Mövqe

Xəbər lenti



Heydər ocağına işıq saçıldı,
İlham sabahına günəşli zaman.
Bütün sınaqlarda qələbə çaldı,
Elin xanım qızı,ana Mehriban.


İlhamla çıxdılar bu yola qoşa,
Düşmənə fürsəti vermədi bir an.
Zamanın şəriylə gəlib baş-başa,
Günbəgün ucaldı, ana Mehriban.


Elə əziz oldu öz hünəriylə,
Bu yoldan döndərə bilmədi dövran.
Xalqını ucaltdı əməlləriylə,
Elin xanım qızı,ana Mehriban.


Bu eli yaşadan arzu,diləkdi,
Dünyaya səs salıb Azəribaycan.
Bu yolda dayağım İlham gərəkdi,
Söyləyir anamız,ana Mehriban.


Azəri övladı,seyyid nəvəsi,
Zəfərlər üstündən hey zəfər çalan.
Sən ey xalqımızın şirin kəlməsi,
Analar anası,ana Mehriban.


      Yasəmən Qəyyumlu 
            8 mart 2017
        -----------------------