Mövqe

Xəbər lenti



Uçurub töküldü gözəl binalar,
oğulsuz,uşaqsız qaldı analar,
Uçub getdi o yerlərdən sonalar
Mənim tanrım Xocalıda nə qaldı?

Güllə dəydi hər dağına daşına,
Zəhər qatdı xoş avazlı qışına,
Düşmən açdı hər oyunu başına,
Mənim tanrım Xocalıda nə qaldı?

Nə aman verdilər,nə iz qoydular,
İnsan bədənindən dəri soydular,
Silahsız insana necə qıydılar,
Mənim tanrım Xocalıda nə qaldı?

Namusu sızladı qeyrət önündə,
Tarixi yazıldı qanlı günündə,
İgidləri məhbus düşmən əlində,
Mənim tanrım Xocalıda nə qaldı?

           Yasəmən Qəyyumlu