Xəbər lenti


Mətbuatda yayılan məlumata görə  Səhiyyə Nazirliyi tərəfindən tibb işçilərinin təhsil haqqında diplomlarının araşdırılması nəticəsində 142 saxta diplom aşkarlanıb.


 

  Bu məluamatı  oxuyanda yadıma  keçmiş səhiyyə naziri  Əli İnsanovun məhkəmədə dediyi  fikirlər  düşdü:

“ Mən Məleykə Abbaszadədən soruşmaq istəyirəm ki, 12 balla Tibb universitetinə necə girmək olar”.

Söhbət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ( TQDK ) sədri Məleykə Abbaszadədən gedirdi.

O zaman Əli İnsanovun vəkili onu da qeyd edirdi ki, TQDK sədri Məleykə Abbaszadə  Əli İnsanov barəsində  MTN-ə məktub yazılıb və  həmin məktub sabiq nazirin həbsinə rəvac verən fakt kimi tanınıb.  

Baş verən hadisələrə  bugünkü  prizmadan yanaşanda çox mətləblərə aydınlıq gəlir.

 

Bəli, həmin illərdə  TQDK-nın keçirdiyi qəbul imtahanlarına  ancaq  MTN əməkdaşları nəzarət edirdi.  Və hər iki qurum birləşərək  qəbul imtahanında  milyonlar qazanırdı.

Hətta  12 bal toplamağa savadı çatmayan abituriyentlər  saxta yüksək balla   ATU-ya, BDU-nun hüquq fakültələrinə qəbul olunurdu. Əli İnsanov məhkəmədəki çıxışında məhz bunları nəzərdə tuturdu.

Bu gün MTN ləğv olunub, keçmiş nazir Eldar Mahmudov vəzifədə deyil. Deməli, Məleykə Abbaszadə ilə Eldar Mahmudov cütlüyünün qaranlıq əməllərinin  açılması üçün imkan var.

Sadəcə ortada yuxarının razılığı  olmalıdır. Məleykə Abbaszadə tələbə qəbulundan milyonlar qazanıb. Bu məsələ ciddi yoxlanılarsa, xanım Abbazadənin həbsi qaçılmaz olar.  

 


Novxanı-Sumqayıt yolunda "Range-Rover" markalı avtomobil qəza törədib.

Edaletyolu.az xəbər verir ki,

"Spring" hotelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı "Range-Rover" markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb. Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra "Damas" markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən "Damas"da olan üç nəfər ölüb.

 

Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, o, hadisə zamanı sərxoş olub.

Qeyd edək ki, E.Kərbalayev "Qurtuluş-93" MMC-nin rəhbəri Məhərrəm Novruzovun kürəkənidir./APA



Abşeron Rayon Polis İdarəsinə müraciət edən Hökməli qəsəbə sakini olan qadın iyunun 10-da saat 19 radələrində əri Qədirin evdən getməsini, saat 20 radələrində ona zəng edərkən telefona cavab verən naməlum şəxsin ərinin 3700 manat pul borcunun olmasını və pulu qaytarmayana kimi onu buraxmayacaqlarını deməsini bildirib.


 

Edaletyolu.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla Xırdalan şəhər sakini M.Məmmədovun, Gəncə şəhər sakini E.Şirinzadənin və digər bir nəfərin Qədiri zorla avtomobilə mindirib Xətai rayonu ərazisindəki mənzillərdən birinə apararaq orada döymələri, habelə həyat yoldaşına zəng edərək 5000 manat pul tələb etmələri müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən E.Şirinzadə və M.Məmmədov saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.


Ucarda məktəb direktorunun azyaşlı şagirdə qarşı əxlaqsızlıq etməsi barədə məlumatlar yayılıb.
Edaletyolu.az Unikal.org - a istinadən xəbər verir ki, Ucar rayonu Pirkənd kənd orta məktəbin 8-ci sinif şagirdi Nurtacın atası məktəb direktoru 60 yaşlı Tapdıq İsayevin onun qızına qarşı əxlaqsız təklif etdiyini iddia edib.

Onun sözlərinə görə, T.İsayev Nurtacı öz otağına çağırıb və ona ali məktəbə daxil olmaqda kömək edəcəyini vəd edərək, sinəsini açmasını tələb edib. Azyaşlı qız isə bunu eşitdikdən sonra qorxub və sinfə qaçıb.

Ucar rayon təhsil şöbəsinin müdiri Rauf Məmmədov Unikal.org-a açıqlamasında bildirib ki, hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır: "Sözügedən məsələ ilə bağlı araşdırma bitdikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək".


Bir neçə ay əvvəl Ağstafa rayonunun Dağkəsəmən kəndində baş vermiş zorlama hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.


 

Edaletyolu.az xəbər verir ki, Qazaxın Çaylı kəndinin sakini olan 1994-cü il təvəllüdlü Fəhmin Babaşovun (ad və soyadlar şərtidir) atasının vəfat etdiyi gün ögey anasını zorlaması üzə çıxıb.

 Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsilə açılmış cinayət işinin istintaqı zamanı məlum olub ki, Fəhminin anası vəfat etdikdən sonra 1999-cu ildən bacısı ilə Dağkəsəmən kəndində atasının ikinci həyat yoldaşı olan Rəhilə Babaşovanın (ad şərtidir) evində yaşayıb. Övladı olmayan Rəhilə ikinci həyat yoldaşı olan Hüseynin (ad şərtidir) övladlarını böyüdüb. Lakin bir müddət əvvəl Hüseynin qızı vəfat edib. Bundan sonra isə Hüseyn onkoloji xəstəliyə düçar olub.

Hadisənin baş verdiyi günə gəlincə hərzamankı kimi səhər saat 6-da mal-qaranı otarmağa gedən Fəhmin saat 8 radələrində atasının vəfat etdiyini eşidərək geri qayıdıb. O, evə gələndən sonra analığı Rəhilə ilə atasının qəbrini qazdırmaması üstündə dalaşıb və onu vurmağa cəhd edib. Bu zaman həyətdə olan qonşular 26 yaşlı oğlanın ögey anasını vurmasına imkan verməyərək araya giriblər. Bir neçə saat sonra mərhum dəfn edilib və günortadan sonra qonaqlar dağılışıb.

Zərərçəkən qadının bildirdiyinə görə, dəfndə iştirak edənlərin getməsindən sonra ögey oğlu ilə evdə tək qalıb. Axşam saatlarında Fəhmin ögey anasına başının ağrıdığını və onun başını ovxalamasını deyib. Bu zaman gənc oğlan analığına atasının artıq vəfat etdiyini, bundan sonra onunla ər-arvad münasibətində yaşamaq istədiyini bildirib. Lakin qadın buna etiraz edərək, belə bir şeyin mümkünsüzlüyünü, yaşlı qadın olduğunu söyləyib. Bundan sonra o, ayağa qalxaraq ögey anasına qarşı zorakılıq hərəkətləri etməyə başlayıb və onu sürüyüərək yataq otağına aparıb.

Rəhilə Babaşova bildirib ki, ögey oğluna yalvararaq onu zorlamamasını desə də, qarşı tərəf çirkin niyyətini həyata keçirib. O, müqavimət göstərsə də, Fəhminə gücü çatmayıb və yaxınlıqda ev olmadığından qışqırmağın köməyə çatmayacağını düşünüb. Ögey oğlu tərəfindən zorlanan qadın daha sonra özünü razılaşmış kimi göstərərk həyətə düşüb yuyunmaq istədiyini deyib. Fəhmin bununla razılaşıb. Telefonunu götürərək həyətə düşən qadın dərhal həyətdəki dama daxil olaraq onun dəmir qapısını arxadan bağlayıb. O, polisə zəng edərək oğulluğu tərəfindən cinsi təcavüzə məruz qaldığını deyib. Daha sonra Fəhmin gələrək qapıya zərbələr vurmasına və analığından qapını açmasını tələb eməsin baxmayaraq, Rəhilə polislər gələnədək oranı tərk etməyib.

Hadisə yerinə gələn polis əməkdaşları Fəhmini saxladıqdan sonra o, damı tərk edib.

Hadisə şahidləri bildiriblər ki, mərhum Hüseyn Babaşovun 3 mərasiminə gələn şəxslər onun oğlunun ögey anasını zorladığına görə həbs edildiyini eşidərək təəccübləniblər.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində zərərçəkən qadın ögey oğlundan şikayətçi olduğunu bildirib. Həmçinin ekspertiza rəyindən qadının hadisə vaxtı xəsarətlər alması məlum olub.

Məhkəmənin hökmü ilə Fəhmin Babaşov 5 il müddətinə azadlıqdan məhrum edilib./Publika.az



Bu gündən etibarən orta məktəblərdə ibtidai siniflər üçün əyani tədrisin başlanması, həmçinin bir çox xidmət sahələri üzrə iş fəaliyyətinin bərpa olunması yollarda, küçə və prospektlərdə, xüsusilə də orta təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artmasına səbəb olub.

Baş Dövlət Yol Polisi İdarəsindən  verilən məlumata görə, bütün sürücülərdən xahiş olunur ki,  yol hərəkəti qaydalarına ciddi riayət etsinlər, əsasən də fərdi nəqliyyat vasitələri ilə şagirdləri məktəbə aparan sürücülər dayanma-durma qaydalarını pozmamaqla avtomobillərini icazə verilən ərazilərdə saxlasınlar ki, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə maneçilik yaratmasınlar.

"Eyni zamanda, piyadalara səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamağı və hərəkət hissəsini piyada keçidləri ilə keçməyi, valideynlərə azyaşlı uşaqları nəzarətsiz qoymamağı, ictimai nəqliyyat vasitələrindən istifadə edən şəxslərə sosial ara məsafəsi saxlamaqla tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə etməyi tövsiyə edirik",-deyə məlumatda bildirilir.

 


Bakıda ailəli olan gənc qadının ərinin dostu tərəfindən qaçırılması ilə bağlı yeni xəbər var.
 
Publika.az-ın əldə etdiyi məlumata görə, Binəqədi qəsəbəsi ərazisindən qaçırılan 1999-cu il təvəllüdlü Aysel Məmmədova (ad və soyadlar şərtidir) yaxın qohumlarının və polisin iştirakı ilə tapılaraq ailəsinə qaytarılıb.
 
Qeyd edək ki, ilkin olaraq sentyabrın 21-də Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsinə A.Məmmədovanın itkin düşməsi barədə müracit daxil olub. Ailə üzvləri 21 yaşlı qadının naməlum istiqamətdə getdiyini və bir daha geri qayıtmadığını, onunla əlaqə saxlaya bilmədiklərini deyiblər.

Dərhal polis əməkdaşları hadisəni araşdırıblar və məlum olub ki, ailəli və 1 uşaq anası olan qadın onun ərinin yaxın dostu Ənvər Əliyev (ad və soyad şərtidir) tərəfindən evlənmək məqsədilə qaçırılıb.

DİN və Baş Prokurorluq Əlizamin Salayevlə bağlı məlumat yaydı


Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bəzi KİV-də və sosial şəbəkələrdə qəsdən sağlamlığa ağır zərər vurma cinayətinə görə azadlıqdan məhrum edilmiş Salyan rayon sakini Aytəkin Abıyevanın guya polis əməkdaşı Həmzə Əzizov tərəfindən zorakılığa məruz qalması və özünü Aytəkin Abıyevanın müdafiəçisi kimi göstərmək istəyən həmin rayonun sakini Zamin Salayevə (Əlizamin Salayev) işgəncə verilməsi barədə məlumat yayıb.

"Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, 2019-cu il avqust ayının 8-də qohumu ilə rəsmi nikaha daxil olub ailə həyatı quran Aytəkin Abıyeva əri ilə birgə Bakı şəhərinə köçüb və bundan 10 gün sonra adı istintaqa məlum olan keçmiş sevgilisinə zəng edib onunla Salyan şəhərinə gəlib və 4 gün müddətində müxtəlif ünvanlarda qalıblar.

Həyat yoldaşının polisə müraciəti əsasında avqustun 22-də tapılıb ailəsinə qaytarılan, daha sonra valideynlərinin yanına qayıdan Aytəkin Abıyeva yeni tanış olduğu başqa bir şəxslə telefon əlaqəsi saxladığı üçün anası tərəfindən tənbeh edildiyindən sərbəst yaşamaq qərarına gələrək 2019-cu il sentyabrın 10-da xəbər vermədən evdən gedib. Aytəkin Abıyevanın itkin düşməsi barədə ailə üzvlərinin Daxili İşlər Nazirliyinin «102» Xidmətinə müraciəti əsasında həmin gün o, polis əməkdaşları tərəfindən tapılıb valideynlərinə təhvil verilib.

Bir neçə gün evlərində qalan Aytəkin Abıyeva 2019-cu il sentyabrın 16-da yenidən evdən qaçıb əvvəldən yaxın münasibətdə olduğu digər tanışı ilə görüşüb.

Ertəsi gün onun itkin düşməsi barədə valideynləri yenidən Salyan Rayon Polis Şöbəsinə müraciət etmiş və müvafiq araşdırmanın aparılması baş təhqiqatçı Həmzə Əzizova tapşırılıb. Həyata keçirilmiş axtarış tədbirləri ilə Aytəkin Abıyevanın olduğu yer müəyyən edilmiş və o, saxlanılıb qardaşına təhvil verilərkən buna etiraz olaraq üzərindəki bıçaqla Həmzə Əzizova həyat üçün təhlükəli olan ağır xəsarət yetirib.

Fakt üzrə Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29 və 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb və Aytəkin Abıyeva məhkəmənin qərarı ilə şübhəli qismində tutulub.

Müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrdə, Aytəkin Abıyeva ittiham üzrə özünü təqsirli bilib, cinayəti törətdiyi günədək Həmzə Əzizovla heç bir münasibətinin olmadığını və hər hansı polis əməkdaşı tərəfindən ona qarşı qanunsuz hərəkətə yol verilmədiyini göstərib.

Aytəkin Abıyevanın həmin cinayət əməlini törətməsi, özünün səmimi ifadələri ilə yanaşı istintaq zamanı toplanıb, bir-birini tamamlayan təkzibedilməz sübutlarla, o cümlədən hadisəni görən ailə üzvlərinin və digər çoxsaylı şahidlərin ifadələri, mobil telefon danışıqları barədə məlumatlar və ekspertiza rəyləri ilə tam təsdiqlənib.

Lənkəran Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Aytəkin Abıyevanın əməli Cinayət Məcəlləsinin 126.2.2-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib və o, bu cinayətdə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd olunmalıdır ki, özünü Aytəkin Abıyevanın müdafiəçisi kimi göstərməyə cəhd edən Zamin Salayev, xəbər verildiyi kimi, 2020-ci il yanvarın 13-də Bakı şəhərində ictimai qaydanı pozan hərəkətlərə yol verdiyinə və bununla əlaqədar polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmadığına görə məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.

Saxlanılan zaman bütün prosessual hüquqları təmin edilən Zamin Salayev vəkili və ailə üzvləri ilə görüşüb və müvəqqəti saxlama yerində Ombudsman Aparatının əməkdaşları ona baş çəkiblər.

Eyni zamanda, Daxili İşlər Nazirliyi tərəfindən aparılan xidməti yoxlama prosesində Zamin Salayev, polis əməkdaşları tərəfindən hər hansı işgəncəyə və zorakılığa məruz qalmadığını bildirib. Bu xüsusat Nazirliyin təşəbbüsü ilə Zamin Salayevin DİN-in Hospitalında keçirilmiş tibbi müayinəsi ilə təsdiqlənib.

Törətdiyi cinayətlərə görə əvvəllər də üç dəfə məhkumluq həyatı yaşayan, spirtli içki aludəçisi olan Zamin Salayevin Aytəkin Abıyevanın təzyiqə məruz qalması və hətta zorlanması barədə şərəf və ləyaqəti alçaldan böhtanlar yayması da qərəzdən başqa bir şey deyil və onun neqativ həyat təcrübəsinin və dünyagörüşünün təzahürüdür.

“AtaBank”da mübahisə düşdü, işçi öldü


Ötən gün “AtaBank”da ölüm hadisəsi baş verib.
Hadisə bankın Ş.Bədəlbəyli küçəsi 102 ünvanında yerləşən Baş ofisində qeydə alınıb.
Müştəri ilə mübahisə edən Ramilə adlı əməliyyatçının dili qatlanıb və o, iş yerində keçinib.
Qeyd edək ki, son günlər “AtaBank”ın müflis olması ilə bağlı xəbərlər yayılmaqdadır. Bankın sabiq Vergilər naziri Fazil Məmmədova məxsus olduğu bildirilir.

Qafqazinfo


Qubada oğurluq olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Quba rayonu Vladimirovka kənd sakini Kərim Əlişanov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus fərdi yaşayış evindən 47 min ABŞ dollarının naməlum şəraitdə oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib. Peşəkarlıqla aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində pulların zərərçəkənin oğlu, 18 yaşlı Röyal Əlişanov tərəfindən oğurlandığı məlum olub. 

 

İlkin dindirilmə zamanı R.Əlişanov tutduğu əməli etiraf edərək, müxtəlif vaxtlarda atasına məxsus pulları hissə-hissə oğurladığını bildirib. 

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.