Xəbər lenti



Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb.

Edaletyolu.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Fərmanda əksini tapıb.

Fərmana əsasən, fondun nizamnamə kapitalı 798 000 000 (yeddi yüz doxsan səkkiz milyon) manatdır.

Bundan əvvəl fondun nizamnamə kapitalı 637 000 000 (altı yüz otuz yeddi milyon) manat idi.

İpoteka və Kredit Zəmanət Fondunun Nizamnamə kapitalının artırılması  aşağıdakı maliyyə mənbələri hesabına təmin ediləcək:

- “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinə uyğun olaraq təsdiq edilmiş tədbirlər planına əsasən güzəştli ipoteka kreditləri üçün ayrılan 90,0 (doxsan) milyon manat hesabına;

- “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının 1.11.7.5.1-ci yarımbəndi ilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2021-ci ilin dövlət büdcəsindən Fonda ayrılan vəsaitin 71,0 (yetmiş bir) milyon manatı hesabına.

Maliyyə Nazirliyi və Fond bu Fərmandan irəli gələn məsələləri həll etməlidirlər.

Bölmənin digər xəbərləri

23 İyun 2021 Vətən müharibəsinin 100 nəfər qazisi və onların övladları üçün tibbi aksiya həyata keçirilir
21 İyun 2021 Prezident fərman imzalayıb
21 İyun 2021 Prezident Pakistana minnətdarlıq etdi
21 İyun 2021 Prezidentdən xüsusi, hərbi və diplomatik rütbələrlə bağlı FƏRMAN
20 İyun 2021 Yasəmən Qəyyumlu Sumqayıt şəhər sakini Şəhid-Mayor Rahib Babayevin Mövludunda iştirak etdi
20 İyun 2021 İranda Əliyevlə Ərdoğana da səs verildi
18 İyun 2021 Kuznetsov: Sərhəd 1921-ci il xəritələri ilə çəkilə bilər
18 İyun 2021 Fövqəladə Hallar Nazirliyinə yeni səlahiyyət verildi
17 İyun 2021 Yasəmən Qəyyumlu şəhid Əsəd Əsədlinin mövludunda iştirak etdi
17 İyun 2021 Yasəmən Qəyyumlu şəhid Elçinin adına inşa olunmuş Su bulağının açılışında iştirak etdi
16 İyun 2021 Suraxanı RİHB-sı şəhidin ad günüdə ailənin evlə təmin olunmasını təmin etdi
16 İyun 2021 Ərdoğanla Bayden 3 məsələdə razılaşdı
16 İyun 2021 Şuşa bəyannaməsi: Türkiyə artıq qarant oldu! – Detallar
16 İyun 2021 Qalib qardaşların Şuşa görüşü: Növbəti qələbələrin təməli qoyuldu
14 İyun 2021 Ərdoğanın Makronla görüşü başa çatdı
14 İyun 2021 Ərdoğanın Azərbaycan səfərinin proqramı AÇIQLANDI
14 İyun 2021 "Ermənistanın Ağdamda minalanmış ərazilərin xəritəsini təqdim etməsi Prezident İlham Əliyevin növbəti qələbəsidir"
14 İyun 2021 Köçəryanın sərsəm iddiası: Hadrutu alacam, Şuşanı isə...
12 İyun 2021 Millət vəkili şəhid Abdurahmanlı Sübhanın anası ilə görüşdü
11 İyun 2021 Prezident İlham Əliyev: Azərbaycan ilə Rusiya arasında münasibətlərin dinamik və uğurlu inkişafı xüsusi məmnunluq doğurur