Xəbər lenti

 
Niyə də İrəvana qayıtmayaq? - İlham Əliyevdən düşmən ölkəni silkələyəcək sözlər

"Azərbaycan tarixini silmək istəyənlər belə öyrədilib ki, guya onlar qəhrəmandırlar, əslində isə cinayətkardırlar. Azərbaycanlıları qətlə yetirən, soyqırımı törədən Şaumyan və digərləri və başqa misallar var. Beləliklə, biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin”.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında söyləyib.

Zəngəzurun qədim Azərbaycan ərazisi olduğunu vurğulayan İlham Əliyev deyib: "Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. Mən Göyçə deyərkən, onlar hazırda Sevan gölü adlandırırlar. Bu, bir həqiqətdir. 20-ci əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Siz oraya baxarkən Sevan görməyəcəksiniz. Siz orada Göyçəni görəcəksiniz. İrəvanla bağlı da eyni məsələdir. Onlar İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım daxil olmaqla, azərbaycanlılar orada yaşayıblar”.

Dövlət başçısı qeyd edib ki, bu, faktdır: "Lakin bu o demək deyil ki, bizim ərazi iddialarımız var. Mən demişəm, bəli, biz oraya qayıdacağıq. Mən deməmişəm ki, biz oraya tankla qayıdacağıq. Mən demişəm biz qayıdacağıq. Bu o deməkdir ki, niyə də yox. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə niyə də biz İrəvana qayıtmayaq. Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm”.


Bölmənin digər xəbərləri

06 May 2021 Azərbaycanda son sutkada 2057 nəfər COVID-19-dan sağalıb, 844 nəfər yoluxub
04 May 2021 Azərbaycanda son sutkada 2091 nəfər COVID-19-dan sağalıb, 963 nəfər yoluxub
27 Aprel 2021 "YAŞAT" Fondu daha bir şəhidin yeni doğulan övladına hesab açacaq
27 Aprel 2021 Azərbaycanda daha 2383 nəfər COVID-19-dan sağalıb, 1307 nəfər yoluxub, 27 nəfər vəfat edib
24 Aprel 2021 “Azərbaycan Rusiyadan izahat tələb etməli, Laçın dəhlizində post qurulmasına çalışmalı…” – Qarabağda nə baş verir?
24 Aprel 2021 Azərbaycanda son sutkada 1676 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib
22 Aprel 2021 VMƏK İB Ramazan bayramında şəhid ailələrinə və Qazilərə bayram sovqatı verdi+FOTOLAR
21 Aprel 2021 Yayda maskalardan imtina etmək olarmı? – TƏBİB AÇIQLADI
21 Aprel 2021 Azərbaycanda son sutkada 2075 nəfər COVID-19-a yoluxub, 2 480 nəfər sağalıb, 32 nəfər vəfat edib
20 Aprel 2021 Azərbaycanda bir gündə 2197 nəfər COVID-19-a yoluxub, 34 nəfər vəfat edib
19 Aprel 2021 Azərbaycanda son sutkada 995 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
16 Aprel 2021 Azərbaycanda son sutkada COVID-19-dan sağalanlar yoluxanlardan çox olub
15 Aprel 2021 Azərbaycanda son sutkada 2317 nəfər COVID-19-a yoluxub, 36 nəfər vəfat edib
14 Aprel 2021 Azərbaycanda daha 2293 nəfər COVID-19-a yoluxub, 31 nəfər vəfat edib
12 Aprel 2021 Azərbaycanda daha 1151 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
12 Aprel 2021 Balaxanı Sənaye Parkının ərazisində istehsal, emal və xidmət müəssisələri yaradılacaq
10 Aprel 2021 Azərbaycanda son sutkada 2192 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib
10 Aprel 2021 Azərbaycan Prezidenti Türkiyə səfirini “Dostluq” ordeni ilə təltif edib
08 Aprel 2021 Türk Şurası Bakıda TOPLANIR
06 Aprel 2021 Azərbaycanda son sutkada 2035 nəfər COVID-19-a yoluxub, 32 nəfər vəfat edib