Xəbər lenti


Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

EDALETYOLU.az-ın xəbərinə görə, Kremlin yaydığı məlumatda bildirilir ki, Putin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli göüşü barədə Ərdoğanı məlumatlandırıb.

Ərdoğan Qarabağ nizamlanması ilə bağlı səylərində Rusiyaya dəstəyini ifadə edib, bu məsələyə dair fəaliyyətdə, o cümlədən regionun iqtisadi inkişafı və qarşılıqlı səmərəli layihələrin irəliləməsi baxımından Rusiya və Türkiyə arasında koordinasiyanın davam etməsinin tərəfdarı olduğunu bildirib.



2020-2021-ci tədris ilinin II yarımilinin başlaması ilə əlaqədar yanvar ayının sonunda “Virtual məktəb”də müəllim və şagird təqvimləri yenilənəcək. 

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, təqvimlər yeniləndiyi tarixdən sonrakı bütün tədbirlər silinəcək. Məqsəd platformada təqvim yüklülüyünün azaldılması və nəticədə istifadə rahatlılığının artırılmasıdır.

Fevral ayından etibarən təqvimin düzgün idarəedilməsi məqsədi ilə müəllimlərdən dərs görüşlərini yaradarkən ümumi və regional qrupları deyil, tədris etdikləri sinfin müvafiq fənn kanalını seçdiklərindən əmin olmaları xahiş olunur. Həmçinin, dərs görüşləri məktəb rəhbərliyi və ya sinif rəhbəri tərəfindən deyil, fənn müəllimi tərəfindən yaradılmalıdır.



“Milli Məclisin payız sessiyasında 19 iclas keçirilib, 86 qanun qəbul edilib”.

EDALETYOLU.az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) bugünkü iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, MM qanunvericilik səlahiyyətlərini tam olaraq yerinə yetirib.

 

“Bizim əsas vasitəmiz parlament diplomatiyası idi. Erməni faşistlərinin iç üzünü açmaq üçün bütün işlər görülüb. 500-ə qədər məktub xarici ölkələrin parlamentlərinə göndərilib. Deputatlarımız xarici ölkələrdəki həmkarları ilə onlayn görüşlər keçirib, telefonla danışıb, haqq işinə öz dəstəyini vermək üçün əlindən gələni ediblər. Milli Məclisdə Prezident İlham Əliyevə müraciət qəbul edilib, Qarabağ müharibəsinin başa çatması münasibətilə müdrik rəhbəri təbrik edib, xalqımıza təşəkkürümüzü çatdırmışıq. Vətən müharibəsi başa çatdıqdan sonra Fransa və İtaliya parlamentlərarası dostluq qruplarının üzvləri Azərbaycana gəlib və erməni terrorçularının törətdiyi cinayətlərlə yerində tanış olublar”, - deyə S. Qafarova vurğulayıb.

 



Ermənistan Polisinin Daxili Qoşunlarının komandir müavini, polkovnik Samvel Akopyan istefa verib.

APA-nın məlumatına görə, S. Akopyan hakimiyyət orqanlarının müxalifətin etiraz aksiyaları fonunda qanunsuz əmrlər verməsini əsas gətirərək istefa ərizəsi yazıb.

Qeyd edək ki, Ermənistanda xeyli müddətdir kütləvi etiraz aksiyaları keçirilir.

 

Müxalifətin təşkilatçılığı ilə keçirilən aksiyalarda Baş nazir Nikol Paşinyanın istefası tələb olunur.

 
Ünvan: Bakı şəhəri, Mətbuat pros. 529 məh. "Azərbaycan" nəşriyyatı 9-cu mərtəbə
 

                      Əlaqə  nömrəsi 051 706 56 36     
                                                ---   ---   --  --

"Ədalət yolu" qəzetinin  internet portalı - Edaletyolu.az  2015 ci il aprelin 15-də fəaliyyətə başlayıb. Müstəqil informasiya siyasətini həyata keçirən media qurumudur. www.edaletyolu.az xəbər portalında  Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bağlı baş verən maraqlı xəbərləri oxuculara təqdim edir. Bundan əlavə, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. İnternet qəzet siyasi və sosial qrupların heç birinə qarşı ayrı seçkilik etmir, tam obyektiv ədalətli və müstəqil olaraq, şərhsiz xəbər verir. Redaksiyada və qəzetin internet saytında telefon nömrələri fəaliyyət göstərir. Qarşılaşdığınız hadisələrlə bağlı məlumat verə bilərsiniz. Hər kəsi aktiv əməkdaşlığa dəvət edirik.

"Ədalət Yolu" qəzetinin təsisçisi və baş redaktoru: Yasəmən Qəyyumova.

"Ədalət Yolu" qəzetinin redaktoru : Qəyyumov Mirfirudin

"Edaletyolu.az"-ın xəbər portalının
  Qəyyumov Mirfirudin