Xəbər lenti



“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti İnvestisiya Holdinqinin idarəetməsinə verilib. 

Edaletyolu.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 16 aprel tarixli 2761 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncamda əksini tapıb. 

Sərəncama əsasən, 

Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

Azərbaycan Respublikasının Prezidentinə:

- Cəmiyyətin yenidən təşkili və ləğvi;

Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə:

- Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

- Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

- Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi;

- Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;

- Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.

- Müəyyən edilib ki:

Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 7 (yeddi) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

Cəmiyyətin Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:

- Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;

- Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;

- Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər vermək;

- aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;

- mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, Cəmiyyətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;

- Cəmiyyətin fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;

- Cəmiyyətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;

- Cəmiyyətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

- bu Sərəncam nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Cəmiyyətin Nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.”.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

3. Azərbaycan İnvestisiya Holdinqi:

- “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini altı ay müddətində təsdiq etsin;

- beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını altı ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- bu Sərəncamın 3.2-ci bəndində nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

Bölmənin digər xəbərləri

06 May 2021 Prezidentdən SƏRƏNCAM: 1,82 milyon manat ayrıldı
06 May 2021 Kazım Qurbanov “Əmək” ordeni ilə təltif edilib
04 May 2021 Radiotezliklər üzrə Dövlət Komissiyası yaradılıb
03 May 2021 İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb
03 May 2021 Gündəm Xəbər xətti İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı
03 May 2021 Azərbaycan Prezidenti Serbiyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
27 Aprel 2021 Azərbaycan Prezidenti BMT tribunasından Ermənistanı bir daha ifşa etdi - TƏHLİL
24 Aprel 2021 Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfiri geri çağırılıb
21 Aprel 2021 Hacıqabulda yol tikintisinə 5 milyon manat ayrılıb
20 Aprel 2021 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
19 Aprel 2021 Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nizamnamə fondunun məbləği açıqlanıb
16 Aprel 2021 DSK ilə İƏT arasında imzalanmış memorandum təsdiqlənib
14 Aprel 2021 Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb
14 Aprel 2021 Prezident: "Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə öz dəmir yolunu Naxçıvan və Türkiyə ilə birləşdirəcək"
12 Aprel 2021 İlham Əliyev təltif olunan hərbçilərlə görüşdü – FOTOLAR
12 Aprel 2021 Prezident: “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan qələbəni qazanmışıq”
08 Aprel 2021 Ermənilərin Ağdabanda azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 29 il ötür
06 Aprel 2021 Vətən Müharibəsi Əlillərinə kömək İB-nin idarə heyyətinin fəalları KOMİTƏ SƏDRİ ilə görüşdülər
06 Aprel 2021 Azərbaycan və Türkiyə ordularının rabitə qoşunları birgə təlimlərə başlayıb
05 Aprel 2021 Prezident: "Azad edilmiş torpaqlarda su anbarlarının bütün parametrləri təhlil edilməlidir"