Xəbər lenti



Türkiyə ilə Azərbaycan arasında siyasi, iqtisadi, ticari, hərbi, sosial və mədəni əlaqələr və əməkdaşlıq geostrateji dəyər qazanıb.

Edaletyolu.az-ın xəbərinə görə, bu, Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri Cahit Bağçının müraciətində öz əksini tapıb.

Səfir bildirib ki, son zamanlar Azərbaycan-Türkiyə münasibətlərində bütün sahələr üzrə böyük irəliləyiş qeydə alınıb: “Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərindən sonra enerji sahəsində tədarük təhlükəsizliyi və müxtəliflik baxımından regional və qlobal önəmə sahib olan Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəməri (TAP) fəaliyyətə başlayıb. Bakı-Tbilisi-Qars dəmir yolu həm də Türkiyə və Azərbaycanın rəhbərliyi altında bölgədə nəqliyyat şəbəkələrinin inkişafı üçün əhəmiyyətli potensiala malik olan bir layihədir. İkitərəfli əməkdaşlığımız artıq yalnız Türkiyə və Azərbaycana fayda gətirmək hüdudlarını keçərək regional əməkdaşlığa yol açıb. Türkiyə və Azərbaycan bölgənin təhlükəsizliyinə və sabitliyinə töhfə vermək üçün bütün imkanlarını və güclərini birləşdirib”.

C. Bağçı qeyd edib ki, ikitərəfli əməkdaşlığın çox inkişaf etdiyi və bir çox yeni fürsətin yarandığı belə bir tarixi dövrdə Türkiyənin Bakıdakı səfiri kimi xidmət etmək onun üçün böyük şərəfdir: “Bütün iş yoldaşlarım, əlaqədar təşkilat nümayəndələri və mülki strukturlarla birlikdə bu vəzifənin əhəmiyyəti və məsuliyyətini dərk edərək səylə, çox ciddi şəkildə, diqqətlə, səmimiyyətlə və fədakarlıqla çalışacaq, münasibətlərimizi daha da irəli aparmağa və qüvvətləndirməyə səy göstərəcəyik. Səfirliyimizin bu səyləri Naxçıvan və Gəncədəki konsulluqlarımız və Lənkərandakı Fəxri Konsulluğumuz tərəfindən dəstəklənir. Türkiyənin Azərbaycandakı bütün rəsmi nümayəndələri olaraq, biz ev sahibi olan Azərbaycan səlahiyyətliləri və qardaşımız olan Azərbaycan Türkləri ilə sıx əməkdaşlıq etməyə çalışacaq, eyni zamanda, bu ölkədə Türkiyə Cümhuriyyəti vətəndaşlarına kömək və rəhbərlik edəcəyik”.

Bölmənin digər xəbərləri

04 May 2021 Mövlud Çavuşoğlu Sloveniyada səfərdədir
27 Aprel 2021 Azərbaycan-Pakistan biznes forumu keçiriləcək
24 Aprel 2021 Azərbaycan ictimaiyyət nümayəndələri Rusiya səfirliyinə müraciət edib
21 Aprel 2021 Türkiyənin Azərbaycandakı yeni səfiri işə başladı – FOTO
21 Aprel 2021 Ərdoğan yeni üç nazir təyin edib
20 Aprel 2021 Azərbaycan Yaponiya şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb
19 Aprel 2021 Türkiyə və Yunanıstan Müdafiə nazirlikləri arasında görüş keçiriləcək
16 Aprel 2021 Matviyenko: “Yaxın vaxtlarda 100 min dozadan çox “Sputnik V” peyvəndi Azərbaycana göndəriləcək”
15 Aprel 2021 Ərdoğan Yunanıstan XİN başçısını qəbul edib - YENİLƏNİB
15 Aprel 2021 Rusiya XİN Azərbaycanla Ermənistan arasında davamlı sülhə istiqamətlənən təşəbbüsləri alqışlayır
14 Aprel 2021 Rusiya və İranın XİN rəhbərləri Qarabağ mövzusu ətrafında müzakirə apardılar
12 Aprel 2021 Leyla Əliyevanın şeir kitabının təqdimatı olub
10 Aprel 2021 Hikmət Hacıyev: “44 günlük müharibədə Türk Şurası Azərbaycana öz dəstəyini göstərdi”
10 Aprel 2021 Prezident İlham Əliyev Türkiyə səfirini qəbul edib - YENİLƏNİB
08 Aprel 2021 Türk Şurası informasiya və media üzrə yüksək vəzifəli rəsmilərinin Bakıda toplantısı keçiriləcək
06 Aprel 2021 Çavuşoğlu BMT Baş Assambleyasının Prezidenti ilə görüşüb
06 Aprel 2021 Dəmir yollarında gediş haqqının bank kartları ilə ödənilməsinin son sınaqları keçirilir
01 Aprel 2021 Səfir: “Çin Azərbaycana təmənnasız 150 min doza vaksin göndərəcək”
31 Mart 2021 İşğaldan azad olunmuş ərazilərə indiyədək qanunsuz keçən 12 nəfər mina partlamasından həlak olub
30 Mart 2021 Rusiyadakı azərbaycanlılar "Ədalətli Rusiya" partiyasına sərt etirazlarını bildiriblər