Xəbər lenti



"Digər önəmli məsələ azad edilmiş torpaqlarda meliorativ tədbirlərin görülməsi ilə bağlıdır. Azad edilmiş torpaqlarda bizim böyük su mənbələrimiz mövcuddur və su mənbələrimiz orada formalaşır. Biz uzun illər ərzində, 30 ilə yaxın müddətdə bu imkanlardan məhrum idik". 

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini, o cümlədən bu sahədə də aparırdı və bizə qarşı ekoloji terror təşkil edilib: "Meşələrin qırılması, qoruqların məhv edilməsi - 54 min hektar meşə sahəsi ermənilər tərəfindən kəsilib, dağıdılıb, talanıb, oğurlanıb və bu, böyük cinayətdir. Dəymiş bütün ziyan indi hesablanır, o cümlədən bu ziyan da hesablanacaq. Onlar bizi sudan məhrum etmişdilər. Sərsəng su anbarı və Suqovuşan su anbarı onların nəzarətində idi. Bu iki su anbarını 1970-ci illərdə ulu öndər Heydər Əliyev tikdirib. Onun təşəbbüsü ilə bu su anbarları tikilib ki, Ağdam, Tərtər, Goranboy, Bərdə və digər rayonlarımızda suvarma işləri aparılsın. Sərsəng su anbarının əsas məqsədi, funksiyası sadaladığım və digər rayonlarımıza suyun verilməsi idi. O vaxt bu mənbədən 100 min hektara yaxın torpağa su verilirdi, eyni zamanda, Suqovuşandan da. O daha kiçikhəcmli su anbarıdır. Sərsəng su anbarında 500 milyon kubmetrdən çox su toplanırdı. Ancaq ermənilər suyumuzu kəsirdilər, qışda ekoloji ziyan vurmaq üçün qəsdən buraxırdılar, yaz-yay aylarında suyu kəsirdilər, biz susuz qalmışdıq. Biz o bölgənin suvarılması ilə bağlı xüsusi tədbirlər planı hazırlamışdıq və mənim göstərişimlə orada yüzlərlə subartezian quyusu qazılmışdır. Ancaq biz Suqovuşan qəsəbəsini azad edərkən Suqovuşan su anbarını da nəzarətimizə götürdük. Suqovuşan nəzarətimizə keçəndən sonra imkan yaranıb ki, dediyim Ağdam, Tərtər, Bərdə, Goranboy və digər rayonlarımızda su təminatı böyük dərəcədə yaxşılaşsın. Ancaq o rayonlara gedən kanallar uzun illər ərzində istifadəsiz qalıb. Təhlil aparılmalıdır, onların vəziyyəti nə yerdədir, təmirə ehtiyac varsa, bu işlərə də baxılmalıdır ki, biz vaxt itirmədən suyu sahə başına, vətəndaşlarımızın sərəncamına gətirək.

 

Ağdam rayonunda Xaçınçay su anbarı, Füzuli şəhərinin, daha doğrusu, dağıdılmış şəhərin yaxınlığında su anbarı yerləşir. Artıq mənim göstərişimlə oraya qruplar ezam edilmişdir. Azad edilmiş torpaqlarda digər su anbarları da var. Onların bütün parametrləri təhlil edilməlidir. Əlbəttə ki, biz bu su anbarlarından səmərəli şəkildə istifadə edəcəyik. Azad olunmuş torpaqlara vətəndaşlarımız qayıdandan sonra əlbəttə ki, bu, onlar üçün əlavə imkanlar yaradacaq".

Bölmənin digər xəbərləri

16 Aprel 2021 DSK ilə İƏT arasında imzalanmış memorandum təsdiqlənib
14 Aprel 2021 Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb
14 Aprel 2021 Prezident: "Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə öz dəmir yolunu Naxçıvan və Türkiyə ilə birləşdirəcək"
12 Aprel 2021 İlham Əliyev təltif olunan hərbçilərlə görüşdü – FOTOLAR
12 Aprel 2021 Prezident: “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan qələbəni qazanmışıq”
08 Aprel 2021 Ermənilərin Ağdabanda azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 29 il ötür
06 Aprel 2021 Vətən Müharibəsi Əlillərinə kömək İB-nin idarə heyyətinin fəalları KOMİTƏ SƏDRİ ilə görüşdülər
06 Aprel 2021 Azərbaycan və Türkiyə ordularının rabitə qoşunları birgə təlimlərə başlayıb
05 Aprel 2021 Prezident İlham Əliyev Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədrini qəbul edib
01 Aprel 2021 İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqlar yaradılıb
01 Aprel 2021 Prezident peyvəndlərin bölüşdürülməsində ayrıseçkiliyin məyusluq yaratdığını bildirib
31 Mart 2021 Ərdoğan: “Ramazan bayramından sonra Şuşanı ziyarət etmək istəyirik”
30 Mart 2021 AZAL Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib
27 Mart 2021 Ərdoğandan Qarabağla bağlı mühüm AÇIQLAMA
27 Mart 2021 “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin idarə heyəti 31 mart soyqırımı ilə bağlı 4 dildə Bəyənat Yaydı!
27 Mart 2021 “Shams Group” və VMƏKİB-in birgə təşkilatçılığı ilə keçirilən mətbuat konfransı+FOTOLAR
23 Mart 2021 Bu gün “Pakistan Günü” qeyd olunur
23 Mart 2021 "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin Binəqədi nümayəndəliyinin təşkilatçılığı və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının dəstəyilə Binəqədi rayonunda yaşayan Vətən Müharibəsi qaziləri və Şəhidlərinin ailələri ziyarət
22 Mart 2021 “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin təşkilatçılığı və Shams Groupun dəstəyi ilə görüş keçirildi
22 Mart 2021 “Bütün türk dövlətləri qazanacaq” – Ərdoğanın Azərbaycanla bağlı təsdiqlədiyi sənəd nələri dəyişəcək?