Xəbər lenti


Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin Nobel Sülh Mükafatına namizədliyinin təsdiqlənməsindən sonra ermənilər onunla bağlı antitəbliğat kampaniyasına başlayıblar. İşğalçı ölkənin nümayəndələri Şeyx haqqında “erməni düşməni”, “millətçi”, hətta “narkobaron” kimi çirkin ifadələrdən istifadə edirlər.

Ermənilərin bu qaralama cəhdləri barədə Kult.az-a danışan xalq yazıçısı, akademik Kamal Abdulla bildirib ki, o, Şeyxi çox ləyaqətli bir insan kimi tanıyır:

“Şeyx dünyada çox böyük hörməti və nüfuzu olan din xadimidir. Özüm şahidi olmuşam ki, Azərbaycanın xeyrinə, ölkəmizin mənafeyi uğrunda xarici ölkələrdə əks tərəflərlə əməlli-başlı mübarizə aparıb. Mən ona uğurlar arzulayıram. Şeyxin Nobeli alıb-almayacağı ilə bağlı fikir səsləndirmək asan deyil. Çünki Nobel Sülh Mükafatı və həmin proseduraların həyata keçirildiyi məkan “qara yeşik” kimi bir şeydir. Heç kim deyə bilməz ki, orada nə baş verir. Biz ancaq nəticəni görəcəyik. Hesab edirəm ki, Şeyx bu mükafata layiqdir. İnşallah, layiqincə qiymətləndirilər”.

Yazıçı Aqil Abbas da Şeyxin bu mükafatı almasına çox sevinəcəyini bildirib:

“Mən Şeyxi sevən adam kimi onun bu mükafatı almasına yalnız sevinə bilərəm. Şeyxin bu uğuru bütün türk və islam dünyasının uğuru olar. Və buna sevinməyən birisinə nə müsəlman, nə də türk demək olar”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə də Şeyxin Nobel mükafatına layiq olduğunu deyib:

“Onun bütün fəaliyyəti humanistliyin cəmiyyətdə geniş yer tutması, insanlara qayğı, diqqət, onların problemlərinin həll edilməsi, müharibənin və zorakılığın dayandırılmasına söykənir. Eyni zamanda Şeyx həzrətləri dinlərarası dialoqlara da böyük əhəmiyyət verir. Onun təşəbbüsü ilə Azərbaycanda çoxsaylı dinlərarası dialoq tədbirləri keçirilir. Şeyx bu gün Azərbaycandan kənarda, keçmiş MDB məkanında, Şərq ölkələrində, hətta Avropada yüksək nüfuza malikdir. Onun Nobel mükafatına layiq görülməsi sülh, dinlərarası dialoqun genişlənməsi məsələsində çox böyük bir addım olar. Şübhəsiz ki, bu gün erməni millətçiləri və antiazərbaycan mərkəzləri bununla bağlı qarayaxma kampaniyası aparırlar, amma Şeyx həzrətlərinin fəaliyyəti hər kəsin gözü qarşısındadır və ona qarşı atılan istənilən çirkin iftiranın heç bir gələcəyi yoxdur”.

Bölmənin digər xəbərləri

27 Mart 2021 Mənsimov necə azad olunub? Şeyxin Ərdoğana məktubu - Foto
15 Mart 2021 DİQQƏTLƏ OXUYUN - Ölülərin fotoşəkillərini evdə saxlamayın, yoxsa...
14 Mart 2021 Vaksin vurduranlar niyə xəstəliyi yüngül keçirir?
19 Fevral 2021 Beş il övlad həsrəti çəkən şəhidimizin qızı oldu
02 Fevral 2021 Gənc qazimiz Seyyid Əkbəri "Ədalət yolu" qəzetinin idarə heyəti ziyarət etdi
31 Yanvar 2021 ƏDALƏT YOLU - Şairə Yasəmən Qəyyumludan yeni bir şeir
06 Dekabr 2020 Koronavirusa yoluxub yoluxmadığınızı evdə belə təyin edin - SADƏ TEST AÇIQLANDI
05 Dekabr 2020 Koronavirusu blok edən üç ərzaq
18 Oktyabr 2020 27 ildir itkin düşən şəxs tapıldı-DƏHŞƏTLİ TALE
30 Avqust 2020 Əncirin insan orqanizmi üçün xeyri...
15 Avqust 2020 ZENFİRA AĞAYEVA "SANKON"UN BAKI TƏMSİLÇİLİYİNƏ SƏDR SEÇİLDİ -TƏBRİK EDİRİK!
11 Avqust 2020 DİQQƏTLƏ OXUYUN - Bunlar baş verirsə, deməli koronavirusa tutulmusunuz
07 Avqust 2020 Bu şəxslərə yemiş yemək olmaz...
26 İyul 2020 Azərbaycanlı həkimdən möhtəşəm addım.
28 İyun 2020 Koronavirusu ağır formada keçirən qan qrupu məlum oldu
25 İyun 2020 Koronavirusu səsə əsasən müəyyənləşdirəcəklər
15 İyun 2020 Xırda qırışları yox edən maska
14 İyun 2020 Böyrək ağrısı çəkənlərə ŞAD XƏBƏR! BU ÜSULLA...
13 İyun 2020 Uşağı ana südündən nə zaman və necə ayırmaq olar?
12 İyun 2020 "WhatsApp"dan istifadəçiləri sevindirəcək möhtəşəm YENİLİK