Xəbər lenti


“Rusiya Qarabağda konkret olaraq separtizmi inkişaf etdirir və Azərbaycana qarşı yeni təxribatlar planlayır. İlk növbədə 10 noyabr Bəyannaməsində Qarabağda yaşayan ermənilərə hər hansı bir statusun verilməsi göstərilməyib. Həmçinin Xankəndidə “özünü idarə etmə” mərkəzinin yaradılması qeyd edilməyib. Ona görə də Rusiyanın sülhməramli qüvvələrinin məsuliyyət zonasında bu fəaliyyəti razılaşmaların əleyhinə getməklə, birbaşa gələcək perspektivdə qondarma “DQR” təsis etməkdir”.

Edaletyolu.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

O bildirib ki, Bu, Rusiyanın Qarabağda qalıcılığına hesablanır:

“Araik Arutunyanın Moskvaya getməsi, burada qəbulu Moskvanın separtizmi dəstəklədiyini və məhz separtizmin arxasında durduğunu sübut edir. Rusiya Qarabağda Abxaziya və Cənubi Osetiya presidentlərini tətbiq edir. Artıq Qarabağda erməni silahlı birləşmələri müdafiə səddi və mühəndis istehkam işləri aparır.

Göründüyü kimi Rusiya atəşkəsdən istifadə edərək konkret olaraq burada separtçıları inkişaf etdirib, Azərbaycana qarşı təzyiqlər edəcək. Azərbaycan Rusiyadan izahat tələb etməli, Laçın dəhlizində post qurulmasına çalışmalı və Avrasiya İttifaqı adlanan Rusiyanın layihələrində iştirak etməməlidir. Bu gün prezident İlham Əliyev dediyi kimi Rusiya strateji tərəfdaş kimi özünü göstərmir. Rusiya rəhbərliyinin fəaliyyəti Qarabağ məsələsindən növbəti problem yaratmaqdır”.

“Artıq Azərbaycan ictimaiyyəti və siyasi təşkilatlar Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılmasını tələb etməlidir. Rusiya terrorizmə və separtizmə dəstək verməklə Azərbaycan ərazisindən çıxmalıdır. Azərbaycan və Rusiya arasında münasibətlərin kəskinləşməsi gözlənilir”, – deyə politoloq qeyd edib.

 

Bölmənin digər xəbərləri

21 İyun 2021 Azərbaycanda əhaliyə yenidən 190 manat ödəniləcək – ŞAD XƏBƏR
21 İyun 2021 Azərbaycanda bir gündə koronavirusa yoluxanların sayı açıqlandı
20 İyun 2021 Kimlər “Sputnik V” vurdura bilməz? - Rusiyalı mikrobioloqdan AÇIQLAMAKimlər “Sputnik V” vurdura bilməz? - Rusiyalı mikrobioloqdan AÇIQLAMA
18 İyun 2021 Qırmızı qar yağdı
17 İyun 2021 Laçında yol qəzasında həlak olan hərbçi Tovuzda dəfn edilib – FOTO
17 İyun 2021 Türkiyəli alimdən dördüncü dalğa ilə bağlı - Xəbərdarlıq
17 İyun 2021 Əhaliyə XƏBƏRDARLIQ - İyunun 18-dən 19-u səhərədək...
14 İyun 2021 10 hərbi qulluqçumuz itkindir - Siyahı
14 İyun 2021 Nazirlik əlilliklə bağlı daha bir iddiaya aydınlıq gətirdi
12 İyun 2021 Bəla bitmir - 24 yeni növ koronavirus gəlir
12 İyun 2021 Ziya Məmmədov təcili Bakıya çağırıldı
12 İyun 2021 Bu taksilərdə gediş haqqını təmassız ödə!
12 İyun 2021 Rusiyanın üç şəhərindən Bakıya reyslər işə salınır
11 İyun 2021 Bu şəxslər avtobuslardan pulsuz istifadə edəcəklər
10 İyun 2021 İkinci doza vaksini vurdurmayanların nəzərinə!
10 İyun 2021 İdman zalları və məscidlərdən başqa, hansı müəssisələrdə COVID-19 pasportu tələb olunacaq? - AÇIQLAMA
09 İyun 2021 "Son zəng"lə bağlı Təhsil Nazirliyindən AÇIQLAMA
09 İyun 2021 İdman zallarına giriş qaydaları bu cür olacaq
09 İyun 2021 Paşayeva MM-də Sahil Babayevi... Açıqlama
08 İyun 2021 Xoruldamağın altında ciddi xəstəlik ola bilər - ƏLAMƏTLƏRİ