Xəbər lenti



Bir neçə ay əvvəl Ağstafa rayonunun Dağkəsəmən kəndində baş vermiş zorlama hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.


 

Edaletyolu.az xəbər verir ki, Qazaxın Çaylı kəndinin sakini olan 1994-cü il təvəllüdlü Fəhmin Babaşovun (ad və soyadlar şərtidir) atasının vəfat etdiyi gün ögey anasını zorlaması üzə çıxıb.

 Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsilə açılmış cinayət işinin istintaqı zamanı məlum olub ki, Fəhminin anası vəfat etdikdən sonra 1999-cu ildən bacısı ilə Dağkəsəmən kəndində atasının ikinci həyat yoldaşı olan Rəhilə Babaşovanın (ad şərtidir) evində yaşayıb. Övladı olmayan Rəhilə ikinci həyat yoldaşı olan Hüseynin (ad şərtidir) övladlarını böyüdüb. Lakin bir müddət əvvəl Hüseynin qızı vəfat edib. Bundan sonra isə Hüseyn onkoloji xəstəliyə düçar olub.

Hadisənin baş verdiyi günə gəlincə hərzamankı kimi səhər saat 6-da mal-qaranı otarmağa gedən Fəhmin saat 8 radələrində atasının vəfat etdiyini eşidərək geri qayıdıb. O, evə gələndən sonra analığı Rəhilə ilə atasının qəbrini qazdırmaması üstündə dalaşıb və onu vurmağa cəhd edib. Bu zaman həyətdə olan qonşular 26 yaşlı oğlanın ögey anasını vurmasına imkan verməyərək araya giriblər. Bir neçə saat sonra mərhum dəfn edilib və günortadan sonra qonaqlar dağılışıb.

Zərərçəkən qadının bildirdiyinə görə, dəfndə iştirak edənlərin getməsindən sonra ögey oğlu ilə evdə tək qalıb. Axşam saatlarında Fəhmin ögey anasına başının ağrıdığını və onun başını ovxalamasını deyib. Bu zaman gənc oğlan analığına atasının artıq vəfat etdiyini, bundan sonra onunla ər-arvad münasibətində yaşamaq istədiyini bildirib. Lakin qadın buna etiraz edərək, belə bir şeyin mümkünsüzlüyünü, yaşlı qadın olduğunu söyləyib. Bundan sonra o, ayağa qalxaraq ögey anasına qarşı zorakılıq hərəkətləri etməyə başlayıb və onu sürüyüərək yataq otağına aparıb.

Rəhilə Babaşova bildirib ki, ögey oğluna yalvararaq onu zorlamamasını desə də, qarşı tərəf çirkin niyyətini həyata keçirib. O, müqavimət göstərsə də, Fəhminə gücü çatmayıb və yaxınlıqda ev olmadığından qışqırmağın köməyə çatmayacağını düşünüb. Ögey oğlu tərəfindən zorlanan qadın daha sonra özünü razılaşmış kimi göstərərk həyətə düşüb yuyunmaq istədiyini deyib. Fəhmin bununla razılaşıb. Telefonunu götürərək həyətə düşən qadın dərhal həyətdəki dama daxil olaraq onun dəmir qapısını arxadan bağlayıb. O, polisə zəng edərək oğulluğu tərəfindən cinsi təcavüzə məruz qaldığını deyib. Daha sonra Fəhmin gələrək qapıya zərbələr vurmasına və analığından qapını açmasını tələb eməsin baxmayaraq, Rəhilə polislər gələnədək oranı tərk etməyib.

Hadisə yerinə gələn polis əməkdaşları Fəhmini saxladıqdan sonra o, damı tərk edib.

Hadisə şahidləri bildiriblər ki, mərhum Hüseyn Babaşovun 3 mərasiminə gələn şəxslər onun oğlunun ögey anasını zorladığına görə həbs edildiyini eşidərək təəccübləniblər.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində zərərçəkən qadın ögey oğlundan şikayətçi olduğunu bildirib. Həmçinin ekspertiza rəyindən qadının hadisə vaxtı xəsarətlər alması məlum olub.

Məhkəmənin hökmü ilə Fəhmin Babaşov 5 il müddətinə azadlıqdan məhrum edilib./Publika.az

Bölmənin digər xəbərləri

18 İyun 2021 Məleykə Abbaszadənin həbsi qaçılmazdır-SAXTA QƏBULLAR
14 İyun 2021 Azərbaycanda iş adamının sərxoş kürəkəni lüks avtomobillə dörd nəfərin ölümünə səbəb oldu
12 İyun 2021 Bakıda adam oğruları saxlanıldı - DİQQƏTLƏ OXUYUN
07 İyun 2021 Azərbaycanda məktəb direktoru 14 yaşlı qızı otağına çağırıb....
01 Fevral 2021 DYP yol hərəkəti iştirakçılarına müraciət edib
23 Sentyabr 2020 Bakıda ərinin dostu tərəfindən qaçırılan 21 yaşlı gəlindən xəbər var
28 Yanvar 2020 DİN və Baş Prokurorluq Əlizamin Salayevlə bağlı məlumat yaydı
26 Yanvar 2020 “AtaBank”da mübahisə düşdü, işçi öldü
05 Avqust 2019 18 yaşlı oğlan atasının evindən 47 min dollar oğurlayıb
04 İyul 2019 DƏHŞƏT - Azərbaycanda üç uşaq anası subay oğlanla qaçdı
28 May 2019 Azərbaycanda taksi sürücüsü maşınına minən gənc qızın başını niyə kəsdi? - SƏBƏB ...
09 May 2019 Rusiyada məşhur azərbaycanlı biznesmenin ofisinə hücum edildi
27 Sentyabr 2018 Vətəndaşı polis bölməsinə çağırıb döyüb öldürdülər - Şok İDDİA
17 May 2018 “Dərman mafiyası”nda daha kimlər var?
17 Aprel 2018 “Lider” şirkətindən xalqa mal əti salosu fırıldağı
21 Oktyabr 2017 Piyadaların üstündən keçən milyonçu qızının polis idarəsindəki rahatlığı
14 Avqust 2017 Əli Həsənovun nəvəsi lüks kameraya köçürülüb? - Rəsmi açıqlama
22 Aprel 2017 Ana yeni doğulan körpəsini diri-diri...
09 Aprel 2017 Ata 8 yaşlı qızına şapalaq vurdu, başına elə oyun gəldi ki...
03 Aprel 2017 Bərdə sakini 3600 manat kreditə qarşı 17 min manat pul ödəyib