Xəbər lenti


“Şəhid Adilov Şirəli İlham oğlunun ailəsinə məxsus yataq dəstinin ödənişlərin edilməməsi səbəbi ilə zorla geri götürülməsi ilə bağlı yazılanlar həqiqəti əks etdirmir. Bu şəbəkəmizə qarşı hazırlanmış qarayaxmadır. 2 ailə arasında məişət zəminində olan narazılıq və şəhid ailələrinin həssaslığından istifadə edərək “Kontakt Home” mağazalar şəbəkəsinin fəaliyyətinə kölgə salmaq, işgüzar nüfuzunu ləkələmək və cəmiyyəydə çaşqınlıq törətməyə yönəlmiş qərəzli kampaniyadır”. 

Edaletyolu.az  xəbər verir ki, bu barədə “Kontakt Home” mağazalar şəbəkəsinin Hüquq departamentinin rəhbəri Vurğun Quliyev ötən gün keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, hazırda bu kampaniyanın əsas motivləri aydınlaşdırılır və səbəbkarlar barəsində hüquqi ölçü götürüləcək:

“Təəssüflə bildiririk ki, ailədaxili anlaşılmazlıq ruhu qarşısında baş əydiyimiz şəhid ailəsində baş verib. Şəhid Şirəli Adilovun qayınanası Azadə Məmmədova 2019-cu ilin dekabr ayında bizdən məhsul alıb və 2020-ci ilin yay ayında qızını gəlin köçürüb. Həmin əşyalar cehiz olaraq şəhidin yaşadığı mənzilə aparılıb. Ötən ilin sentyabrında müharibə başlanıb, müzəffər ordumuz torpaqlarımızı azad edib və həmin ailənin igid oğlu da şəhid olub. Sonradan ailələr arasında narazılıq yaranıb və şəhidin xanımı ata evinə qayıdıb. Bundan sonra, ötən ilin dekabr ayınının 31-də gəlinin anası bizimlə əlaqə saxlayaraq aldığı məhsulların geri qaytarılmasını istəyib. Yazırlar ki, guya əşyalar borca görə qaytarılıb, əslində xanım ödənişi vaxtlı-vaxtında edib və borca görə qaytarılma olmayıb”. 

V. Quliyevin sözlərinə görə, müştərinin şəhid ailəsi olduğu bilinəndə əşyaların saxlanılması ilə borcu qaytarmaq təklif olunub. A. Məmmədovadan şəhidin ölüm kağızı deyil, yalnız şəhid ailəsi ilə qohumluğunu bildirən hər hansı sənəd istənilib. O isə təkidlə əşyaların mağazaya geri qaytarımasını istəyib: “Şəhid yoldaşının istəyi olduğuna görə həmin əşyalar bu ilin yanvar ayında geri qaytarılıb. Xahişi nəzərə almasaydıq, bu qarşı tərəfdə də narazılıq yarada bilərdi. Qaytarılma məhsul sahibinin və ev sahibinin iştirakı ilə və etirazı olmadan həyata keçirilib. Yalnız 5 aydan sonra – mayın 20-də məsələ qərəzli və məsuliyyətsiz şəkildə gündəmə gətirilib. Bu aylar ərzində ailələr tərəfindən “Kontakt Home” mağazasına ünvanlanan hər hansı narazılıq olmayıb”.

“Kontakt Home” mağazalar şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Vəfa Rüstəmova isə bildirib ki, hazırda həmin məhsul şirkətin anbarında saxlanılır. Həmçinin məhsula görə şəhidimizin həyat yoldaşının ailəsi tərəfindən ödənilən kredit məbləğləri geri qaytarılıb. Ailə nə vaxt istəsə, hara istəsə, həmin əşyaları yenidən gətirib qaytara bilərlər. 

Vəfa Rüstəmovanın sözlərinə görə, “Kontakt Home” mağazalar şəbəkəsi azsaylı şirkətlərdəndir ki, nəinki qazi və şəhidlərin, o cümlədən, onların ailə üzvlərinin də borclarını bağışlayıb:

“Bundan əlavə, şəhid Şirəli Adilovun bacısının da mağazaya borcu olub və məsələyə fərdi qaydada baxılıb, həmin borc tamamilə silinib. Həmçinin şəhidin atasının da mağazadan krediti olub və həmin borc da sıfırlanıb. İndiyə kimi İkinci Qarabağ müharibəsi şəhidlərinin və onların birinci dərəcəli ailə üzvlərinin borcları qeyd-şərtsiz bağlanıb. Həmçinin birinci və ikinci qrup əlillərinin ailə üzvlərinin borcları qeyd-şərtsiz bağlanıb. Ümumilikdə indiyədək 279 şəhid və qazi ailəsinin 193 min 307 manat borcu bağışlanılıb. Həmçinin aldıqları məhsullar da özlərində saxlanılıb. Bunu edən şirkət şəhidin ətrinin qaldığı 1 çarpayını götürə bilməz. Bu, tam absurddur və burada manipulyasiyadan söhbət gedir”.

Şirkət rəsmisi Vurğun Quliyev həmçinin bildirib ki, “Kontakt Home” mağazalar şəbəkəsi ilə bağlı qərəzli paylaşımı edənlər, bu məsələdən bu və ya digər formada istifadə edən hər bir şəxs barəsində hüquq-mühafizə orqanlarına müraciət olunub. 

Mətbuat konfransında vurğulanıb ki, ötən il Prezident İlham Əliyev tərəfindən Qobu qəsəbəsində müharibə iştirakçıları üçün yaşayış kompleksinin açılışı həyata keçirilib. Prezident açılış mərasimində özəl şirkət və sahibkarlara müraciət edərək şəhid və qazi ailələrinin mənzillə təmin olunması üçün çağırış edib. “Kontakt Home” bu təşəbbüsə qoşulan ilk şirkətlərdəndir. Qobuda 10 mənzilin bu mağazalar şəbəkəsinin maliyyə dəstəyi ilə tikilməsinə başlanılıb və yaxın vaxtlarda istifadəyə veriləcək. 

Həmçinin müharibə müddətində şirkətin 1 həftə ərzində əldə etdiyi gəlirlərdən Silahlı Qüvvələrə Yardım Fonduna 150 min manatlıq ianə edilib. Şirkətin 97 əməkdaşının hər birinə ümumilikdə 50 min manatlıq yardım olunub və maaşları saxlanılıb. “Kontakt Home”un bir əməkdaşı  Aslan Rzayev Vətən müharibəsində şəhid olub. Şirkət onun 1,5 yaşlı övladını 23 il müddətinə himayayə götürüb və birdəfəlik 25 min manat məbləğində dəstək olunub. Həmçinin ilk qadın şəhid Arəstə Baxışovanın övladlarının onlayn dərs vəsaitinə ehtiyacı olduğunu öyrənən mağaza rəhbərliyi onları həmin vəsaitlə təmin etməklə yanaşı, uşaqların hər birinə 10 000 olmaqla, ümumilikdə 20 000 manat məbləğində köməklik edib.

“Kontakt Home”un “Qarabağ proqramı” çərçivəsində həyata keçirdiyi bütün sosial layihələrlə buradan tanış ola bilərsiniz.



Kornavirus pandemiyasının hökm sürdüyü bu çətin günlərdə əsas problemlərdən biri də insanların işlə təmin edilməsi, pul qazanmasıdır.


 

Edaletyolu.az xəbər verir ki, “Mak Marin LTD” şirkəti bu çətin günlərdə bir çox işsiz vətəndaşların işlə təmin edilməsini həyata keçirib. Şirkətin rəhbəri Mətanət Süleymanzadə açıqlamasında bildirib ki, may ayının 20-dən bu günə qədər bir çox vətəndaşların müraciəti olub: “Həmin vətəndaşlar peşə və ixtisaslara layiq, təcrübəli, yüksək səviyyəli ixtisasçılardır. Montajçı, qaynaqçı, elektrik, fəhlə və digər ixtisas sahibləri ixtisaslaşdırıldıqdan sonra müvafiq işlərə yönləndirilib. Həmin vətəndaşlardan dünən 50 nəfərini mərmər işinin yerinə yetirilməsi üçün “Ağ şəhər” layihəsinə təqdim etdik”.

M. Süleymanova əlavə edib ki, “Ağ şəhər” proyektində “Torqon” şirkətinin rəhbərliyi ilə danışıqlar aparıldı və müqavilə imzalandı: “Həmin vətəndaşlar bugün səhər saat 8-dən artıq işdədirlər. “Stay” şirkətində bu günlərdə 32 nəfər vətəndaş işlə təmin olunub. Bundan başqa, digər şirkətlərlə də danışıqlar aparılır. Artıq 150 nəfər işçinin sənədlərini təqdim etmişik. Gələn həftədən həmin vətəndaşlar işlə təmin ediləcək.
Bundan əlavə, “Paşa İnşaatın” layihəsi olan “Ağ Şəhər” layihəsində çalışmaq üçün 200 nəfər vətəndaşın işlə təmin olunmasını həyata keçirəcəyik. Bu günə qədər 4 şirkətlə müqavilə bağlamışıq. Şirkətimiz bu günlərdə Azfenin Dərnəgül layihəsinə də vətəndaşların işləməsi üçün müqavilə imzlayıb. Həmçinin Azfenin “Akkord” layihəsində də vətəndaşlarımız işlə təmin edilib. Hazırda orada da 10-na yaxın vətəndaşlarımız işləyir”.

Vətəndaşların işlə təmin edilməsi üçün əlindən gələni edəcəyini deyən İş xanımı qeyd edib ki, qarşıda böyük layihələri var: “Gələcək planlarımızda 300-400 vətəndaşın işlə təmin olunması var. Bunun üzərində çalışırıq”.



Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ehtiyat aktivləri 4 166,8 milyon ABŞ dolları məbləğində artıb.

 
Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında deyilir.

 
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,7% çoxdur.
 


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də BP qrupunun baş icraçı direktoru Robert Dadlini qəbul edib.

EDALETYOLU.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
İlham Əliyev BP rəsmisini qəbul etdi



Abşeron rayonunda tarixi abidələrdən biri də Masazır Cümə məscididir. 16-cı əsrdə inşa edilmiş bu abidə Sovet hakimiyyəti dövründə müxtəlif məqsədlər üçün istifadə olunub. Sonuncu dəfə isə məscid 1988-ci ildə təmir olunub. Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Masazır Cümə məscidinin vəziyyəti ilə yaxından tanış olub.


 

Edaletyolu.az  xəbər verir ki, Cümə məscidin əsaslı təmiri ilə əlaqədar müvafiq təşkilatlara göstəriş verilib. Bildirilib ki, tezliklə təmirlə bağlı layihə-smeta sənədləri hazırlanacaq. Təmir işləri zamanı məscidin ilkin görünüşünə xələl gətirməmək üçün mütəxəssislər cəlb ediləcək.

Sonra Masazırda Şəhidlər abidə kompleksi və Şəhidlər Parkının salınması üçün tapşırıq verilib.



"İnvestorlar BİTCOİN"ə qoyduqları bütün pulların batmasına hazırlıqlı olsunlar".

Bunu "Bloomberg"ə müsahibəsində Qiymətli Kağızlar üzrə Avropa İdarəsinin rəhbəri Stiven Meydjor deyib. O, kriptovalyutaların kursunun azalmasına münasibət bildirərkən həmin vəsaitdən valyuta kimi istifadənin mümkünsüzlüyünü önə sürüb.

 Qeyd edək ki, "Bitcoin"in kursu 16 yanvarda 12 faiz düşüb və 12255 dollar təşkil edib. Bu isə 5 dekabrdan bəzi ən aşağı göstəricidir.

Yanvarın 10-na manatın məzənnəsi açıqlanıb.

Mərkəzi Bankdan  verilən məlumata görə, 10.01.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7001 manat səviyyəsində müəyyən olunub.

 

Qeyd edək ki, 2018-ci il yanvarın 9-da da USD/AZN rəsmi məzənnəsi 1,7001 manat təşkil edib


"Dəmirbank"da kompensasiya olunmayan əmanətlərin həcmi 28,3 milyon manatdır. Bu isə o deməkdir ki, 28 milyon manatdan artıq əmanətin geri qaytarılmasına ümid yoxdur.

Bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətləri geri qaytarır, qorunmayan depozitlər isə bankın məsuliyyətindədir:

 "Müflis olan bankda qorunmayan əmanətlər aktivlər passivləri üstələdiyi halda geri qaytarıla bilər. Ötən il müflis olan 11 bankda yalnız qorunan əmanətləri geri qaytarmaq mümkün olub. Etiraf etmək lazımdır ki, qorunan əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən tam olaraq geri qaytarılır. Bununla belə, dəfələrlə təklif etdiyimiz kimi, qorunmayan əmanətlərin taleyi ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən real addımların atılmasına ehtiyac var".

İqtisadçı hesab edir ki, əvvəla, bankın cəlb etdiyi əmanətlərin məbləği onun ödəmə qabiliyyətinə və ya aktivlərinin həcminə münasib olmalıdır:

"Öhdəliklərin aktivləri üstələməsi qorunmayan əmanətlərin geri qaytarılmasına imkan vermir.

İkincisi, bank menecerlərinin məsuliyyəti artırılmalıdır. Qorunmayan əmanəti cəlb edərək, onu xərcləyən banklar müflis olmaqla, yumşaq desək, "məsələni bağlayırlar". Halbuki bank həmin pullardan faydanalanaraq qazanc əldə edib və deməli, onların qaytarılmasına da məsul olmalıdır.

Üçücünsü, bu istiqamətdə qanunvericiliyə dəyişikliklərin edilməsinə ehtiyac var. Bank qorunmayan əmanəti cəlb edərək onu kreditə yönəldir. Qorunmayan əmanətin bank tərəfindən qaytarılması məcburi deyil, amma həmin pullarla verilmiş kredit geri qaytarılır. Deməli, geri alınan kredit məhz qorunmayan əmanətlərin ödənilməsinə yönəldilməlidir. Nəhayət, mediada və eləcə də sosial şəbəkələrdə belə geniş təbliğatdan sonra vətəndaşlarımızın sadəcə bir bankda 28,3 milyon manat qorunmayan əmanət saxlaması səbəblərini də izah etmək çətindir. 2-3 faiz artıq gəlirdən ötrü pulu riskə atmaq heç zaman başadüşülən deyil".


Federal Açıq Bazar Komitəsinin (FOMC) bu gün başlayacaq toplantısında bankın siyasət faizini 25 bal artıracağı irəli sürülür.

Edaletyolu.az  Bloomberg-ə istinadən xəbər verir ki, bazarları ilin son toplantısında FOMC-ın üçüncü dəfə faiz artımına gedib-getməyəcəyindən daha çox növbəti il üzrə faiz planları maraqlandırır.

 Faizlərin artırılacağı yönündə həmfikir olan ekspertlər bildirir ki, 2018-ci ildə 3 deyil, 4 faiz artımına gedilə bilər.

Bu gün keçiriləcək iclasda isə faizlərin 1,25-1,50 faiz aralığında artırılacağı qeyd edilir. Ən kritik mesaj kimi isə 2018-ci ilə yönəlik faiz siyasəti ilə bağlı irəli sürüləcək sözlər dəyərləndirilir.



Noyabrın 17-nə manatın məzənnəsi açıqlanıb.

Mərkəzi Bankdan Sonxeber.az-a verilən məlumata görə, 17.11.2017-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7002 manat səviyyəsində müəyyən olunub.

 

Qeyd edək ki, noyabrın 16-da da USD/AZN rəsmi məzənnəsi 1,7002 manat təşkil edib.