Xəbər lenti



Ermənistan parlamentində dinləmələr zamanı deputat Gevorq Papoyanın sualına cavab verən Baş nazir Nikol Paşinyan Şuşanın demoqrafik tərkibinə istinad edərək, onun “90 faizdən yuxarı azərbaycanlılar yaşayan şəhər olduğunu” rəsmi olaraq bəyan etdi. İstər SSRİ-nin dağılmasından sonra, istərsə də ondan əvvəl hökumət nümayəndəsinin belə tarixi həqiqətləri yüksək kürsüdən cəsarətlə söyləməsi, özü də regionda və dünyada müharibənin nəticələri ətrafında polemikaların intensiv bir şəkildə getdiyi dövrdə, nadir hadisədir. Buna bənzər siyasi etirafı xatırlamaq çətindir.


 

Edaletyolu.az xəbər verir ki, bunu millət vəkili Zahid Oruc deyib.

Millət vəkili qeyd edib ki, Paşinyan eyni zamanda Şurnux kəndi də daxil, bir sıra ərazi vahidlərinin geri qaytarılmasını Zəngəzurun digər hissəsinin təhlükədən qorumaq məqsədilə etdiklərini söyləyib:

“Təəssüf ki, bu bəyanatlar ictimai-siyasi qüvvələrin müzakirələrində özünə çox yer etmədi. Halbuki Şuşanın Azərbaycana məxsusluğunu tanımaq həmin bölgənin təkcə əsrlərdən bəri məskunlaşma tarixini, birgəyaşayış keçmişini deyil, eləcə də sonrakı işğalının da qanunsuz olduğunu tanımağa bərabər addım sayıla bilərdi.

1999-cu ildə erməni elitasının parlamentdə gülləbaran edilməsini nəzərə alsaq, Şuşa bəyanatının verildiyi tarixdən bu yana hazırkı hökumət rəhbərliyinə qarşı hər hansı sui-qəsd və ya silahlı üsyan olmayıb. Epizodik etirazlar media məkanında mövcuddur. Onlar da kəsərsizdir, gerçəkliyi özündə əks etdirmir və milyonlarla erməninin, o cümlədən dünyanın gözü qarşısında reallığı dəyişdirmir. Lakin Şuşa ilə bağlı açıqlamadan əvvəl Ermənistanla Azərbaycan arasında Kəlbəcərdən başlayan, Laçından keçən, müxtəlif dağ və coğrafi yüksəklikləri əhatə edən, Gorus-Qafan yolunun da nəzarəti daxil Qubadlı, Zəngilanadək ərazilər delimitiasiya-demarkasiya xətlərinin tanınması nəticəsində 30 ildir ölkəmizə qarşı düşmənçilik siyasəti aparan tərəfin addım-addım, qarış-qarış da olsa, konkret ərazilər boyu dəqiq ölçülər əsasında Azərbaycan torpaqlarının həqiqi sahibini tanıması baş verir. Bəli, bu təkcə hüquqi nailiyyət deyil, eləcə də yüzillərlə mövcud olan erməni mifologiyasının dağılması kimi mühüm siyasi nailiyyətlərdir. Naxçıvana gedən yol açılandan sonra Mehri dəhlizi də güclü tərəfin nüfuzu və təsiri altına düşəcək”.

Z.Orucun sözlərinə görə, 44 günlük müharibə sonrası biz dəyişən münasibətləri öz məqsədlərimizə doğru irəlilətməkdə maraqlı olmalıyıq:

“Ermənistanın Vətən müharibəsindəki məğlubiyyətdən sonra, xüsusilə də 11 yanvar Moskva görüşü ilə kommunikasiyaların açılması, regionun onillərlə kəsilmiş arteriyalarının çalışması və böyük iqtisadi-transmilli layihələrinin həyata keçirilməsini, beləliklə düşmənçiliyin aradan qaldırılması üçün yeni platformanın yaradılması istəyi xalqımızın bu günü və gələcəyi üçün fərqli, tamamilə yeni reallıqlar meydana gətirə bilər. Yəni hərbi qələbəmizin regional və beynəlxalq əlaqələrimizin miqyasını genişləndirməsini hamıdan çox istəyirik. Lakin bu zaman ən böyük çağırışlara da yüz illərlə davam edən müharibədən sonra məhz birgə cavab verməliyik. Yenidən müharibə baş versə, onu qazanmağa hazırıq, lakin Ermənistanın Azərbaycanı tanıması, bir əsrdir davam edən antitürk və antiazərbaycan iddialarından geri çəkilməsi şəraitində Sülh Müqaviləsinin imzalanmasına münasibət də hər bir insanımızın, Ordumuzun və dövlətimizin birgə cavabından asılı olacaq!”

Bölmənin digər xəbərləri

23 May 2021 Alimlərdən yeni pandemiya ilə bağlı - Xəbərdarlıq
19 May 2021 ABŞ vətəndaşlarını Ermənistana getməməyə çağırıb
18 May 2021 Sevindirici hal - Korona əleyhinə bitki mənşəli peyvənd hazırlandı
28 Mart 2021 "Bu, ölkəmizi məhv edəcək” - Trampdan sensasiyalı açıqlama
14 Fevral 2021 DİQQƏTLƏ OXUYUN - Alimlər bəzi dərmanların koronavirusa qarşı istifadəsinin əsassız olduğunu açıqlayıb
28 Yanvar 2021 ÜST-ün ekspert qrupu Uhana getdi: Koronavirusun yeni növünü araşdıracaqlar
21 Yanvar 2021 Bayden Trampın bu məşhur qərarlarını ləğv etdi
08 Yanvar 2021 Azərbaycanda son sutkada 1879 nəfər COVID-19-dan sağalıb, 532 nəfər yoluxub, 24 nəfər vəfat edib
18 Dekabr 2020 Koronavirusla bağlı SON STATİSTİKA
17 Dekabr 2020 Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı
16 Dekabr 2020 Ekstrasensdən açıqlama: “2021-ci il 2020-ci ildən də dəhşətli olacaq”
25 Noyabr 2020 Ermənistanın sabiq Baş naziri: “Ordumuzun 80%-i yoxdur. Bu, məğlubiyyət deyil, darmadağındır”
23 Sentyabr 2020 Qarabağda dəhşətli savaşa doğru: müharibənin sonu BU OLACAQ - Rusiyadan Ermənistana ŞOK
28 İyul 2020 Dünyanın ən sirli arxivi açıldı: Azərbaycanla bağlı sensassion sənədlər
25 İyul 2020 Kiyevdə ermənilər azərbaycanlı tələbələri güllələdi
30 İyun 2020 ABŞ seçim qarşısında: Tarix qorunsun, ya silinsin?
29 İyun 2020 “Yoluxma sayı oktyabr-noyabr aylarında yüksək olacaq” - Bill Qeyts
22 İyun 2020 Nijde haqqında yeni faktlar
16 İyun 2020 Rusiya təhqir edildi - Səfirlik nota verdi
15 İyun 2020 Viza dəstəyi xidməti, viza almaq