Xəbər lenti



"Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin təşkilatçılığı, “Aysmed” klinikasının tibbi dəstəyi ilə 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə 100 nəfər Vətən Müharibəsi qazisi və onların övladları üçün tibbi aksiyaya başlanılıb.

Edaletyolu.az xəbər verir ki, aksiya zamanı qazilər və övladları üçün tibbi müayinələr, həkim qəbulu, laborator analizlər və digər bütün tibbi xidmətlər pulsuz təşkil olunur.

"Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal bildirib ki, tibbi aksiya iyunun 23, 24, 25-də keçiriləcək. İctimai Birlik tərəfindən şəhid ailələri və qazilərə ictimai, siyasi, sosial dəstəkyönümlü layihələrimiz gələcəkdə də uğurla davam etdiriləcək.

Birliyin icraçı direktoru vurğulayıb ki, tibbi əhəmiyyətli tədbiri təşkil etməkdə əsas məqsəd Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərlə bağlı həyata keçirdikləri sosial dəstək proqramına uyğun olaraq, ictimai, siyasi kursu əsas götürərək 44 günlük haqq savaşında torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə fədakarcasına döyüşərək sağlamlığını itirmiş qazilərimizə hər cür diqqət və qayğı ilə yanaşı tibbi cəhətdən də dəstək olmaqdır.

Milli vətənpərvər ruhlu və Vətən müharibəsi qazilərinə dəstəkyönümlü həyata keçirilən belə tibbi aksiyaların əhatəliliyini təmin etmək üçün birliyin rayonlarda da nümayəndəliklərinin açılması planlaşdırılır.


“Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilib.
Edaletyolu.az xəbər verir ki,bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu siyahıya daxil edilib.


İkinci Qarabağ müharibəsində Pakistanın Azərbaycana göstərdiyi çox fəal dəstək mövqeyinə görə minnətdarıq.

Edaletyolu.az xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 21-də Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanı qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Müharibənin ilk günlərindən ölkənizin ali rəhbərliyi - Prezident və Baş nazir ərazi bütövlüyümüzün bərpasında Azərbaycana tam dəstəklərini ifadə etdilər. Bu, bizim əməkdaşlığımızın çox mühüm elementi və qardaşlıq əlaqələrimizin həqiqi nümayişidir. Pakistanın digər yüksək rütbəli rəsmiləri, parlament üzvləri və ictimai xadimlər Ermənistan ordusunun tam məğlubiyyəti və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük müharibə ərzində bizi dəstəklədilər. Dağlıq Qarabağ münaqişəsi Azərbaycan tərəfindən güc və siyasi yolla həll olundu".


Azərbaycan ordusunun əldə etdiyi qələbənin fədailərindən olan, Azərbaycanın ərazi bütövlüyü uğrunda Vətən müharibəsində döyüşərək qəhrəmanlığı ilə tarix yazan,

Ali Baş Komandan İlham Əİliyevin sərəncamlarına əsasən xidmətlərinə görə səkkiz medalla təltif olunan şəhid, mayor Rahib Babayevin Mövludunda Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin Binəqədi rayon nümayəndəliyinin sədri Yasəmən Qəyyumlu və idarə heyəti, Sumqayıt şəhər icra hakimiyyətinin əməkdaşları, din xadimləri, rayon ictimaiyyəti, media nümayəndələri və şəhidin yaxınları, əsgərlər iştirak etdilər.

Şəhid qızının şəhidlər haqqında söylədiyi şeir məclis iştirakçılarının gözlərində yaş oldu. Şəhidin oğlanları bacıya sarılıb ata həsrətini baxışları ilə dedilər. Ömrünün ən gözəl çağlarını hərbçi olaraq, vətənə xidmət edən Mayor Rahib milyonların sevimlisinə, qəhrəmanına çevrilib.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!



İrandakı prezident seçkilərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da səs verilib.

Edaletyolu.az xəbər verir ki, seçicilər bülletenlərin üzərinə İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın adlarını yazıblar.

Qeyd edək ki, 18 iyunda İranda keçirilən prezident seçkilərində İbrahim Rəisi 17,8 milyon səslə qalib gəlib.


Ermənistanda hakimiyyətə kim gəlirsə-gəlsin, artıq üç fakt danılmaz olaraq erməni xalqı tərəfindən qəbul olunacaq: Qarabağ Azərbaycandır, Ermənistan məğlub ölkədir, dövlət sərhədi Azərbaycanın istədiyi yerdən keçəcəkdir!

Bu barədə tanınmış rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib.

“Hətta ərhədlər 1975-ci ilin xəritələri ilə deyil, 1921-ci ilin xəritələri ilə çəkilə bilər”, - deyə həmsöhbətimiz qeyd edib.

Onun sözlərinə əsasən, Ermənistanın daxili siyasi həyatı getdikcə daha çox “Şapito” sirkinə oxşayaraq “Absurd teatrına” çevrilir.

“Erməni siyasətçilər öz xalqına, onların milli-dini şüuruna xas olan ən pis, mental cəhətlərini bütün dünyaya göstərdilər. Dünya ictimaiyyəti ermənilərin iç üzlərini gördü”, - deyə Kuznetsov qeyd etdi.


Prezident İlham Əliyev “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu” üzrə səlahiyyətli orqanın müəyyən edilməsi barədə sərəncam imzalayıb.


Edaletyolu.az xəbər verir ki, sərəncama əsasən, 2011-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu” üzrə Azərbaycan tərəfindən səlahiyyətli orqan Fövqəladə Hallar Nazirliyi müəyyən edilib.

Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsinə uyğun olaraq “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu” üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqanın müəyyən edilməsi barədə həmin Konvensiyanın Katibliyinə bildiriş göndərəcək.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.



Edaletyolu.az xəbərverir ki, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin Binəqədi rayon nümayəndəliyinin sədri Yasəmən Qəyyumlu və idarə heyəti Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalan şəhid Əsəd Əsədlinin Mövludunda iştirak etdi.

Tədbir olduqca ağır yüklü və əzəmətli idi. Tədbirə tanınmış din xadimləri Hacı Surxay, Hacı Şahin, Hacı Ramin, Hacı Elşən Xəzər, millət vəkili Könül Nurullayeva, General-mayor Polad Həşimovun anası Səmayə Həşimova və şəhid ailələri, Əsədin institut müəllimləri, media nümayəndələri, dini musiqilərin ifaçıları, şairlər və yaxın dostları qatılmışdı.

Şəhid anası Səidə xanımın vağzalı sədaları altında oğlunun şəkli ilə bərabər məclisə daxil olması hər kəsi göz yaşına bürüdü. Əsəd onun ilk övladı idi.

Allah bütün şəhid analarına səbr versin.








Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin Binəqədi rayon nümayəndəliyinin sədri Yasəmən Qəyyumlu və idarə heyəti ikinci Qarabağ müharibəsinin iştirakçısı şəhid Həsənli Elçin Vaqif oğlunun doğum günündə onun adına inşa olunmuş SU BULAĞININ açılışı tədbirində iştirak etdilər. Tədbirdə Abşeron rayon icra hakimiyyətinin başçısı İradə xanım Gülməmmədova və rayon ictimaiyyəti, şəhidin müəllimləri, döyüş yoldaşları və şəhid ailələri iştirak edirdilər. Şəhid Elçin Həsənli göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əİliyevin sərəncamlarına əsasən "Vətən uğrunda"," Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Şəhid anasının çıxışı hər kəsi kövrəltdi.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!