Xəbər lenti




Edaletyolu.az xəbər verir ki, bu gün Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın ilk toplantısı keçirilib.
Toplantıda nazir müavini, general-leytenant İsmət Əliyev iştirak edib.
İctimai Şuranın tam demokratik əsaslarla seçilən üzvlərinə uğurlar arzulayan İsmət Əliyev bildirib ki, DİN “İctimai iştirakçılıq haqqında” qanuna əsasən üzərinə düşən bütün vəzifələri məmnuniyyətlə yerinə yetirəcək.
Toplantıda “Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri, Mahirə Əmirhüseynova və Xalid Kazımov onun müavinləri, Sevda Məmmədli isə katib seçilib.

Hər kəsə uğurlar arzulayırıq...

Ermənistanda sağlam düşüncə qalib gəldi. Çünki Nikol Paşinyanın partiyasına səs verən erməni xalqı öz ölkəsini bu keçid dövründə sülh və sabitliyə aparmaq istəyir.


 

Edaletyolu.az xəbər verir ki bu sözləri rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov deyib.

Onun sözlərinə görə, erməni xalqı başa düşür ki, onların ölkəsi “revanşizm” ideyasını və millətçilik cəhdlərini unutmalıdır:

"Paşinyana etimad krediti verildi. İndi o, dinc və firavan ölkə yaratmalıdır. Demək ki, erməni milləti Azərbaycan və Türkiyə ilə sülh şəraitində olacaq bir ölkədə yaşamaq istəyir. Bütün sərhədlərin açılmasına nail olacaq bir ölkədə. Bütün dünyada normal hesab ediləcək bir ölkədə. Dünən Ermənistanda keçirilən seçki bütün regiona və Ermənistanın özünə sabahkı gün üçün şans verdi. Bu seçkilərin nəticələri Ermənistanı dövlət kimi qoruyub saxlaya bilər. Bundan başqa, bu, Ermənistanı iqtisadi cəhətdən inkişaf etdirməyə imkan verəcək", - deyə ekspert qeyd edib.


Ermənistan polisi Sisianda “Ermənistan” blokunun mərkəzi qərargahında axtarışlara başlayıb.

Bu barədə Ermənistan mətbuatı şəhər meri Artur Sarkisyana istinadən yazıb.

Merin sözlərinə görə, həmçinin Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun qərargah rəhbərlərinin evlərində də axtarışlar aparılır.

Qeyd edək ki, buna qədər paytaxt İrəvan ərazisindəki inzibati rayonların birində seçicilər seçki məntəqələrinə yollanarkən “Ermənistan” blokunun lideri Robert Koçaryanın əleyhinə vərəqələrlə qarşılaşıblar.

Küçələrə səpələnmiş yüzlərlə vərəqədə Robert Koçaryanın şəkli olub və üzərində “ermənilərin qatili” yazılıb.



Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür.

Kult.az xatırladır ki, Azərbaycan qəhrəmanlıq tarixində yeni bir səhifə açmış Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005-ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birinə yollanıb.

Məhz burada xidmətə başlamaq Mübarizə öz arzusunu həyata keçirməyə zəmin yaradıb. 2010-cu il iyunun 18-də gecə saat 23 radələrinə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək, müxtəlif təxribatlar törədən Ermənistan silahlı qüvvələrinin mövqelərinə hücum edib. O qısa zaman ərzində düşmənin çox sayda əsgər və zabitini məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək, 5 saat döyüşüb. Ermənistan ordusu çox çətinliklə, yalnız səhər saatlarında Mübariz İbrahimovun qarşısını ala bilib.

Bir azərbaycanlının təkbaşına bir neçə bölüyə qarşı mübarizə aparması və onları məhv etməsi Ermənistan ictimaiyyətini və rəhbərliyini şoka saldı.

Qəhrəman şəhidimizin atası Ağakərim İbrahimov o günü belə xatırlayır:

“Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki? Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhədə tərəf gedin. Sonra da məktubunu tapmışdılar”.

Mübarizin nəşini ermənilərdən düz 141 gün sonra - 2010-cu il noyabrın 6-da almaq mümkün oldu.

Onun bu addımı düşmənə sarsıdıcı zərbə vurmaqla yanaşı, Ordumuz və xalqımızda ruh yüksəkliyi yaratdı, Azərbaycan hərbçisinin özünəinam hissini qaytardı. Biz bunun nəticəsini 2016-cı ilin Aprel döyüşlərində gördük.

M.İbrahimovun qəhrəmanlığı dövlət səviyyəsində də qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra Milli Qəhrəman adı verilib.



Ağdam şəhəri küldən, yoxdan qalxacaq, Azərbaycanın ən böyük və ən gözəl şəhərlərindən biri olacaq.

Edaletyolu.az-ın  məlumatına görə, bu barədə jurnalistlərə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

O qeyd edib ki, erməni işğalı zamanı şəhərdən heç bir şey qalmadı, hər şey yıxıldı və dağıdıldı, məscid xaricində bir bina da qalmadı.

E.Hüseynovun sözlərinə görə, bütün Ağdam sakinləri və bütün Qarabağ üçün çox böyük tarixi əhəmiyyətə malik olan Şahbulaq qalasına aparan yol qurulacaq.

Sözügedən qalasın Pənah Əli Xanın (XVIII əsrdə Qarabağ Xanlığının qurucusu və ilk hökmdarı) Ağdama gəldiyi zaman qaldığı yer olduğu qeyd edildi.

Emin Hüseynov bildirib ki, erməni işğalı dövründə bu tarixi yerin restoran kimi istifadə edilib.


İyunun 11-də saat 13.45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi atəşə tutulub.

"Qafqazinfo"nun xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.



Sosial platformanın imkanlarından istifadə edilərək #minasızQarabahaGedək #LetsgotoKarabakhwithoutmines həştəqləri ilə paylaşımlar edəcək, media qurumlarının diqqətini bu mövzuya cəlb etməyə çalışacaqlar.

 Bu gün Sputnik Multimedia Mərkəzində "Minasız Qarabağa gedək" adlı tədbir keçirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, mətbuat konfransında Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal, idarə heyyətinin üzvləri Məcid Məmmədov, Məhəmməd Məhəmmədov və media nümayəndələri iştirak ediblər.

Tədbir Kəlbəcərin Susuzluq kəndi istiqamətində iyunun 4-də tank əleyhinə minaya düşərək şəhid olan Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC xəbər agentliyinin əməkdaşı), Arif Əliyevin (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Birliyin rəsmiləri bildiriblər ki, bu sosial aksiyanı həyata keçirməkdə məqsəd erməni vandallarının addımlarını beynəlxalq ictimayyətin diqqətinə çatdırmaqla işğaldan azad edilmiş ərazilərimizə basdırılmış mina xəritəsinin Azərbaycana verilməsini tələb etməkdir.

Qurumun rəsmiləri onu da bildiriblər ki, aksiya çərçivəsində Birləşmiş Millətlər Təşkilatlarını, ATƏT-in Minsk qrupunu, digər beynəlxalq təşkilatları Ermənistana beynəlxalq təyziqin göstərilməsinə səsləyəcəklər.

Daha sonra məlumat verilib ki, İctimai Birliyin könüllüləri maarifləndirici flayerlərin və azyaşlı sosial şəbəkə istifadəçilərinin bu aksiyada iştiraka diqqətini cəlb etmək üçün "Minasız Qarabağa gedək" şüarlı şarlar paylayacaqlar. Həmçinin sosial platformanın imkanlarından istifadə edilərək #minasızQarabahaGedək #LetsgotoKarabakhwithoutmines həştəqləri ilə paylaşımlar edəcək, media qurumlarının diqqətini bu mövzuya cəlb etməyə çalışacaqlar.

Təşkilat rəsmiləri həmçinin bütün dünyanı erməni terrorunu pisləməyə, mina xəritələrinin Azərbaycan tərəfinə verilməsində bəşəri həmrəyliyə səsləyir.

Tədbir jurnalistlərin sualları ilə davam edib.








Ermənistan vətəndaş müharibəsi təhdidi qarşısındadır.

Edaletyolu.az Axar.az - a istinadən xəbər verir ki, bu sözləri İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan bugünkü mətbuat konfransında seçkilərlə bağlı danışarkən deyib.

“Bizdə elə bir vəziyyət yaranıb ki, əgər keçmiş və hazırkı hakimiyyət indiki mübarizə ruhunu davam etdirsə, toqquşmadan qaça bilməyəcəyik və bu, çox ciddi problem yaradacaq”, - Marukyan bildirib.

Marukyan iddia edib ki, ölkədə toqquşma baş versə, Azərbaycan Ordusu daha uyğun mövqeləri ələ keçirəcək.

Xatırladaq ki, Ermənistanda növbədənkənar seçkilər 20 iyunda keçiriləcək. Sabahdan isə seçkiqabağı kampaniya başlayır.



Gürcüstanın hökumət rəsmilərinin Türkiyəyə səfərinin leytmotivlərindən biri regional təhlükəsizlik və yeni geosiyasi vəziyyət olub.


 

Edaletyolu.az Report-a istinadla xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani “İmedi” telekanalına müsahibəsində deyib.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu səfəri yüksək qiymətləndirdiyini xatırladıb: “Türkiyənin dövlət başçısı dedi ki, Gürcüstan regional əməkdaşlıq üçün açardır. Bu, ölkəmizin yeni geosiyasi mühitdəki yerinin olduqca dəqiq qiymətləndirilməsidir”.

XİN başçısı Gürcüstanın Türkiyə və Azərbaycanla regional neft-qaz kəmərləri, Bakı-Tiflis-Qars dəmir yolu kimi çox mühüm geosiyasi layihələrdə iştirak etdiyini qeyd edib.

D.Zalkalianinin sözlərinə görə, Türkiyəyə səfər çərçivəsində Gürcüstanın Ermənistan və Azərbaycan arasında etimadın dərinləşməsi kontekstində oynaya biləcəyi rola da toxunulub: “Biz açıq şəkildə bildirdik ki, Gürcüstanı Cənubi Qafqazdakı qonşularımız və tərəfdaşlarımız üçün platforma olaraq təklif edə bilərik”.

Nazir vurğulayıb ki, Gürcüstanın bölgədə yerinə yetirdiyi sabitləşdirici funksiyasının gücləndirilməsi olduqca vacibdir: “Gürcüstanın cəlbedilciliyi və regiondakı funksiyasını artırmaq üçün iqtisadi və geosiyasi layihələri fəal təşviq etməliyik”.



“Öncə vurğulamaq istərdik ki, bölgədə atəşkəs təmin edilir və bunun əsasında Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixində imzaladığı birgə bəyanat dayanır. Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri sülhməramlı missiyanı yerinə yetirərək atəşkəsin təmin olunmasına çalışırlar. Bu məsələdə Fransanın hər hansı rolunu görmürük”.

Mia.az - a istinadən Edaletyolu.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa Prezidenti E.Makronun Ermənistan baş naziri ilə birgə mətbuat brifinqində səsləndirdiyi fikirlərə münasibət bildirilməsi ilə bağlı sualı cavablandırarkən deyib.

L.Abdullayeva bildirib ki, Azərbaycan tərəfi hər zaman bütün hərbi əsirlərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi mövqeyindən çıxış edib:

“Dəfələrlə bəyan etdiyimiz kimi, Azərbaycanda erməni əsilli hərbi əsir yoxdur, o ki, qaldı üçtərəfli bəyanat imzalandıqdan sonra 26 noyabr 2020-ci il tarixində Azərbaycan ərazisinə göndərilən və burada terror aktı törədən diversant qrupun üzvlərinə, habelə 27 may tarixində Kəlbəcər rayonu istiqamətində ərazimizə daxil olaraq yolların minalanmasına yönələn təxribatçı fəaliyyət cəhdi göstərən kəşfiyyat-diversiya qrupunun üzvlərinə onlar hərbi əsir deyillər.

Ermənistan tərəfindən itkin düşmüş erməni əsgərləri ilə bağlı irəli sürülmüş saxta ittihamlar ilə bağlı qeyd etmək istərdik ki, bu günlərdə Ermənistanda aşkar edildiyi kimi itkin düşmüş erməni əsgərləri morqların birində soyuducuda saxlanılır və bu da Ermənistanda böyük qalmaqala səbəb olub. Azərbaycan isə öz tərəfindən humanitar prinsiplərdən çıxış edərək, 1 600-ə yaxın erməni hərbçisinin cəsədlərini tapıb və bu prosesdə Rusiya sülhməramlıları və Beynəlxalq Qızıl Xaç iştirak edib. Erməni əsgərlərinin cəsədləri qarşı tərəfə təhvil verilib. Lakin hələ 1-ci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 000-dək azərbaycanlı barədə məlumat bu günədək Ermənistan tərəfindən verilməyib.

Fransa Prezidentinin çıxışında müsəlman abidələrinin də bərpa olunmasına dair fikrini alqışlayırıq. Lakin Fransa Prezidentinin çıxışında istinad etdiyi Dağlıq Qarabağ adı ilə bağlı vurğulamaq istərdik ki, belə bir inzibati ərazi vahidi mövcud deyil”.

Çıxışda istinad edilən birbaşa dialoq məsələsinə gəldikdə, bu artıq baş verir: “11 yanvar 2021-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanata istinadən baş nazirlərin müavinləri səviyyəsində görüşlər keçirilir və dialoq mövcuddur. Lakin Fransanın bu prosesdə hər hansı rolu yoxdur.

Delimitasiya və demarkasiya prosesinə gəldikdə, bəyan etdiyimiz kimi, Azərbaycan delimitasiya prosesinə başlamağı dəstəkləyir və bu proses danışıqlar yolu ilə öz həllini tapmalıdır”.

Bir daha da qeyd etmək istərdik ki, Azərbaycan hərbiçiləri öz doğma torpaqlarında xidmət göstərirlər. Təəssüf hissi ilə qeyd etmək istərdik ki, 1997-ci ildən Fransa həmsədr qismində fəaliyyət göstərsə də Fransa tərəfindən heç zaman Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan torpaqlarından çıxarılması əlaqədar çağırış edilməmişdir. Baxmayaraq ki, bu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbi idi.

Sərhəd məsələlərinin müzakirələr yolu ilə həll edilməsinə gəlincə bildirmək istərdik ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllinin daim tərəfdarı olmuşdur və 28 il danışıqlar prosesində iştirak etmişdir. Odur ki, Azərbaycan hər zaman müzakirələrə və danışıqlar prosesinə açıqdır.

Fransanın qəti şəkildə regiona qayıtması barədə açıqlama isə anlaşılan deyildir. Fransa həmsədr ölkədir və bu statusda 1997-ci ildən regional proseslərdə iştirak edir. Ona görə də bu açıqlama anlaşılan deyildir.

Sirr deyil ki, Fransa Ermənistana xüsusi rəğbəti vardır, amma Minsk Qrupunun həmsədri kimi bu ölkə rəsmi neytrallığını saxlamalıdır. Ümid edirik ki, həmsədrlik mandatına uyğun olaraq Fransa tərəfindən neytral və qərəzsiz mövqe sərgilənəcəkdir”.