Mövqe

Xəbər lenti



Xəbər verdiyimiz kimi, bu gündən idman zallarının, iri ticarət mərkəzlərinin, "Mall"ların və ibadət yerlərinin fəaliyyəti bərpa olunub. İdman zallarına və ibadət yerlərinə giriş üçün COVID-19 pasportu tələb olunur. COVID-19 pasportu tələb olunmaqla toyların keçirilməsi məsələsinə də baxılır. Gələcəkdə idman zalları və məscidlərdən başqa, hansı müəssisələrə giriş üçün COVID-19 pasportu tələb oluna bilər?

Edaletyolu.az xəbər verir ki, professor Adil Qeybulla bildirib ki, vaksin vurduran insanların, digər şəxslərlə müqayisədə, təhlükəsizlik baxımından üstünlükləri var:

 "Amma nəzərə alınmalıdır ki, vaksin vurulan şəxslərin bəziləri tam olaraq xəstəlikdən qorunmurlar. Yəni həmin şəxslərdə anticisim (antikor) yaranmır, yaxud da zəif immunitet reaksiyası verir. Təəssüf ki, bəzən bu hallar olduğu üçün təklif edirəm ki, vaksin pasportu ilə yanaşı, həm də antikor testi də tələb olunsun.

Yəqin ki, bütün bu məsələlərlə bağlı vahid rəyə gəlinəcək. İlkin olaraq, məscidlərə və idman zallarına gedənlərdən COVID-19 pasportu tələb olunacaq. Vaksin olunan şəxslərin digərləri ilə müqayisədə üstünlükləri olduğu üçün vətəndaşlardan bu pasport tələb olunur. Gələcəkdə digər müəssisələrə daxil olarkən COVID-19 pasportunun tələb olunub-olunmamasını zaman və epidemioloji vəziyyət göstərəcək".