Xəbər lenti



"30 il öncə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonlarının işğalı zamanı törədilən qətliamlar, azərbaycanlı qardaşlarımızla birgə bizim də ürəyimizi dağlamışdı".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 24-də hakim Ədalət və İnkişaf Partiyasının 7-ci qurultayında deyib.

“Üç ölkə ATƏT-in Minsk qrupunun həmsədrliyi adı altında bu münaqişənin həllini öz üzərinə götürsə də, 30 il ərzində problemi yalnız daha qarışıq vəziyyətə gətirməkdən başqa heç bir iş görmədilər. Azərbaycanlı qardaşlarımız bu müddət ərzində hər zaman münaqişənin dialoq və qarşılıqlı anlaşma ilə həlli üçün səy göstərdilər. Buna baxmayaraq Ermənistan tərəfi zaman-zaman təxribatları davam etdirmiş, dialoq yollarını bağlayan tərəf olmuşdur.

Ötən ilin son aylarında Ermənistan ordusu yenidən Azərbaycana hücum etdi. Belə olan halda Türkiyə olaraq bütün imkanlarımızla azərbaycanlı qardaşlarımızın yanında dayandıq. Türkiyənin dəstəyi, Azərbaycan ordusunun qəhrəmalığı və dastanlara yazılacaq mübarizəsi ilə bu murdar işğala son qoyuldu. Türkiyə və Azərbaycan qardaşlığını daha da gücləndirən bu mərhələnin imzalanan razılaşmalar formasında başa çatması üçün prosesi yaxından izləməkdə davam edəcəyik", - o vurğulayıb.

Bölmənin digər xəbərləri

04 May 2021 Radiotezliklər üzrə Dövlət Komissiyası yaradılıb
03 May 2021 İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb
03 May 2021 Gündəm Xəbər xətti İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı
03 May 2021 Azərbaycan Prezidenti Serbiyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
27 Aprel 2021 Azərbaycan Prezidenti BMT tribunasından Ermənistanı bir daha ifşa etdi - TƏHLİL
24 Aprel 2021 Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfiri geri çağırılıb
21 Aprel 2021 Hacıqabulda yol tikintisinə 5 milyon manat ayrılıb
20 Aprel 2021 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
19 Aprel 2021 Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nizamnamə fondunun məbləği açıqlanıb
16 Aprel 2021 DSK ilə İƏT arasında imzalanmış memorandum təsdiqlənib
14 Aprel 2021 Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb
14 Aprel 2021 Prezident: "Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə öz dəmir yolunu Naxçıvan və Türkiyə ilə birləşdirəcək"
12 Aprel 2021 İlham Əliyev təltif olunan hərbçilərlə görüşdü – FOTOLAR
12 Aprel 2021 Prezident: “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan qələbəni qazanmışıq”
08 Aprel 2021 Ermənilərin Ağdabanda azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 29 il ötür
06 Aprel 2021 Vətən Müharibəsi Əlillərinə kömək İB-nin idarə heyyətinin fəalları KOMİTƏ SƏDRİ ilə görüşdülər
06 Aprel 2021 Azərbaycan və Türkiyə ordularının rabitə qoşunları birgə təlimlərə başlayıb
05 Aprel 2021 Prezident: "Azad edilmiş torpaqlarda su anbarlarının bütün parametrləri təhlil edilməlidir"
05 Aprel 2021 Prezident İlham Əliyev Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədrini qəbul edib
01 Aprel 2021 İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqlar yaradılıb