Xəbər lenti



Boşanmadan sonra yaranan ən böyük problemlərdən biri də alimentlərin verilməsidir.
Hazırda bu məsələ ilə bağlı xeyli sayda məhkəmə qərarları olsa da icrası çətin olur.

Çünki əksər hallarda atalar aliment verməkdən imtina edir, müxtəlif üsullarla məhkəmə qərarından boyun qaçırırlar.

Körpəli uşaqla işləmək imkanları məhdudlaşan ananın da gəlir və qazancları olmadığı üçün övladına lazım olan vəsaiti xərcləyə bilmir. Belə olan halda isə uşağın təhsilində, sağlamlığında gecikmələr olur.

Bir sıra ölkələrdə bu kimi halların qarşısının alınması üçün Aliment Fondu yaradılıb. Belə fondlar tərəfindən vaxtaşırı olaraq boşanan ailələrin övladları üçün vəsait ödənilir. Daha sonra isə fond həmin vəsaiti atadan geri alır.

Vəkillər Kollegiyasının üzvü Yusif İsmayılovun sözlərinə görə, Aliment Fondunu elə formada yaratmaq lazımdır ki, işlək olsun.

Ekspertlərin fikrincə, bu "İctimai Fond” ola bilməz. Bu, o zaman "İctimai Fond” ola bilər ki, ayrı-ayrı şəxslər könüllü şəkildə bu fonda ianə versinlər.

Bizdə isə könüllü ianələrin verilməsi ənənəsi elə də yüksək deyil. İnkişaf etmiş ölkələrin praktikasında alimenti ödəməkdən boyun qaçıran valideynlər məcburi şəkildə psixoloqlara göndərilir ki, niyə alimenti ödəmir, nəyə görə uşağına qarşı laqeyddir. Valideyn psixoloqa getməyəndə azadlıqdan məhrum edilir.

Lakin nəzərə almaq lazımdır ki, həbs məsələni həll etmir. Yəni burada bəzi boşluqlar mövcuddur. Bu səbəbdən qanunvericilik təkmilləşdirilməli, işlək mexanizm qurulmalı, düzgün maarifləndirmə aparılmalıdır ki, sonradan xoşagəlməz hallar baş verməsin.

Bölmənin digər xəbərləri

15 Mart 2021 Azərbaycanda 500 minə yaxın ev nə vaxt sənədləşdiriləcək? - AÇIQLAMA
12 Mart 2021 Martın 15-dən SMS-icazənin bərpası ilə bağlı Operativ Qərargahdan AÇIQLAMA
21 Fevral 2021 Ən ucuz məhsullar hansı bazarlarda satılır? - Qiymətlər
19 Fevral 2021 Deputat şəhid ailəsini ziyarət etdi - FOTOLAR
17 Fevral 2021 Bakı bazarlarında yerli kartof 30-40 qəpik bahalaşıb – Səbəb nədir?
04 Fevral 2021 Nikahdankənar doğuşlar artdı, boşanma 30%-ə qalxdı...
03 Fevral 2021 Bu şəxslər evdə vaksinasiya olunacaq
01 Fevral 2021 “Azərsu” açıqlama yaydı: Yalnız 10 manat…
30 Yanvar 2021 Qaz sayğacları istehlakdan çox sərfiyyat göstərir? - Açıqlama
21 Yanvar 2021 Mikromaliyyə Assosiasiyasından şəhid ailələri, qazi və digər şəxslərə kredit güzəştləri
21 Yanvar 2021 Azərbaycanda tekstil fabrikinin tikintisi müzakirə olunur - SƏBƏB...
19 Yanvar 2021 Şəhid ailələrinə ödənişlər təyin olundu
29 Dekabr 2020 "Vətən Müharibəsi Əlillərinə Kömək "İctimai birliyi Abşeron rayonunda yardım aksiyası keçirdi
05 Dekabr 2020 Əlillərə diqqət və qayğı göstərmək hər birimizin borcudur
07 Noyabr 2020 Ünvanlı sosial yardımın verilməsi qaydalarında dəyişiklik edilib
30 Oktyabr 2020 Nazirlər Kabineti təhsilə bağlı qərar qəbul ETDİ
15 Oktyabr 2020 Avtomobillərin alqı-satqı zamanı qeydiyyat qaydası dəyişib – Detallar
25 Sentyabr 2020 “İşləyən əlillər üçün qısaldılmış iş saatı tətbiq edilməlidir” – Müfəttişlik
24 Sentyabr 2020 "Dünyanın ən rəzil, ən şərəfsiz düşməninə qarşı savaşırıq"
21 Sentyabr 2020 Generallar Müharibə, Əmək və Silahlı qüvvələr veteranları təşkilatı uğrunda savaşa çıxıblar...