![]() |
|
Azərbaycanlı iş adamı Mübariz Mənsimovun azadlığa çıxması ilə bağlı sensasion fakt üzə çıxıb.
Edaletyolu.az Oxu24.com-a istinadən xəbər verir ki, Mübariz Mənsimovun azadlığa buraxılmasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rolu olubmuş.
Belə ki, Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə iş adamı Mübariz Mənsimovun azadlığa buraxılması üçün Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğandan xahiş edibmiş:
"Mübariz Mənsimovun atasının ağır xəstə olmasını, anasının ahıl yaşını, öhdəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, Zati-ailələrinizin ali mərhəmətinə güvənərək rica edirik ki, Türkiyə ədalət məhkəməsi sürəcində Mübariz Mənsimova mərhəmət nümayiş etdirərək, həbsin ev şəraiti ilə əvəz olunmasına yardımçı olasınız”, - deyə Paşazadə Ərdoğana yazdığı məktubda qeyd edib.
İddiaya görə, bu məktubdan sonra Mübariz Mənsimov azadlığa buraxılıb. O da vurğulanıb ki, Şeyxə Ərdoğanın xüsusi rəğbəti var.
Qeyd edək ki, sözügedən məktubu Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Melih Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı Yepiskopu Vladimir Fekete də imzalayıb.
Mənbə sözügedən məktubun surətini də təqdim edib:
İmmun sistemi milyonlarla il ərzində inkişaf yolu keçib, mürəkkəb, çoxpilləli və çoxbudaqlı bir sistemdir. İmmun hüceyrələriniz əsgərlərdir. Odur ki, xəstəliyi ağır keçirən insanlarda daha dayanıqlı immunitet əmələ gəlir.
Edaletyolu.az Publika.az-a istinadla xəbər verir ki, bunu anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.
“İmmunoqlobulinlər 6 aydan sonra itərsə, virusa təkrar yoluxma olur. Amma xəstəlik yüngül keçir. Çünki sizin immun T və B hüceyrələriniz də var. Yəni humoral immunitetdən başqa hüceyrə immuniteti də var. Bu hüceyrələrin keçmiş SARS virusundan sonra 10 illərlə qanda qaldığı tədqiqatlar nəticəsində məlum olub. COVID-19-un yaratdığı hüceyrə immunitetinin SARS virusunun yaratdığı immunitetdən fərqli olacağına əsaslı səbəb yoxdur. Nadir istisnalar olsa da, bu, qaydanı dəyişmir”, - həkim bildirib.
Daha bir şəhidin övladı dünyaya gəlib. “Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, beş il övlad həsrəti çəkən və Vətən müharibəsində şəhid olmuş baş leytenant Ağaqardaş Abbasovun qız övladı doğulub.
O, şəhidlik zirvəsinə ucalmadan əvvəl doğulacaq körpəsinə İlknur adını qoyubmuş.
Qeyd edək ki, A.Abbasov ötən ilin sentyabrın 28-də Füzuli istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək, şəhid olub. Doğulduğu Zərdab rayonunda dəfn edilib.
Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Ağaqardaş Abbasov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Tanınmış ukraynalı həkim Evgeniy Komarovskiy koronavirusu təyin etmək üçün çox sadə üsul açıqlayıb.
Edaletyolu.az saglamolun.az-a istinadən bildirir ki, həkimin sözlərinə görə, koronavirusun əsas simptomlarından biri iybilmənin pozulması və ya itməsidir. Bunun səbəbi virusun beyində iybilməyə cavabdeh olan neyronların zədələnməsidir.
Soyuqdəymə zamanı da iybilmə azala bilər, lakin bunun səbəbi güclü zökəmdir – burunda çoxlu selik yığılır, selik axır və bunun nəticəsində də qoxubilmə azalır.
Koronavirus xəstələrində isə burun adətən axmır, amma onların bir çoxu ən kəskin qoxuları belə ayırd edə bilmirlər.
Bunu nəzərə alaraq Komarovskiy “sarımsaq testini” təklif edib. “Bu termometriyadan daha effektli testdir” – həkim bildirib. Əgər insan sarımsağın iyini hiss etmirsə, bu koronavirusa yoluxmaya işarə edə bilər.
Alimlər müəyyən ediblər ki, üzüm, şokolad və yaşıl çaydakı kimyəvi birləşmələr SARS-CoV-2 virusunu bloklamağa qadirdir.
Edaletyolu.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə araşdırma Frontiers in Plant Science jurnalında dərc edilib.
Şimali Karolina Universitetinin mütəxəssisləri bu cür birləşmələri üzə çıxarmaq üçün ərzaq məhsulları və bitki dərmanlarını öyrəniblər. Kompüter modelləşdirməsi və laboratoriyalardakı in vitro (şüşə qabda, kolbada - red.) eksperimentləri göstərib ki, yaşıl çay və üzümdəki maddələr Mpro-nun funksiyasını uğurla dəf edir, kakao tozu və tünd şokoladdakı birləşmələr isə proteazanın aktivliyini təxminən yarıbayarı azaldır.
İşğaldan azad olunmuş Füzulidə zirzəmidə 27 ildir itkin olan Qax rayonu, Qum kənd sakini Şamxalov İmran Abdurahman oğlunun ayağı zəncirli halda tapıldığı deyilir. 1992-ci ildə Qarabağa döyüşə gedib və itkin düşüb. Valideynləri vəfat edib, bacıları var. Hazırda Bakıda olduğu deyilir. Sabah qohumlarına qovuşacağını deyiblər.
Qeyd edək ki,bu barədə Xədicə İsmayıl sosial şəbəkələrdə yazıb.
Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin Nobel Sülh Mükafatına namizədliyinin təsdiqlənməsindən sonra ermənilər onunla bağlı antitəbliğat kampaniyasına başlayıblar. İşğalçı ölkənin nümayəndələri Şeyx haqqında “erməni düşməni”, “millətçi”, hətta “narkobaron” kimi çirkin ifadələrdən istifadə edirlər.
Ermənilərin bu qaralama cəhdləri barədə Kult.az-a danışan xalq yazıçısı, akademik Kamal Abdulla bildirib ki, o, Şeyxi çox ləyaqətli bir insan kimi tanıyır:
“Şeyx dünyada çox böyük hörməti və nüfuzu olan din xadimidir. Özüm şahidi olmuşam ki, Azərbaycanın xeyrinə, ölkəmizin mənafeyi uğrunda xarici ölkələrdə əks tərəflərlə əməlli-başlı mübarizə aparıb. Mən ona uğurlar arzulayıram. Şeyxin Nobeli alıb-almayacağı ilə bağlı fikir səsləndirmək asan deyil. Çünki Nobel Sülh Mükafatı və həmin proseduraların həyata keçirildiyi məkan “qara yeşik” kimi bir şeydir. Heç kim deyə bilməz ki, orada nə baş verir. Biz ancaq nəticəni görəcəyik. Hesab edirəm ki, Şeyx bu mükafata layiqdir. İnşallah, layiqincə qiymətləndirilər”.
Yazıçı Aqil Abbas da Şeyxin bu mükafatı almasına çox sevinəcəyini bildirib:
“Mən Şeyxi sevən adam kimi onun bu mükafatı almasına yalnız sevinə bilərəm. Şeyxin bu uğuru bütün türk və islam dünyasının uğuru olar. Və buna sevinməyən birisinə nə müsəlman, nə də türk demək olar”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə də Şeyxin Nobel mükafatına layiq olduğunu deyib:
“Onun bütün fəaliyyəti humanistliyin cəmiyyətdə geniş yer tutması, insanlara qayğı, diqqət, onların problemlərinin həll edilməsi, müharibənin və zorakılığın dayandırılmasına söykənir. Eyni zamanda Şeyx həzrətləri dinlərarası dialoqlara da böyük əhəmiyyət verir. Onun təşəbbüsü ilə Azərbaycanda çoxsaylı dinlərarası dialoq tədbirləri keçirilir. Şeyx bu gün Azərbaycandan kənarda, keçmiş MDB məkanında, Şərq ölkələrində, hətta Avropada yüksək nüfuza malikdir. Onun Nobel mükafatına layiq görülməsi sülh, dinlərarası dialoqun genişlənməsi məsələsində çox böyük bir addım olar. Şübhəsiz ki, bu gün erməni millətçiləri və antiazərbaycan mərkəzləri bununla bağlı qarayaxma kampaniyası aparırlar, amma Şeyx həzrətlərinin fəaliyyəti hər kəsin gözü qarşısındadır və ona qarşı atılan istənilən çirkin iftiranın heç bir gələcəyi yoxdur”.