Xəbər lenti


Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Edaletyolu.az sərəncamın mətnini təqdim edir:

1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 1.391.040,0 (bir milyon üç yüz doxsan bir min qırx) ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2328; 2018, № 5, maddə 897, № 8, maddə 1690; 2019, № 1, maddə 60, № 3, maddələr 411, 416, № 6, maddə 1014, № 12, maddə 1923) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nin 6.2-ci bəndində “637 000 000 (altı yüz otuz yeddi milyon)” sözləri “798 000 000 (yeddi yüz doxsan səkkiz milyon)” sözləri ilə əvəz edilsin.

2. Bu Fərmanın 1-ci hissəsinin icrası aşağıdakı maliyyə mənbələri hesabına təmin edilsin:

2.1. “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinə uyğun olaraq təsdiq edilmiş tədbirlər planına əsasən güzəştli ipoteka kreditləri üçün ayrılan 90,0 (doxsan) milyon manat hesabına;

2.2. “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının 1.11.7.5.1-ci yarımbəndi ilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2021-ci ilin dövlət büdcəsindən Fonda ayrılan vəsaitin 71,0 (yetmiş bir) milyon manatı hesabına.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Fond bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.   /Axar.az/

Bölmənin digər xəbərləri

04 May 2021 Radiotezliklər üzrə Dövlət Komissiyası yaradılıb
03 May 2021 İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb
03 May 2021 Azərbaycan Prezidenti Serbiyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
27 Aprel 2021 Azərbaycan Prezidenti BMT tribunasından Ermənistanı bir daha ifşa etdi - TƏHLİL
24 Aprel 2021 Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfiri geri çağırılıb
21 Aprel 2021 Hacıqabulda yol tikintisinə 5 milyon manat ayrılıb
20 Aprel 2021 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
19 Aprel 2021 Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nizamnamə fondunun məbləği açıqlanıb
16 Aprel 2021 DSK ilə İƏT arasında imzalanmış memorandum təsdiqlənib
14 Aprel 2021 Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb
14 Aprel 2021 Prezident: "Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə öz dəmir yolunu Naxçıvan və Türkiyə ilə birləşdirəcək"
12 Aprel 2021 İlham Əliyev təltif olunan hərbçilərlə görüşdü – FOTOLAR
12 Aprel 2021 Prezident: “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan qələbəni qazanmışıq”
08 Aprel 2021 Ermənilərin Ağdabanda azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 29 il ötür
06 Aprel 2021 Vətən Müharibəsi Əlillərinə kömək İB-nin idarə heyyətinin fəalları KOMİTƏ SƏDRİ ilə görüşdülər
06 Aprel 2021 Azərbaycan və Türkiyə ordularının rabitə qoşunları birgə təlimlərə başlayıb
05 Aprel 2021 Prezident: "Azad edilmiş torpaqlarda su anbarlarının bütün parametrləri təhlil edilməlidir"
05 Aprel 2021 Prezident İlham Əliyev Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədrini qəbul edib
01 Aprel 2021 İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqlar yaradılıb
01 Aprel 2021 Prezident peyvəndlərin bölüşdürülməsində ayrıseçkiliyin məyusluq yaratdığını bildirib