Xəbər lenti



Münxenin  "Bavariya''  futbol komandasının hücumçusu Robert Levandovski adı çəkilməyən Çin klubunun rekord məbləğdə təklifini rədd edib.

Edaletyolu.az  AzərTac-a istinadən xəbər verir ki, bu barədə forvardın agenti Sezar Kuxarski Polşanın “Sportowe Fakty” saytına məlumat verib. O bildirib ki, Çin klublarından biri R. Levandovskiyə illik 40 milyon avro qazanacağı müqavilə təklif edib. Ancaq polşalı futbolçu təklifi müsbət cavablandırmayıb.

2014-cü ildən Münxen təmsilçisinin heyətində çıxış edən Levandovski bu günlərdə Bavariya ilə müqavilə müddətini 2021-ci ilədək uzadıb.