Xəbər lenti



Kornavirus pandemiyasının hökm sürdüyü bu çətin günlərdə əsas problemlərdən biri də insanların işlə təmin edilməsi, pul qazanmasıdır.


 

Edaletyolu.az xəbər verir ki, “Mak Marin LTD” şirkəti bu çətin günlərdə bir çox işsiz vətəndaşların işlə təmin edilməsini həyata keçirib. Şirkətin rəhbəri Mətanət Süleymanzadə açıqlamasında bildirib ki, may ayının 20-dən bu günə qədər bir çox vətəndaşların müraciəti olub: “Həmin vətəndaşlar peşə və ixtisaslara layiq, təcrübəli, yüksək səviyyəli ixtisasçılardır. Montajçı, qaynaqçı, elektrik, fəhlə və digər ixtisas sahibləri ixtisaslaşdırıldıqdan sonra müvafiq işlərə yönləndirilib. Həmin vətəndaşlardan dünən 50 nəfərini mərmər işinin yerinə yetirilməsi üçün “Ağ şəhər” layihəsinə təqdim etdik”.

M. Süleymanova əlavə edib ki, “Ağ şəhər” proyektində “Torqon” şirkətinin rəhbərliyi ilə danışıqlar aparıldı və müqavilə imzalandı: “Həmin vətəndaşlar bugün səhər saat 8-dən artıq işdədirlər. “Stay” şirkətində bu günlərdə 32 nəfər vətəndaş işlə təmin olunub. Bundan başqa, digər şirkətlərlə də danışıqlar aparılır. Artıq 150 nəfər işçinin sənədlərini təqdim etmişik. Gələn həftədən həmin vətəndaşlar işlə təmin ediləcək.
Bundan əlavə, “Paşa İnşaatın” layihəsi olan “Ağ Şəhər” layihəsində çalışmaq üçün 200 nəfər vətəndaşın işlə təmin olunmasını həyata keçirəcəyik. Bu günə qədər 4 şirkətlə müqavilə bağlamışıq. Şirkətimiz bu günlərdə Azfenin Dərnəgül layihəsinə də vətəndaşların işləməsi üçün müqavilə imzlayıb. Həmçinin Azfenin “Akkord” layihəsində də vətəndaşlarımız işlə təmin edilib. Hazırda orada da 10-na yaxın vətəndaşlarımız işləyir”.

Vətəndaşların işlə təmin edilməsi üçün əlindən gələni edəcəyini deyən İş xanımı qeyd edib ki, qarşıda böyük layihələri var: “Gələcək planlarımızda 300-400 vətəndaşın işlə təmin olunması var. Bunun üzərində çalışırıq”.



Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ehtiyat aktivləri 4 166,8 milyon ABŞ dolları məbləğində artıb.

 
Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında deyilir.

 
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,7% çoxdur.
 


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də BP qrupunun baş icraçı direktoru Robert Dadlini qəbul edib.

EDALETYOLU.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
İlham Əliyev BP rəsmisini qəbul etdi



Abşeron rayonunda tarixi abidələrdən biri də Masazır Cümə məscididir. 16-cı əsrdə inşa edilmiş bu abidə Sovet hakimiyyəti dövründə müxtəlif məqsədlər üçün istifadə olunub. Sonuncu dəfə isə məscid 1988-ci ildə təmir olunub. Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Masazır Cümə məscidinin vəziyyəti ilə yaxından tanış olub.


 

Edaletyolu.az  xəbər verir ki, Cümə məscidin əsaslı təmiri ilə əlaqədar müvafiq təşkilatlara göstəriş verilib. Bildirilib ki, tezliklə təmirlə bağlı layihə-smeta sənədləri hazırlanacaq. Təmir işləri zamanı məscidin ilkin görünüşünə xələl gətirməmək üçün mütəxəssislər cəlb ediləcək.

Sonra Masazırda Şəhidlər abidə kompleksi və Şəhidlər Parkının salınması üçün tapşırıq verilib.



"İnvestorlar BİTCOİN"ə qoyduqları bütün pulların batmasına hazırlıqlı olsunlar".

Bunu "Bloomberg"ə müsahibəsində Qiymətli Kağızlar üzrə Avropa İdarəsinin rəhbəri Stiven Meydjor deyib. O, kriptovalyutaların kursunun azalmasına münasibət bildirərkən həmin vəsaitdən valyuta kimi istifadənin mümkünsüzlüyünü önə sürüb.

 Qeyd edək ki, "Bitcoin"in kursu 16 yanvarda 12 faiz düşüb və 12255 dollar təşkil edib. Bu isə 5 dekabrdan bəzi ən aşağı göstəricidir.

Yanvarın 10-na manatın məzənnəsi açıqlanıb.

Mərkəzi Bankdan  verilən məlumata görə, 10.01.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7001 manat səviyyəsində müəyyən olunub.

 

Qeyd edək ki, 2018-ci il yanvarın 9-da da USD/AZN rəsmi məzənnəsi 1,7001 manat təşkil edib


"Dəmirbank"da kompensasiya olunmayan əmanətlərin həcmi 28,3 milyon manatdır. Bu isə o deməkdir ki, 28 milyon manatdan artıq əmanətin geri qaytarılmasına ümid yoxdur.

Bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətləri geri qaytarır, qorunmayan depozitlər isə bankın məsuliyyətindədir:

 "Müflis olan bankda qorunmayan əmanətlər aktivlər passivləri üstələdiyi halda geri qaytarıla bilər. Ötən il müflis olan 11 bankda yalnız qorunan əmanətləri geri qaytarmaq mümkün olub. Etiraf etmək lazımdır ki, qorunan əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən tam olaraq geri qaytarılır. Bununla belə, dəfələrlə təklif etdiyimiz kimi, qorunmayan əmanətlərin taleyi ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən real addımların atılmasına ehtiyac var".

İqtisadçı hesab edir ki, əvvəla, bankın cəlb etdiyi əmanətlərin məbləği onun ödəmə qabiliyyətinə və ya aktivlərinin həcminə münasib olmalıdır:

"Öhdəliklərin aktivləri üstələməsi qorunmayan əmanətlərin geri qaytarılmasına imkan vermir.

İkincisi, bank menecerlərinin məsuliyyəti artırılmalıdır. Qorunmayan əmanəti cəlb edərək, onu xərcləyən banklar müflis olmaqla, yumşaq desək, "məsələni bağlayırlar". Halbuki bank həmin pullardan faydanalanaraq qazanc əldə edib və deməli, onların qaytarılmasına da məsul olmalıdır.

Üçücünsü, bu istiqamətdə qanunvericiliyə dəyişikliklərin edilməsinə ehtiyac var. Bank qorunmayan əmanəti cəlb edərək onu kreditə yönəldir. Qorunmayan əmanətin bank tərəfindən qaytarılması məcburi deyil, amma həmin pullarla verilmiş kredit geri qaytarılır. Deməli, geri alınan kredit məhz qorunmayan əmanətlərin ödənilməsinə yönəldilməlidir. Nəhayət, mediada və eləcə də sosial şəbəkələrdə belə geniş təbliğatdan sonra vətəndaşlarımızın sadəcə bir bankda 28,3 milyon manat qorunmayan əmanət saxlaması səbəblərini də izah etmək çətindir. 2-3 faiz artıq gəlirdən ötrü pulu riskə atmaq heç zaman başadüşülən deyil".


Federal Açıq Bazar Komitəsinin (FOMC) bu gün başlayacaq toplantısında bankın siyasət faizini 25 bal artıracağı irəli sürülür.

Edaletyolu.az  Bloomberg-ə istinadən xəbər verir ki, bazarları ilin son toplantısında FOMC-ın üçüncü dəfə faiz artımına gedib-getməyəcəyindən daha çox növbəti il üzrə faiz planları maraqlandırır.

 Faizlərin artırılacağı yönündə həmfikir olan ekspertlər bildirir ki, 2018-ci ildə 3 deyil, 4 faiz artımına gedilə bilər.

Bu gün keçiriləcək iclasda isə faizlərin 1,25-1,50 faiz aralığında artırılacağı qeyd edilir. Ən kritik mesaj kimi isə 2018-ci ilə yönəlik faiz siyasəti ilə bağlı irəli sürüləcək sözlər dəyərləndirilir.



Noyabrın 17-nə manatın məzənnəsi açıqlanıb.

Mərkəzi Bankdan Sonxeber.az-a verilən məlumata görə, 17.11.2017-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7002 manat səviyyəsində müəyyən olunub.

 

Qeyd edək ki, noyabrın 16-da da USD/AZN rəsmi məzənnəsi 1,7002 manat təşkil edib.



"Azərbaycanda manatın üzən məzənnə rejiminə keçdiyi bəyan edilsə də, təəsüflər olsun ki, son illər ölkədə manatla bağlı həyata keçirilən siyasət faktiki olaraq tənzimlənən üzən məzənnə olub."

Bu fikirləri baş bankir Elman Rüstəmovun üzən məzənnənin özünü doğrultması ilə bağlı açıqlamasını Xeber365.com-a şərh edən iqtisadçı-ekspert Azər Mehtiyev deyib.

 Azər Mehtiyev bildirib ki, manatın məzənnəsi real bazarda baş verən proseslərə uyğun deyil. Belə ki, milli valyutanın məzənnəsi tələb və təklifə əsasən müəyyən olunmur: "Əslində, milli valyutanın kursunun vəziyyəti, onun sabit olması ölkənin ixrac qabiliyyətindən asılıdır. Baş bankirin manatın sabitliyi ilə bağlı açıqlamaları siyasi xarakterli bəyanatlara oxşayır. Kursun sabitliyində olan vəziyyət neft gəlirlərindən asılıdır. Ölkədə qeyri-neft sektorunun artması manatı sabit saxlaya bilər. Əks halda manat təbii şəkildə bahalaşmayacaq".

Azər Mehdiyevin fikrincə, Elman Rüstəmovun açıqlaması ondan xəbər verir ki, bundan sonra da hökumət valyutanın məhdudlaşdırılmasını təmin edəcək. Beləliklə, valyuta axınının qarşısını alacaq: "Lakin dünya bazarında neftin qiymətində kəskin düşüş olarsa Mərkəzi Bank manatın məzənnəsinin sabit saxlanmasında çətinlik çəkəcək".