümkündür.

Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq şəhərin giriş hissəsindən başlayaraq, küçə, park və xiyabanlarında son bir neçə ayda bir milyon beş yüz mindən artıq mövsümü gül, 100 min qızılgül, 70 mindən yuxarı həmişəyaşıl ağac əkililib. Bununla yanaşı, şəhərin park və küçələrində əkilən nadir və dekorativ bitki kolları şəhərə xüsusi gözəlik verir.
Şəhərin küçə və prospektləri boyunca yolun kənarlarına, eləcə də park və xiyabanlara qazon örtüyünün salınıb.
Sözsüz ki, yeni salınmış yaşıllıq sahələrinə su xətlərinin çəkilməsinə, suvarma sistemlərinin quraşdırılmasına ehtiyac duyulurdu. Bu müddət ərzində mövcud yaşıllıqların suvarılmasına xüsusi diqqət yetirildi və yaşıllıq zolaqlarının suvarılması mütəmadi olaraq həyata keçirildi.
Qeyd edək ki, hazırda Sumqayıt şəhərində adambaşına düşən yaşıllıq sahəsi 26,5 kvadrat metr təşkil edir ki, bu da respublika şəhərlərinin orta göstəricisindən yüksəkdir. Lakin buna baxmayaraq, şəhər rəhbərliyinin tapşırığına əsasən göstəricinin daha da artırılması nəzərdə tutulub.

Əsası 1968-ci ildə qoyulmuş Sumqayıt Dövlət Dram Teatrı yarandığı vaxtdan etibarən incəsənət tariximizə bir çox qiymətli səhnə əsərləri bəxş edib.Ölkəmizin zəngin ənənələrə malik qabaqcıl sənət ocaqlarından birinə çevrilərək bu gün də tamaşaçıların dərin rəğbətini qazanmış Sumqayıt Teatrında son dövrlər təmirə ehtiyac yarandığından binada teatrsevərlərə keyfiyyətli tamaşalar təqdim etmək mümkün olmurdu. Sumqayıtda həyata keçirilən önəmli işlərdən biri də məhz 60 il öncə tikilmiş Sumqayıt Dövlət Dram Teatrının binasının əsaslı təmiri ilə bağlı verilmiş qərar oldu. Hazırda teatrda təmir və yenidən qurma işləri yüksək zövqlə və keyfiyyətlə aparılır. 500 yerlik tamaşa və 100 yerlik akt zalı ən müasir avadanlıqlarla təchiz olunub, 360 dərəcə fırlanan səhnə tamamilə yenidən qurulur. Burada ən müasir səs-akustika sistemi quraşdırılıb. Layihəyə əsasən binanın bütün mühəndis-texniki qurğuları əsaslı surətdə yenidən qurulur. Teatrın ekspozisiyasının daha cəlbedici görünməsi üçün milli arxitektura nümunələrindən istifadə edilib. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunur, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənib. Teatrın köhnə parket döşəməsi sökülərək, monolit dəmir-beton plitələrlə əvəz lənib, binadakı sütunlar isə mərmərdən düzəldilib. Binada tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə tamaşaçılara təqdim etmək üçün müasir avadanlıqlar, işıqlandırma sistemi quraşdırılıb.

Şübhəsiz ki, bütün bu işlər Sumqayıt sakinlərinin sənətin ayrılmaz hissəsi olan teatra marağının atrmasına səbəb olub. Bütün bu görülən işlər teatrın kollektivini çox sevindirir. Aktyorlar bildirirlər ki, müasir bina teatr sənətinin yenidən dirçəlməsinə şərait yaradacaq.
Binanın fasadı əvvəlki görünüşünü saxlamaqla, üzlük daşlarla üzlənib. Teatr binası istər daxilən, istərsə də xaricən özünəməxsus memarlıq üslubu ilə fərqlənir.
  Sumqayıtda illərlə həllini gözləyən problemlərdən biri də istismar müddətini başa vurmuş liftlərlə bağlı idi. Sumqayıt şəhərində çoxmənzilli binaların sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə başlanıldı, o cümlədən lift təsərrüfatının yenidən qurulması sahəsində mühüm işlər görüldü.

Prezidenti İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan maliyə vəsaitinin ayrılması ilə bağlı sərəncam imzadı.
Qısa müddət ərzində şəhərin mənzil fonduna daxil olan çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazası yeniləndi, uzun müddət yararsız və nasaz vəziyyətdə olan liftlər yeni və müasirləri ilə əvəzləndi. Şəhərin 6, 9, 10, 13 və 18-ci mikrorayonlarında 140 lift dəyişdirildi,  18, 13, 17, 6, 10-cu mikrorayonlarda 60 ədəd yeni və müasir liftin quraşdırılması işləri həyata keçirilib.

  Zakir Fərəcov Sumqayıt şəhər icra Hakimiyyətinin başçısı təyin olunarkən şəhərdə illərdən bəri yığılıb qalan sosial-iqtisadi problemlər mövcud idi. Zakir Fərəcov Sumqayıta “yad adam” sayılmır. Əmək fəaliyyətinə Sumqayıtda başlayan Zakir Fərəcov uzun müddət bu şəhərdə rəhbər vəzifələrdə çalışan şəxs kimi şəhəri kifayət qədər yaxşı tanıyır və şəhərin problemlərinə yaxından bələddir.

İstər Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyində, istərsə də Sumqayıt bələdiyyəsinin sədri işləyərkən ciddi fəaliyyəti ilə seçilən Zakir Fərəcov şəhərə rəhbər təyin edilərkən qarşısında böyük hədəflər var idi. Şəhərin illərdən bəri yığılıb qalan problemlərini tənbəl və bacarıqsız, şəhərə bələd olmayan şəxslərlə bir komandada həll etmək mümkün deyildi. Bunu çox gözəl bilən Zakir Fərəcov qısa müddət ərzində şəhər təsərrüfatına, şəhərə bələd olan, səriştəli və bacarıqlı kadrları öz komandasına cəlb etdi.

 Sumqayıt şəhərində diqqəti cəlb edən dəyişikliklərindən biri də yaşayış binalarının təmiri və yenidən qurulması oldu. Şəhərin ümumi mənzərəsinə xələl gətirən binaların görkəminin dəyişdirilməsi ilə bağlı görülən işlər nəticəsində əsas küçə prospektlər tamamilə yeni və gözəl görünüş aldı.

Qısa müddət ərzində ötən əsrin ortalarında tikilib istifadəyə verilən Heydər Əliyev, Azərbaycan prospektləri və 20 Yanvar küçəsi boyunca yaşayış binalarının fasad və dam örtükləri əsaslı şəkildə təmir olundu. Binalar yüksək keyfiyyətli aqlay üzlüklərlə və şəhərin ümumi memarlıq üslubu gözlənilməklə üzləndi. Keçən əsrin ortalarında tikilən evlərin fasadında olan naxış və ornamentlər yenidən aqlay daşı üzərində oyularaq bərpa edildi ki, bunu da şəhərin memarlıq üslubunun bərpası və qorunması istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirmək olar.
Bununla yanaşı şəhərin 5 və 9 mərtəbəli binaların üz fasadlarının yenidən rənglənməsi işlərinə başlanıldı. Hazırda 60-dan çox binanın fasad hissəsində təmir işləri aparılaraq müasir üslubda rənglənmə işləri həyata keçirildi.

  Dam örtüklərinin yararsız vəziyyətdə olması yağışlı havalarda xüsusilə binaların sonuncu mərtəbələrində yaşayan şəhər sakinlərinin ciddi narahatçılığına səbəb olurdu. Hər il eyni problemlə qarşılaşan şəhər sakinləri və Mənzil-Komunal İstismarı Sahələri vəziyyətdən çıxış yolu kimi müxtəlif vasitələrdən istifadə etmək məcburiyyətində qalırdı.

Qısa müddət ərzində yararsız vəziyyətdə olan 250 binanın dam örtüyünün dəyişdirilməsinə başlanıldı.Beləliklə, Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüyünün dəyişdirilməsi məqsədi ilə Prezidentint İlham Əliyevin imzaladığı sərəncam şəhər sakinlərinin yağışlı havada qarşılaşdığı problemləri aradan qaldırmaqla yanaşı, ayrı-ayrı şəxslər tərəfindən binaların dam örtüyünə vurulmuş asbest şiferlərin yaratdığı təhlükədən də şəhər sakinlərini xilas etmiş oldu.

   Sumqayıt şəhərində atılan önəmli addımlardan biri də müasir üslubda Heydər Əliyev Mərkəzinin tikintisi ilə bağlı oldu. Ümummilli Liderin adını daşıyan parkda tikilən mərkəzin binası 4 mərtəbədən ibarətdir. Milli və müasir memarlıq ənənələrini əks etdirən möhtəşəm mərkəz artıq indidən əzəməti ilə diqqət çəkir. Burada 400 nəfərlik akt zalı, nikah mərasimlərinin keçiriləcəyi zal, gənclər üçün müzakirə və diskussiya zalları, elektron kitabxana da yaradıldı. Möhtəşəm görünüşü ilə hər kəsi heyran edən mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı da fəaliyyət göstərir. 

  Tikintisinə başlanılan mərkəzlərdən biri də Şahmat Məktəbi oldu. Müasir üslubda tikilən ikimərtəbəli binada yarış zalı, sinif otaqları, kompüter və elektron kitabxana otağı, oyunların canlı izlənməsi zalı və digər otaqlar yaradıdı.

Sumqayıt şəhərində uzun illərdən bəri həllini gözləyən problemlərdən biri də məhəllədaxili yolların asfalt örtüyünün yenilənməsi idi.Yeniləşmə dövründə  ilk reaksiya verilən problemlərdən biri də məhz məhəllədaxili yolların təmiri ilə bağlı oldu.

Sumqayıt Şəhər İcra Hakimiyyətində hazrılanan xüsusi proqram çərçivəsində mikrorayon və məhəllədaxili yollar da mərhələli şəkildə təmir olundu.
Ötən dövr ərzində Şəhərin yol infrastrukturunun yenilənməsinin tərkib hissəsi olaraq 1, 3, 6, 9, 13, 17 və 18-ci mikrorayonlarda, 19, 21, 45, 47, 48-ci məhəllələrdə daxili yolların yenilənməsinə başlanıldı. Bağlar massivinə gedən 17 və 18 nömrəli marşrutların yolları əsaslı təmir olundu, yeni asfalt örtüyü salındı.
 Şəhərin 6, 9 və 13-cü mikrorayonlarında uzun müddət yararsız vəziyyətdə olan yolları hazırda asfalt örtüyü salınd. 

Sumqayıt şəhərində illərdən bəri həllini gözləyən məsələlərdən biri də məktəbəqədər təhsil müəssisələrinin vəziyyəti idi. Şəhərdə mövcud baxçaların dam örtüyünün dəyişdirilməsinə, istilik sizsteminin bərpa olunmasına ehtiyac duyulurdu. Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətində fəaliyyətə başladığı ilk gündən şəhərdə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin qısa müddətdə təmir olunması göstərişini verdi. Şəhərdə mövcud baxçaların əksəriyyəti, 56 uşaq bağçasından 48-i qısa müddət ərzində əsaslı təmir edildi, dam örtükləri yenilənərək istilik sistemi bərpa olundu. 

  

umqayıt şəhər əhalisinə göstərilən tibbi xidmət işinin bütün sahələr üzrə yaxşılaşdırılması, xəstəliklərin profilaktikası, əhaliyə, ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması diqqət mərkəzində oldu. Tibbi müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, şöbə və struktur bölmələrin təchizatının yaxşılaşdırılması, inzibati binaların və həyətyanı sahələrdə abadlaşdırma işlərinin aparılması sahəsində tədbirlər görüldü.

200 binanın zirzəmisi, 20-dən çox qəzalı vəziyyətdə olan binada aşağı kommunikasiya xətlərinin təmirinə, təmir-bərpa işlərinə ehtiyac yaranmışdı. Sumqayıt şəhərində çoxmənzilli binaların zirzəmilərində aşağı kommunikasiya xətlərinin təmirinə, zirzəmilərin qurudulmasına və dezinfeksiya işlərinə başlanıldı. Hazırda bu istiqamətdə aparılan işləri öz həllini tapdı.

Sumqayıt şəhər sakinləri arasında keçirilən sorğular, sosal şəbəkələrdə aparılan müzakirələr göstərir ki,  ölkə başçısının Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafına dair verdiyi sərəncamlar, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi altında şəhərdə həyata keçirilən layihələr şəhər ictimaiyyəti tərəfindən müsbət qarşılandı.