Xəbər lenti


Lavrovun açıqlamalarından sonra Rusiya XİN məlumat yaydı: Ankara və Moskva Qarabağdakı vəziyyəti müzakirə edib, atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib və Cənubi Qafqazda kommunikasiyanın bərpası işlərinin davam etdirilməsi ilə bağlı razılığa gəliblər.

Bayden-Ərdoğan görüşündən öncə belə bir məlumatın yayılması bölgəyə qayıtmaq üçün hərəkətə keçən ABŞ-a ünvanlanmış mesajdır:

- Moskva Qarabağda Minsk Qrupu formatının dirilməsini istəmir və atəşkəsi Türkiyə ilə birlikdə təmin edir: bu, Lavrovun “rus sülhməramlılarını tərifləməsi, Bakı və İrəvanın da razı olduğu” fikrinin davamıdır;

- Rusiya ABŞ-ın bölgədə kommunikasiyanın açılması prosesinə qoşulmasını istəmir və Vaşinqtonun istədiyi Zəngəzur dəhlizini Türkiyə ilə birlikdə həyata keçirəcək.

Türkiyə Rusiya-ABŞ seçimində birinci ilə anlaşırsa, bu, Moskvanın Ankaranın şərtlərini də qəbul etdiyi ehtimalını gücləndirir.

Ortaq razılaşma kommunikasiyanın bərpasının davam etdirilməsidir: Ankara və Moskva bölgəni Vaşinqtona verməyəcək.

Məsləhətləşmələr Qarabağla bağlıdır və burada Ankaranın istəklərinin nə ola biləcəyi sualı önə çıxır:

Birincisi, Qarabağda üçtərəfli razılaşmanın 4-cü bəndi – erməni qoşunların çıxarılması icra edilməlidir: Ermənistanda seçkidən sonra bu prosesin yekunlaşacağı istisna deyil;

İkincisi, Türkiyə sülhməramlı missiyasında patrul xidmətini həyata keçirmək istəyir: ikitərəfli məsləhətləşmələrdə Monitorinq Mərkəzinin fəaliyyətinin də müzakirə edilməsi bu versiyanı gücləndirən detaldır;

- Monitorinq Mərkəzinin yaradılması ərəfəsində aparılan danışıqlarda Türkiyə bu məsələni masaya gətirmişdi, lakin ruslar Qarabağdakı ermənilərin istəməyəcəyini əsas gətirərək, razılaşmadı. Ankara məsələni müvəqqəti arxa plana keçirmişdi. İndi Moskva Qərbin Qarabağda üçtərəfli razılaşmaları təftiş etdiyi vaxt Ankaranın bu şərtini qəbul edə bilər; bu, Qərbin Moskvanın qarantı olduğu üçtərəfli razılaşmanı pozmaq istəyinə qarşı Ankara ilə birlikdə hərəkət etmək baxımından ruslara lazımdır;

- Erməni qoşunları çıxırsa və Türkiyə sülhməramlı kontingentin tərkibində ruslarla eyni sayda təmsil olunursa, bu, azərbaycanlıların sülhməramlıların nəzarətindəki bölgəyə qayıdışına da şərait yarada bilər. Bu ilin yanvarında Ərdoğan Putinlə telefon söhbətində “Ankara Dağlıq Qarabağda sülhməramlıların mövcudluğu və monitorinq prosesi olmadan azərbaycanlıların və ermənilərin birgə yaşaması üçün şəraitin formalaşdırılmasının tərəfdarıdır” sözləri də Türkiyənin istəyinin bu olduğunu göstərir;

Üçüncüsü, sərhədlərin müəyyənləşməsi məsələsində “beynəlxalq müşahidəçi” təklifi reallaşarsa (istisna deyil), bu, Minsk Qrupu formatında olmayacaq və müşahidəçilər arasında Türkiyə də olacaq.

Regionda yaranmış şərtlər Bakı-Ankara cütlüyünün əlini daha da gücləndirir və Ərdoğanla Əliyevin bu fürsətləri qaçırmayacağı gözləniləndir.

Bölmənin digər xəbərləri

23 İyun 2021 Vətən müharibəsinin 100 nəfər qazisi və onların övladları üçün tibbi aksiya həyata keçirilir
21 İyun 2021 Prezident fərman imzalayıb
21 İyun 2021 Prezident Pakistana minnətdarlıq etdi
21 İyun 2021 Prezidentdən xüsusi, hərbi və diplomatik rütbələrlə bağlı FƏRMAN
20 İyun 2021 Yasəmən Qəyyumlu Sumqayıt şəhər sakini Şəhid-Mayor Rahib Babayevin Mövludunda iştirak etdi
20 İyun 2021 İranda Əliyevlə Ərdoğana da səs verildi
18 İyun 2021 Kuznetsov: Sərhəd 1921-ci il xəritələri ilə çəkilə bilər
18 İyun 2021 Fövqəladə Hallar Nazirliyinə yeni səlahiyyət verildi
17 İyun 2021 Yasəmən Qəyyumlu şəhid Əsəd Əsədlinin mövludunda iştirak etdi
17 İyun 2021 Yasəmən Qəyyumlu şəhid Elçinin adına inşa olunmuş Su bulağının açılışında iştirak etdi
16 İyun 2021 Suraxanı RİHB-sı şəhidin ad günüdə ailənin evlə təmin olunmasını təmin etdi
16 İyun 2021 Ərdoğanla Bayden 3 məsələdə razılaşdı
16 İyun 2021 Şuşa bəyannaməsi: Türkiyə artıq qarant oldu! – Detallar
16 İyun 2021 Qalib qardaşların Şuşa görüşü: Növbəti qələbələrin təməli qoyuldu
14 İyun 2021 Ərdoğanın Makronla görüşü başa çatdı
14 İyun 2021 Ərdoğanın Azərbaycan səfərinin proqramı AÇIQLANDI
14 İyun 2021 "Ermənistanın Ağdamda minalanmış ərazilərin xəritəsini təqdim etməsi Prezident İlham Əliyevin növbəti qələbəsidir"
14 İyun 2021 Köçəryanın sərsəm iddiası: Hadrutu alacam, Şuşanı isə...
12 İyun 2021 Millət vəkili şəhid Abdurahmanlı Sübhanın anası ilə görüşdü
11 İyun 2021 Prezident İlham Əliyev: Azərbaycan ilə Rusiya arasında münasibətlərin dinamik və uğurlu inkişafı xüsusi məmnunluq doğurur