Xəbər lenti



"Əgər koronavirusa qarşı vaksinin birinci dozasından sonra şəxs koronavirusa yoluxursa, ikinci dozaya gərək yoxdur".


 

Edaletyolu.az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov bildirib. Həkimin sözlərinə görə yoluxduqdan sonra qısa müddət ərzində ikinci dozanın da tətbiqi təhlükə yarada bilər:

 

"Koronavirusa yoluxub sağalan şəxsin qısa müddətdə vaksin vurdurması onun sağlamlığına ciddi təhlükə yarada bilər. Xəstəliyə yoluxduqdan sonra gərək 6 ay keçsin ki, vaksinin ikinci dozası vurulsun. Hələ ki, ikinci növ vaksinin vurulması üçün də minimum 6 ay limiti qoyulub. Peyvəndin vurulmasından 6 ay keçdikdən sonra yəqin ki, bu müddətdə dəyişiklik ola bilər. Yəni bədəndə immunoqlobinlərin miqdarından asılı olaraq müddət uzadıla bilər".

Həkim onu da bildirib ki, peyvənddən əvvəl bu baxımdan müayinə olunmaq zəruridir:

"Peyvənddən əvvəl xəstə həkim tərəfindən müayinə edilməli, təzyiqi, temperaturu ölçülməli, burun və boğazın selikli qişasının vəziyyəti yoxlanılmalıdır".

 

Koronavirusa yoluxma sayı getdikcə azalır. İyunun 7-nə olan statistikaya görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 32 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb.


 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 747 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 114 nəfər müalicə olunaraq sağalıb, 4 945 nəfər vəfat edib. 2 688 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4673, bu günə qədər isə ümumilikdə 3 572 418 test icra olunub.

Bu göstəricilər pandemiyanın artıq bitmək üzrə olduğuna dəlalət edirmi?

Xatırladaq ki, ötən ilin yay aylarında da virusa yoluxanların sayı aşağı düşmüşdü. Bununla belə, həkimlər payızda növbəti dalğanın olacağını, yoluxma sayının artacağını proqnoz etmişdilər. Bəs görəsən, bu il də payız ayları üçün belə artım ola bilərmi?

Yeri gəlmişkən, ötən gündən Azərbaycanda koronavirus əleyhinə “Pfizer” peyvəndinin də tətbiqinə başlanılıb. Vətəndaşların seçim imkanlarını daha da artıran vaksinin istifadəsi üçün Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində və Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxananın ambulatoriyası nəzərdə tutulub. 18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər. “Pfizer” vaksini Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb. Deməli, hazırda ölkəmizdə koronavirus əleyhinə “CoronoVac”, “Vaxzevria”, “Spunik V” və “Pfizer” vaksinləri tətbiq olunur. Bəs görəsən, bu vaksinlərdən hansı daha effektlidir?

Edaletyolu.az xəbər verir ki, infeksionist-hepatoloq Mərdan Əliyev Musavat.com-a açıqlamasında yoluxma sayının bundan sonra da azalmağa doğru gedəcəyini bildirib:

"Bugünkü göstəricilər yəqin ki, lap aşağı düşəcək. Çünki dünən bazar günü idi. Ümumi götürəndə azalmağa doğru gedir. Az sayda yoluxma halları olacaq. Artıq pandemiya ilə vidalaşırıq deyə bilərik".

İnfeksionist payıza doğru vəziyyətin dəyişib-dəyişməyəcəyinə də münasibət bildirib:

"Təbii ki, bu il fərqlidir. Ötən il yayda proqnozlar verirdik ki, üzü payıza doğru xəstələnənlərin sayı çox olacaq. Amma indi vəziyyət fərqlidir. Çünki indi yoluxub sağalanların sayı da çoxdur, burada təbii immunitet əmələ gəlib. Vaksinasiya olunanların da sayı getdikcə artır. Bu da süni immunizasiyadır. Ümumi həm təbii, həm də süni immunizasiya yaranıbsa, əhalidə 60 faiz immunitet yaranıbsa, artıq pandemiya bitmiş sayılır. Düşünürəm ki, artıq bizdə bu proses baş verib. Əslində yoluxub sağalanlarla bağlı rəsmi rəqəmləri biz 5-ə vurmalıyıq. Çünki yoluxanlar olsa da, xəstəxanada qeydiyyata düşmədilər.

Bundan əlavə, yoluxub həqiqətən də xəstə olanların bəzilərində test cavabı neqativ çıxdı, yəni 3 nəfərdən birində cavab neqativ çıxırdı. Bütün dünyada bu belədir. Bunların hamısını nəzərə alsaq, pandemiya barədə nikbin düşünmək olar. Payıza qədər azalacaq, amma periodik halda, mövsümu qrip kimi daim olacaq".

M.Əliyev hansı peyvəndin daha effektli olmasından da danışıb:

"Pfizer" peyvəndi ən son texnologiya ilə hazırlanıb. Bu daha yaxşı üsul hesab olunur. Hər bir peyvəndin mənfi, müsbət tərəfləri var. Deyək ki, istifadə etdiyimiz “CoronaVac” da pis deyil, ənənəvi üsullarla hazırlanır. Uşaq vaxtından xatırlayırıq, sovetlərin dövründə insanlara vurulan peyvəndlər inaktivləşdirilmiş viruslar əsasında hazırlanırdı. Bu, daha çox özünü doğruldan, sınaqlardan keçmiş bir üsuldur. Amma “Pfizer” son texnologiya əsasında hazırlanıb, o daha dəqiq hesab olunur. İstifadə etmək olar. Onsuz da bütün peyvəndlər həm 3 faza yoxlamadan keçib, həm yan təsirləri azdır, həm də effekti 90 faizdən yuxarıdır. Ona görə də burada seçim etməyə o qədər də ehtiyac yoxdur".

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assistenti, həkim-infeksionist Nilufər Məmmədova da yoluxmaın son həftələrdə enməyə doğru getdiyini bildirib:

"Statistik rəqəmlərdə ciddi şəkildə azalma müşahidə edirik. Bu da bizə ümid verir, irəliləyən bir neçə ay ərazində (ən azı sentyabradək) xəstəliyin yenidən alovlanmasını bir müddət görməyəcəyik. Bu, həm iqlim şəraiti ilə bağlıdır, eləcə də əhalinin maskadan daha çox istifadə etməsi, sosial məsafəni gözləməsi, bir qrup insanın xəstəliyi keçirib sağalması və xəstəliyə qarşı immunitet əldə etməsi, bir qrup insanın vaksin olunması, təhsil müəssisələrinə, metroya, “mall”ara məhdudiyyətlərin tətbiq olunması xəstəliyin azalmağa doğru getməsini göstərir. Payızda bizi nələrin gözləyəcəyini öncədən heç kim deyə bilməz. Çünki bu virius da daim mutasiyaya uğrayır. Hansı mutasiyaların ortaya çıxacağını heç kim söyləyə bilməz. Bu da bizə deməyə əsas verir ki, əhali yenidən, xüsusilə payız aylarında məsuliyyətini daha da artırmalıdır. Vaksinasiya olunmayan şəxslər mütləq vaksin olunmalıdır".



Oxuculara təqdim edilən “Sirli gedişlər” romanı da həmin həyat materialı əsasında yazılmışdır. Bu növ nəsr əsərləri peşəkarlıq baxımından, bədii nəsr texnalogiyası nöqteyi nəzərindən müəyyən tələblərə cavab verməyə bilər. Dil, orfoqrafiya, üslub baxımından tam cilalanmamış ola bilər. Lakin bəzən onların verdiyi tarixi-mənəvi, etik-psixoloji material yüksək nəzəri hazırlıqla yazılmış və çeşidli “izm” iddiaları ilə çıxış edən yazılardan daha maraqlı olur və səriştəli bir redaktor və üslübiyyatçı əlindən keçsə dəyərli əsərə çevrilir.
“Sirli gedişlər” romanında yeddi bacının həyatı əks etdirilir. Romanın mərkəzində bacılardan biri Leylanın həyatı, uşaqlıqdan başlayaraq keçdiyi yollar, yüksələn xətlə, canlı bir dinamika ilə təsvir edilir. Həyat öz qeyri-adiliyi, gözlənilməzliyi və hər insan taleyində yeni bir şəkildə qol-qanad açıb şaxələnməsi ilə uydurulması mümkün olmayan sujetlərlə doludur. Müəllif iştirakçısı və şahidi olduğu olayları bir hüquqşünas səriştəsi ilə qələmə alır. Oxucu hadisələrin gələcək davamını intizarla, səbrlə gözləyir; həyatın əsər qəhrəmanlarını hansı sınaqlardan keçirəcəyini, hara aparacağını izləyir. Romanın qəhrəmanlarını, o cümlədən Leylanın həyatı insanı düşündürən və yaşadığımız dünyanın hər cür gözlənilməz olaylarına hazır olmağa sövq edən motivlərlə zəngindir. Leyla ailəsinin istəyini qəbul etmədən, öz arzusu və bacarığına uyğun olaraq hüquqşünaslıq yolunu seçir. Qanunun aliliyinin qorunmasına xidmət, çətinliklərlə üzləşən insanlara kömək yolunu seçir. Onun əsas amalı xeyirxahlıqdır. Kasıbların, kimsəsizlərin, imkansızların, maddi sıxıntı keçirənlərin, haqsızlıqlarla üzləşənlərin müdafiəçisi kimi şərəfli bir yol tutsa da, həyatın paradoksu olaraq özü də haqsızlıqlarla, təhdidlərlə, şər və böhtanla üzləşir; lakin ədalət uğrunda mübarizədə öz əqidəsindən geri çəkilmir. Romanda başqa adla təqdim edilən, bir neçə dəfə Azərbaycan çempionu olmuş gənc qroysmestri, yəni romanın qəhrəmanının oğlunu yaxşı tanıyır və onun şahmata həsr olunmuş uşaqlıq və yeniyetməlik illərini xatırlanır. Əslində bu romanın yazılmasına hüquqşünas xanımı – şahmatçı anasını həvəsləndirən də elə oğlunun bu zəka idmanı sahəsində qazandığı uğurlar olmuşdur.


Türkiyəli müğənni İbrahim Tatlısəs məhkəməlik olub.

İbrahim Tatlısəsin sahibi olduğu "Tatlıses" telekanalının müdiri Fulya Akbay ifaçının onu tənqid və təhqir etdiyini iddia edərək sənətçinin 4 illik həbs olunmasını tələb edib.

 

İ.Tatlısəs isə F.Akbağın onun pullarını mənimsədiyi barədə prokurorluğa şikayət ərizəsi yazıb.(axşam.az)

 


"Mən bir dəfə bunu demişdim, Allahın məqsədlərini öyrənmək istəyirəm. Nəyə görə, O insanları yaradıb? Mən bəlkə yazıçı kimi düz fikirləşmirəm, ancaq, mən düşünürəm ki, Allah bizi bədbəxtçilik üçün yaratmayıb".
 
Bunu Çingiz Abdullayev bildirib. O qeyd edib ki, insan üçün valideynlər, can sağ ən dəyərli məfhumlardır:
 
"Argentina yazıçısı Borxis yazır ki, əgər insan Allaha heç olmasa 1 faiz inanırsa o, Allahın bütün bəşəriyyəti yaratdığına da inanmalıdır. Əgər hər şeyi Allah yaradıbsa, onda iblisi də Allah yaradıb. Borxis bu anda soruşur, "Axı nə üçün iblis yaradılıb?" Bizə axı iblis olmadan yaşamaq yaxşı olmazdımı? Çünki, iblisi yaratmaqla Allah bizə seçim verib. Yolumuzu biz özümüz seçirik. İki yol var, Allahın yolu, iblisin yolu. Elə insanlar var sona qədər iblisin yolunu gedirlər. Mən inanıram ki, Allah insanı xoşbəxtlik üçün yaradıb. Müharibə üçün yaratmayıb. İnsanlar dinc yaşamaq istəyir. İnanın heç kəs övladının müharibəyə getməsini istəməz. Xoşbəxt olmaq insanın özündən asılıdır".
 
Xalq yazıçısı bildirir ki, həyatda ancaq iki gününü, ana və atasını itirdiyi günləri dəyişmək istərdi:
 
"Həmişə deyirəm ki, evə gedəndə ananıza, atanıza "mən səni sevirəm" deyin. Onları öpün. Bilirsiz, necə sevinəcəklər?! Bir az fikirləşin ki, siz bu dünyaya nəyə gəlmisiniz, sizdən sonra nə qalacaq. Siz elə yeyib-içmək və heç nə etməmək üçün bu dünyaya gəlmisiniz? Biz bunları deyəndə kimisi hirslənir, deyinir. Puldur, kitablardır bunlar o qədər də ciddi deyil. Ciddi olan can sağlığıdır. İnsan uşaqlarının canı sağ olanda xoşbəxt olur, ata-anası sağ olanda xoşbəxt olur. Mənim anam 87 yaşında, atam 81 yaşında dünyasını dəyişib. Amma onların mənə verdiyi xoşbəxtlik əbədi mənim qəlbimdə yaşayacaq, həmişə mənimlə qalacaq. Görün mən neçə yaşınadək uşaq qalmışdım. İtirəndən sonra nə itirdiyimizi başa düşürük. Onlardan çox bizi heç kəs sevməyəcək. Düzdür, bizim həyat yoldaşımız, uşaqlarımız var. Ancaq, biz onları sevirik. Valideynlərimiz yanımızda olanda biz başa düşmürük ki, necə xoşbəxtik. Sonra anlayırıq ancaq, onda da gec olur. Mən həyatda iki günümü dəyişmək istərdim. Biri atamı itirdiyim, digəri isə anamı itirdim gündür. Mən istəyərdim bu bir az da gec olsun. Düzdür mən bunu deyəndə mənə bildirirlər ki, anan 87, atan 81 yaşında dünyasını dəyişib, istəyirdin 200 il yaşasınlar? Bəli istəyərdim, istəyərdim... Amma başqa heç nəyi dəyişmək istəməzdim".(yeniavaz.com)


Baş ağrısı beyin xərçənginə işarə edən ümumi bir simptomdur.

Edaletyolu.az xəbər verir ki, "Express" nəşri bu barədə İngiltərənin "Cancer Research" xeyriyyə təşkilatının məlumatına istinadən yazır.

 

Mütəxəssislər qətiyyətlə tövsiyə edirlər ki, əvvəllər baş ağrısı ilə problem yaşamamısınızsa, həkimə müraciətinizi təxirə salmamalısınız. Bundan əlavə, əgər sancılar gecə də baş verərsə, diqqətli olmalısınız.

Ekspertlər bildiriblər ki, insan həyatını təhdid edən xəstəliyin digər əlamətlərinə ürək bulanması və görmə problemləri daxildir./Report

 


"Sputnik V" peyvəndi 18 yaşdan yuxarı şəxslərə vurula bilər.

Bunu ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında həkim Vəfa Ağayeva deyib.

 O bildirib ki, digər peyvəndlərin kimlərə vurulması tövsiyə edilmirdisə, həmin şəxslərə "Sputnik V"nin də tətbiqi tövsiyə edilmir:

"Korona peyvəndləri ilə yanaşı bütün peyvəndlərə allergiyası olan və ya hansısa xəstəliyin kəskin dövrünü yaşayan, anafilaktik şoku keçirmiş şəxslərə peyvənd tətbiq olunmur. Bundan başqa, digər peyvəndlərdə olduğu kimi, bu peyvənd də hamilə və südverən qadınlara vurulmur".



Qanazlığı çox ciddi pozulmadır. Qanazlığı zamanı orqanizmin bir çox orqan və sistemləri əziyyət çəkir.


 

Qanazlığının səbəbi mütləq təyin olunmalı və pozulma vaxtında müalicə olunmalıdır.

 Təbii ki, qanazlığının dəqiq diaqnozunu yalnız qan analizlərin köməyi ilə qoymaq mümkündür. Lakin təqdim etdiyimiz test sizdə bu xəstəliyin ehtimalını təyin etməyə imkan verir.

Əgər siz 3 və bundan artıq suala "hə" cavabı vermisinizsə, sizdə qanazlığının ehtimalı var. Müsbət cavabların sayı artdıqca qanazlığının ehtimalı da artır.

1. Son zamanlar siz daha tez yorulursunuzmu?

2. Son zamanlar siz güclü yorğunluq hiss edirsinizmi?

3. Sizdə təngnəfəslik olurmu?

4. Sizə fikirinizi cəmləşdirmək çətin olurmu?

5. Sizdə başgicəllənməsi və ya bayılma vəziyyətləri olumu?

6. Son vaxtlar sizin dəriniz solğundurmu?

7. Siz bəsən ürək döyünməsinin tezləşməsini hiss edirsinizmi?

8. Son vaxtlar sizdə səbəbsiz üşümə olurmu?

9. Siz kədər, depressiya hiss edirsinizmi?


Azərbaycanlı iş adamı Mübariz Mənsimovun azadlığa çıxması ilə bağlı sensasion fakt üzə çıxıb.

Edaletyolu.az Oxu24.com-a istinadən xəbər verir ki, Mübariz Mənsimovun azadlığa buraxılmasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rolu olubmuş.

Belə ki, Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə iş adamı Mübariz Mənsimovun azadlığa buraxılması üçün Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğandan xahiş edibmiş:

"Mübariz Mənsimovun atasının ağır xəstə olmasını, anasının ahıl yaşını, öhdəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, Zati-ailələrinizin ali mərhəmətinə güvənərək rica edirik ki, Türkiyə ədalət məhkəməsi sürəcində Mübariz Mənsimova mərhəmət nümayiş etdirərək, həbsin ev şəraiti ilə əvəz olunmasına yardımçı olasınız”, - deyə Paşazadə Ərdoğana yazdığı məktubda qeyd edib.

İddiaya görə, bu məktubdan sonra Mübariz Mənsimov azadlığa buraxılıb. O da vurğulanıb ki, Şeyxə Ərdoğanın xüsusi rəğbəti var.

Qeyd edək ki, sözügedən məktubu Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Melih Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı Yepiskopu Vladimir Fekete də imzalayıb.

Mənbə sözügedən məktubun surətini də təqdim edib:



Doğmalarımızın ölümündən sonra yeganə təsəllimiz onlardan xatirə qalan fotoşəkillər olur. Bu şəkillər az da olsa qəlbimizi ovudur, bir anlıq həmin anları geri qaytarır.
 
Lakin ezoterika elmi ölülərin fotoşəkillərinə qarşı daha ehtiyatlı və həssas davranmağı tövsiyə edir. Bu elmə görə qaydalara əməl olunmazsa, ölülərin enerjisi bizə mənfi təsir edə bilər.
 
Çünki dünyadan köçənlərin fotoşəkilləri istənilən halda ölülərin dünyasına aiddir. İnsan dünyasını dəyişsə də, şəkilləri vasitəsilə bu dünya ilə əlaqəsi qalır. Odur ki, bu şəkilləri saxlamağın xüsusi qaydaları var.
 
Heç bir halda ölülərin fotoşəkillərini evin divarlarından asmayın. Həmin fotolara uzun müddət baxmaq da doğru deyil. Çünki bu zaman bütün enerjiniz zəifləyir. Bu isə insana emosional və fiziki zərər yetirir.
 
Ən dəhşətli enerjiyə malik fotolar isə dəfn mərasimi zamanı çəkilənlərdir. Bəzi yerlərdə belə qəribə adət mövcuddur. Məhz bu tip şəkilllər insana hər dəfə baş vermiş faciəni xatırladır. Odur ki, evinizdə belə fotolar varsa, mütləq cırıb atın. Ölülərin fotoşəkillərini seçib qara qutunun içərisində ayrıca saxlayın. Əgər şəkildə dünyasını dəyişənlərlə birgə sağ insanlar varsa, qayçı ilə kəsib ayırmaq lazımdır. Bu yolla neqativ enerjidən qurtulmuş olursunuz.
 
Ölülərin fotoşəkillərinə bir neçə saniyəni keçməmək şərtilə nadir hallarda baxmaq tövsiyə olunur.
 
Həmçinin qeyd olunur ki, bu tip fotolara yalnız dünyadan köçmüş doğmalarımızın anım günlərində baxa bilərik.
 
Psixoloqlar isə bu mövzuda fərqli düşünürlər. Onların fikirinə görə, ölülərin şəkillərini divardan asmağa ona görə qorxuruq ki, bu fotolar bizə öz ölümümüzü xatırladır. Ən əsası isə dünyasını dəyişən şəxsin sizə qarşı etdiyi səhvləri qəlbinizdə bağışlayın ki, onun şəkilləri sizdə mənfi yox, xoş xatirələr oyatsın.
 
Unutmayaq ki, hər bir fotoşəkilin xüsusi enerji qüvvəsi mövcuddur. Onu zərərimizə yönəltməkdən çəkinməliyik. /publika.az