Xəbər lenti



Elşadla Gülşən üz-üzə, göz-gözə sehirlənmişdilər. Çoskin yağış uca boylu, iri qumral gözlü, sivri burunlu, qönçə dodaqlı, əsmər bənizli Gülşənin qıvrım, uzun saçlarına inci kimi səpələnirdi. Kənd cavanlarının içində sayılıb-seçilən, vurub-tutan, boyunu çinardan alıb, baxışını oddan götürən gen sinəli, tunc biləkli Elşad bu on yeddi yaşlı qızın qarşısında qolu bağlı qul kimi dayanmışdı. O bacısından gülşənə onlarla sevgi məktubu göndərmişdi. Aylarla Gülşənin insafa gəlib onnan görüşəndə nə deyəcəyini təkrarlamışdı. İndi isə dili söz tutmurdu. Nə deyəcəyini, nədən başlayacağını bilmirdi.... Elşad çətinliklə də olsa dilləndi: -Sağ ol ki gəldin gülüm. Özün bilirsən də, bir ildi ürəyimdəsən. Bilirəm ki sən də məni istiyirsən. Uşax döyüləmki...Daha səbrim qalmıyıb.İstiyirəm elçi göndərim sənə. Evdə də demişəm. Anam gil də razıdılar. Ostiyirəm sənin dilinnən alım razılığını. Nə deyirsən? Gəlsinmi anam Əsmər xaladan səni ostəməyə? Bircə kəlmə hə de sabah anam sizdədi... Gülşən başını aşağı salıb gözlərini yerə dikmişdi. Eşitdiyi sözlərdən, həyəcannan yanaqları bir az da allanmışdı. Əllərini ovuşdura-ovuşdura nə isə demək istədi. Səsi titrəyib qırıldı...Sükutu yenə Elşən pozdu: -Dillən də qurban olum...Əgər bir söz deməsən fikirləşəcəm ki istəmirsən məni... Gülşən cəld başını qaldırıb Elşadın sevgi dolu gözlərinə baxdı. Ürəyi daha şiddətlə çırpındı. -Elşad mən...Nə deyim axı...Elə şeylər var ki, demək olmur. Adamın dodağında düymələnib qalır. - Mən açaram o düyməni- bunu Elşad dedi gülümsəyərək. Gülşən qaçaraq uzaqlaşdı Elşaddan. Elə o axşam Elşadın atası Əmir kişiynən anası Qiymət arvad məsləhətləşib qərara gəldilər ki, əvvəlcə Qiymət gedib qızın anasının ağzını arasın. Sonra el adətiynən elçi gedib nişan eləsinnər. Yaşı kəbinə düşən kimi də toy eliyib gəlini gətirsinnər. Əmir kişi gəlininin ali təhsil almağını istəmirdi. Heç öz qızlarını da oxutmamışdı. Deyirdi adam qızını oxutmaqdansa kürəkənini oxutsa yaxşıdı. Elşad oxuyub, yaxşı da işdə işdiyir bəsdi. Gəlin də gəlib bu evə-eşiyə yiyə dursu, oğul-uşax böyütsün bəsimizdi. Məsəl var deyillər evdə kişi fəhlədi, arvad bənna. Kişi verdiyini arvad üst-üstə yığıb ev qurar. Əmir kişinin də sözünün qabağına söz, əlinin qabağına əl qoyulmazdı. Deyilən kimi olldu. El adətiynən elçilik nişan oldu. Əmir kişinin sevincinin sərhəddi yoxuydu. Dörd qızdan sonra olmuşdu Elşad. O anadan olanda yeddi qurban kəsmişdi Əmir kişi. İndi də şükür deyib təmtəraqlı bit toya hazırlaşırdı. Hə, atalar demişkən sən saydığını say gözlə gör Fəlğk nə sayır... Tarix boyu gözəlliyinə, coğrafi məkanıına, cənnəttimsal təbiətinə görə yadellilərin təcavüzünə məruz qalan, Azərbaycanın qədim doyarı Qarabağın qara günləri yenidən başlandı. "Qu" deyəndə qulaq tutulan Topxana meşəsində quşların nəğməsini silah səsləri əvəz eləmişdi. Yaxası kəklik yuvası olan qayaların sinəsinə mərmilər çal-çarpaz dağlar çəkmişdi. Qarı düşmən, Ermənistan Azərbaycana qarşı ədalətsiz müharibəyə başlamışdı... Ölkənin hər yerindən Vətənin müdafiəsinə könüllülər gəlirdi. Belə könüllü batalyonların birinə də Elşad başçılıq edirdi. O arabir evlərinə gələndə ansı toyda söhbət açırdı. Elşad qəti etiraz eliyirdi. Gülşən də nişanlısını toya görə tələsdirmirdi. Elşad yenə evə gəlmişdi. Bu dəfə atası toy barədə qəti qərar verdi. Elşadın yanında Qiymətə üzünü tutub dedi: -Ay arvad, əl-ayağını yığışdır, hazırrığını gör bu bazar gəlinə paltarkəsdi(qız toyu) eliyəjəm. Əyər-əysiyin nə varsa de maaa. Allahın köməyiynən gələn bazar da gəlinimi gətirjəm . Bunu eşidən Elşad qəti etiraz elədi: -İndi toy vaxtı döyül. Müharibə gedir. Mən də döyüşürəm. Müharibəyə hər gedən sağ qayıtmaz axı. Harxın qızını gətirif bədbax eləməyin. Qoy bu dığaları gəldiyikləri yerə qovaq sonra toy eliyək. Əmir kişi hirsnən əlini stola çırpıb səsini qaldırdı. Üzüü Elşada tutdu: -Sən nə vaxtda yekəlif mənim sözümün üstünə söz deyən olufsan əəə?. ..Yoxsa elə bilirsən beş-altı tüşman gəbərdifsən deyin mənnən qoz-qoz oynuya bilərsən? Mən tpyu eliyəjəm! Qoy qara zurnanın səsi tuşmanın qulağını batırsın. Görsünnər ki toyumuzdan-şenniyimizdən qalmırıx. Elşad əsəbi halda: -Ay papa... Əmir onun sözünü kəsdi: - Ayə səni də deyəjəm indi papanı da. Axı sən birini fikirləşirsən birini yox. Mən qalmışam əl-amanda. Bu gəlin atasız uşaxdı. Bir dul arvadın qoltuğunda qalıf kəndin o başında. Top-tüfəng səsi gələndə bilmirəm o iki zənənqorxması deyin onnarın yanına qaçım, ya öydə olum. Yüz dəfə demişəm qaynənə ki, ay Əsmər, a bacı, yığışın gəlin bura. Yekə öylərdi qalın birin ara sakitdəşəndə gedərsən. Deyir yox, camahat nə deyər. Qınamıram da arvadı. Bir yana baxanda düz deyir. Ancax toydan sonra zor-xoş onu da gətirəjəm qızıynan olsun. Qaldı ki sən, toydan bir gün əvvəl gələrsən toydan sonra qayıdarsan. İndi var get yoldaşdarının yanına şər qarışır. Elşadın razılaşmaqdan başqa yolu qalmadı. Deyilən vaxt çal-çağırnan, təmtəraqnan qız evində toy oldu. Gəlinin cehizi gəldi oğlan evinə. Bəy otağı bəzəndi. Bazar günü oğlan toyuna dəvətnaməl