Xəbər lenti



"Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası"nın Məşvərət Şurası və "Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti" ictimai təşkilatı (AzerRos) bu ölkədə fəaliyyət göstərən "Ədalətli Rusiya" partiyasının mərkəzi aparatının sədr müavini Nikolay Noviçkovun təxribat xarakterli bəyanatına kəskin etirazlarını bildiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, hər iki təşkilatın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə və digər rəsmi qurumlara ünvanlanan müraciətlərində bildirilib ki, soydaşlarımız N.Noviçkovun Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi hesabına bu ölkənin ərazilərinin genişləndirilməsi haqqında tezisin partiyanın seçkiqabağı proqramına daxil edilməsi ilə bağlı 25 mart 2021-ci il tarixli brifinqdə səsləndirdiyi bəyanatdan ciddi narahatlıq ifadə edirlər. Bu bəyanatın Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlığın güclü şəkildə möhkəmləndirildiyi, dövlət başçısı V.Putinin "Dağlıq Qarabağ suveren Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir" bəyanatının səsləndirdiyi bir dönəmdə meydana çıxdığı, dövlət sərhədlərinin toxunulmazlığına dair beynəlxalq hüquq norma və prinsiplərinə zidd olduğu nəzərə çatdırılıb.

Soydaşlarımız hesab edirlər ki, Noviçkovun bəyanatı regionda qeyri-sabitliyə, münaqişə potensialının gərginləşdirilməsinə xidmət edir, Rusiya Prezidentinin sülhün təmin olunmasına dair barış təşəbbüslərinə zərər vurmaq məqsədi güdür. Qeyd edilib ki, Rusiyadakı azərbaycanlılar və ermənilər üçün asan olmayan dönəmdə siyasətçilərin, ictimai xadimlərin və KİV-lərin öz hərəkətlərində, sözlərində və addımlarında ehtiyatlı olması çox mühümdür. "Noviçkovun bəyanatından sonra KİV-lərdə və sosial şəbəkələrdə kəskin müzakirələr və ədavətli mülahizələr səsləndirilməyə başlayıb. Hesab edirik ki, Noviçkovun bəyanatı Rusiya Federasiyasının öz ərazisində millətlərarası münaqişəyə gətirib çıxara bilər", - deyə müraciət müəllifləri vurğulayıblar.

 

Soydaşlarımız Rusiyanın dövlət başçısından bu cür məsuliyyətsiz hərəkətlərin qarşısının alınması məqsədilə müvafiq dövlət strukturlarına göstəriş verməyi xahiş ediblər.

Bölmənin digər xəbərləri

16 Aprel 2021 Matviyenko: “Yaxın vaxtlarda 100 min dozadan çox “Sputnik V” peyvəndi Azərbaycana göndəriləcək”
15 Aprel 2021 Ərdoğan Yunanıstan XİN başçısını qəbul edib - YENİLƏNİB
15 Aprel 2021 Rusiya XİN Azərbaycanla Ermənistan arasında davamlı sülhə istiqamətlənən təşəbbüsləri alqışlayır
14 Aprel 2021 Rusiya və İranın XİN rəhbərləri Qarabağ mövzusu ətrafında müzakirə apardılar
12 Aprel 2021 Leyla Əliyevanın şeir kitabının təqdimatı olub
10 Aprel 2021 Hikmət Hacıyev: “44 günlük müharibədə Türk Şurası Azərbaycana öz dəstəyini göstərdi”
10 Aprel 2021 Prezident İlham Əliyev Türkiyə səfirini qəbul edib - YENİLƏNİB
08 Aprel 2021 Türk Şurası informasiya və media üzrə yüksək vəzifəli rəsmilərinin Bakıda toplantısı keçiriləcək
06 Aprel 2021 Çavuşoğlu BMT Baş Assambleyasının Prezidenti ilə görüşüb
06 Aprel 2021 Dəmir yollarında gediş haqqının bank kartları ilə ödənilməsinin son sınaqları keçirilir
01 Aprel 2021 Səfir: “Çin Azərbaycana təmənnasız 150 min doza vaksin göndərəcək”
31 Mart 2021 İşğaldan azad olunmuş ərazilərə indiyədək qanunsuz keçən 12 nəfər mina partlamasından həlak olub
29 Mart 2021 Tacikistan Prezidenti Ceyhun Bayramovu qəbul edib
29 Mart 2021 Zakir Həsənov bölmələrin döyüş qabiliyyətinin yüksəldilməsini tələb edib
27 Mart 2021 Deputat: 20 milyon vətəndaşımızı itirəcəyik
27 Mart 2021 Paşinyanın “sağ əli”ndən Türkiyə və Azərbaycanla münasibətlərə dair VACİB AÇIQLAMALAR
26 Mart 2021 Moskvada MDB XİN başçıları Şurasının iclası keçiriləcək
26 Mart 2021 Rusiya və Azərbaycan XİN rəhbərlərinin Moskvada görüşü planlaşdırılır
23 Mart 2021 Gürcüstan Azərbaycana yerli istehsal məhsul ixracını artırıb
21 Mart 2021 Erməni nazir Putini təhqir etdi: Bu quduz it...