Xəbər lenti



Oxuculara təqdim edilən “Sirli gedişlər” romanı da həmin həyat materialı əsasında yazılmışdır. Bu növ nəsr əsərləri peşəkarlıq baxımından, bədii nəsr texnalogiyası nöqteyi nəzərindən müəyyən tələblərə cavab verməyə bilər. Dil, orfoqrafiya, üslub baxımından tam cilalanmamış ola bilər. Lakin bəzən onların verdiyi tarixi-mənəvi, etik-psixoloji material yüksək nəzəri hazırlıqla yazılmış və çeşidli “izm” iddiaları ilə çıxış edən yazılardan daha maraqlı olur və səriştəli bir redaktor və üslübiyyatçı əlindən keçsə dəyərli əsərə çevrilir.
“Sirli gedişlər” romanında yeddi bacının həyatı əks etdirilir. Romanın mərkəzində bacılardan biri Leylanın həyatı, uşaqlıqdan başlayaraq keçdiyi yollar, yüksələn xətlə, canlı bir dinamika ilə təsvir edilir. Həyat öz qeyri-adiliyi, gözlənilməzliyi və hər insan taleyində yeni bir şəkildə qol-qanad açıb şaxələnməsi ilə uydurulması mümkün olmayan sujetlərlə doludur. Müəllif iştirakçısı və şahidi olduğu olayları bir hüquqşünas səriştəsi ilə qələmə alır. Oxucu hadisələrin gələcək davamını intizarla, səbrlə gözləyir; həyatın əsər qəhrəmanlarını hansı sınaqlardan keçirəcəyini, hara aparacağını izləyir. Romanın qəhrəmanlarını, o cümlədən Leylanın həyatı insanı düşündürən və yaşadığımız dünyanın hər cür gözlənilməz olaylarına hazır olmağa sövq edən motivlərlə zəngindir. Leyla ailəsinin istəyini qəbul etmədən, öz arzusu və bacarığına uyğun olaraq hüquqşünaslıq yolunu seçir. Qanunun aliliyinin qorunmasına xidmət, çətinliklərlə üzləşən insanlara kömək yolunu seçir. Onun əsas amalı xeyirxahlıqdır. Kasıbların, kimsəsizlərin, imkansızların, maddi sıxıntı keçirənlərin, haqsızlıqlarla üzləşənlərin müdafiəçisi kimi şərəfli bir yol tutsa da, həyatın paradoksu olaraq özü də haqsızlıqlarla, təhdidlərlə, şər və böhtanla üzləşir; lakin ədalət uğrunda mübarizədə öz əqidəsindən geri çəkilmir. Romanda başqa adla təqdim edilən, bir neçə dəfə Azərbaycan çempionu olmuş gənc qroysmestri, yəni romanın qəhrəmanının oğlunu yaxşı tanıyır və onun şahmata həsr olunmuş uşaqlıq və yeniyetməlik illərini xatırlanır. Əslində bu romanın yazılmasına hüquqşünas xanımı – şahmatçı anasını həvəsləndirən də elə oğlunun bu zəka idmanı sahəsində qazandığı uğurlar olmuşdur.

Bölmənin digər xəbərləri

16 İyun 2021 Bu şəxslər koronavirusa qarşı vaksinin ikinci dozasını vurdurmasın! – Həkimdən XƏBƏRDARLIQ
08 İyun 2021 Artıq pandemiya ilə vidalaşırıq - Həkimlər ümidverici danışdı
23 May 2021 İbrahim Tatlısəsin həbsi tələb olunur - SƏBƏB?
23 May 2021 Çingiz Abdullayev: "Allahın məqsədlərini öyrənmək istəyirəm"
21 May 2021 Baş ağrısı bu ölümcül xəstəliyin əlaməti imiş - ŞOK
19 May 2021 Bu şəxslər "Sputnik V" vurdurmasın - Həkimdən çağırış
18 May 2021 Sizdə qanazlığı var? Özünüzü yoxlayın. TEST
27 Mart 2021 Mənsimov necə azad olunub? Şeyxin Ərdoğana məktubu - Foto
15 Mart 2021 DİQQƏTLƏ OXUYUN - Ölülərin fotoşəkillərini evdə saxlamayın, yoxsa...
14 Mart 2021 Vaksin vurduranlar niyə xəstəliyi yüngül keçirir?
19 Fevral 2021 Beş il övlad həsrəti çəkən şəhidimizin qızı oldu
02 Fevral 2021 Gənc qazimiz Seyyid Əkbəri "Ədalət yolu" qəzetinin idarə heyəti ziyarət etdi
31 Yanvar 2021 ƏDALƏT YOLU - Şairə Yasəmən Qəyyumludan yeni bir şeir
06 Dekabr 2020 Koronavirusa yoluxub yoluxmadığınızı evdə belə təyin edin - SADƏ TEST AÇIQLANDI
05 Dekabr 2020 Koronavirusu blok edən üç ərzaq
18 Oktyabr 2020 27 ildir itkin düşən şəxs tapıldı-DƏHŞƏTLİ TALE
11 Sentyabr 2020 Əgər Şeyx Nobel mükafatı alsa... – Ziyalılar danışdı
30 Avqust 2020 Əncirin insan orqanizmi üçün xeyri...
15 Avqust 2020 ZENFİRA AĞAYEVA "SANKON"UN BAKI TƏMSİLÇİLİYİNƏ SƏDR SEÇİLDİ -TƏBRİK EDİRİK!
11 Avqust 2020 DİQQƏTLƏ OXUYUN - Bunlar baş verirsə, deməli koronavirusa tutulmusunuz