Xəbər lenti



Bu elin qızıyam, elimə bağlı ,
Vətənim gözəldi, dərəli,dağlı,
Suyum sərin olub, çörəyim yağlı,
Ulu rəhbərim tək , pak imanlıyam.
Fəxr edirəm ki, Azərbaycanlıyam.


Nigarın, Həcərin ruhu canımda.
Təmiz qan dövr edir, şah damarımda. 
Vətəndaş hüququ ixtiyarımda.
Mən Heydər babamın şüarındayam,
Fəxr edirəm ki, Azərbaycanlıyam.


Rəhbərim Ilhamdı ,hər an bizimlə, 
Vətənə xidmətin gördüm gözümlə, 
Düzgün qiymət verdim ona sozumlə,
Rəhbərim İlham tək, düz amallıyam,
Fəxr edirəm ki, Azərbaycanlıyam.


İlhama dayaqdı Mehriban xanim.
Onlar əzizimdi , ümid gümanım. 
Yurduma bağlıdı əhdim , peymanım.
Vətəndaş ruhunda adlı-sanlıyam,
Fəxr edirəm ki, Azərbaycanlıyam. 


Şairi, loğmanı , sənətkarı var.
Şiş dağı, yamacı, bulaqları var.
Dincəlib, yatmalı yaylaqları var.
Belə varlıqlarla şöhrət, şanlıyam
Fəxr edirəm ki, Azərbaycanlıyam.


Heydərin imzası qılınc tək iti.
Hər sözü kəsərli, fikiri qəti.
İrəli apardı xalqı, milləti. 
Belə bir imzadan min vuqarlıyam,
Fəxr edirəm ki, Azərbaycanlıyam.

Nizamlı ordumuz, üç rəngli bayraq,
Himnimiz, gerbimiz,bu ana torpaq,
Bizimdir gur yanan, alovlu ocaq,.
Vətəni sevirəm, vətən canlıyam .
Fəxr edirəm ki, Azərbaycanlıyam. 

          Yasəmən Qəyyumlu.