Xəbər lenti



FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 29-cu ənənəvi beynəlxalq turnirdə U-19 yığmamız növbəti oyununu keçirib.

Edaletyolu.az  xəbər verir ki, Azərbaycan yığması 9-12-ci yerlər uğrunda görüşdə Estoniya komandası ilə qarşılaşıb.

Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyun futbolçularımızın böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. Yığmamızın heyətində Pilağa Mehdiyev, Doğukan Öksüz və İbrahim Əliyev fərqləniblər.

Yığmamız turnirdə növbəti oyununu yanvarın 20-də Belarus komandasına qarşı keçirəcək. Qarşılaşma yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.