Xəbər lenti



"Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası"nın Məşvərət Şurası və "Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti" ictimai təşkilatı (AzerRos) bu ölkədə fəaliyyət göstərən "Ədalətli Rusiya" partiyasının mərkəzi aparatının sədr müavini Nikolay Noviçkovun təxribat xarakterli bəyanatına kəskin etirazlarını bildiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, hər iki təşkilatın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə və digər rəsmi qurumlara ünvanlanan müraciətlərində bildirilib ki, soydaşlarımız N.Noviçkovun Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi hesabına bu ölkənin ərazilərinin genişləndirilməsi haqqında tezisin partiyanın seçkiqabağı proqramına daxil edilməsi ilə bağlı 25 mart 2021-ci il tarixli brifinqdə səsləndirdiyi bəyanatdan ciddi narahatlıq ifadə edirlər. Bu bəyanatın Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlığın güclü şəkildə möhkəmləndirildiyi, dövlət başçısı V.Putinin "Dağlıq Qarabağ suveren Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir" bəyanatının səsləndirdiyi bir dönəmdə meydana çıxdığı, dövlət sərhədlərinin toxunulmazlığına dair beynəlxalq hüquq norma və prinsiplərinə zidd olduğu nəzərə çatdırılıb.

Soydaşlarımız hesab edirlər ki, Noviçkovun bəyanatı regionda qeyri-sabitliyə, münaqişə potensialının gərginləşdirilməsinə xidmət edir, Rusiya Prezidentinin sülhün təmin olunmasına dair barış təşəbbüslərinə zərər vurmaq məqsədi güdür. Qeyd edilib ki, Rusiyadakı azərbaycanlılar və ermənilər üçün asan olmayan dönəmdə siyasətçilərin, ictimai xadimlərin və KİV-lərin öz hərəkətlərində, sözlərində və addımlarında ehtiyatlı olması çox mühümdür. "Noviçkovun bəyanatından sonra KİV-lərdə və sosial şəbəkələrdə kəskin müzakirələr və ədavətli mülahizələr səsləndirilməyə başlayıb. Hesab edirik ki, Noviçkovun bəyanatı Rusiya Federasiyasının öz ərazisində millətlərarası münaqişəyə gətirib çıxara bilər", - deyə müraciət müəllifləri vurğulayıblar.

 

Soydaşlarımız Rusiyanın dövlət başçısından bu cür məsuliyyətsiz hərəkətlərin qarşısının alınması məqsədilə müvafiq dövlət strukturlarına göstəriş verməyi xahiş ediblər.

Bölmənin digər xəbərləri

22 İyun 2021 DİN yanında İctimai Şuranın ilk toplantısı keçirildi
21 İyun 2021 Ermənilər Azərbaycanla necə yaşamaq istədiklərini seçdilər
20 İyun 2021 Koçaryana növbəti zərbə Sisianda vuruldu: Polis axtarışlara başladı
18 İyun 2021 Ermənistanı şoka salan gecə: 11 il öncə bu gün...
14 İyun 2021 Ağdam şəhəri Azərbaycanın ən böyük şəhərlərindən birinə çevriləcək - Prezidentinin xüsusi nümayəndəsi
11 İyun 2021 Ermənistan Kəlbəcəri yenə atəşə tutdu
11 İyun 2021 “Minasız Qarabağa Gedək!” adlı beynəlxalq kampaniyaya start verildi
06 İyun 2021 İrəvan qarışır, Azərbaycan isə məqam gözləyir - Marukyan
06 İyun 2021 Tiflisdən açıqlama: Bakı və İrəvana bunu təklif edə bilərik...
02 İyun 2021 Rəsmi Bakıdan Fransaya cavab verildi: “Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi mövcud deyil”
01 İyun 2021 Ərdoğan: Azərbaycan, Ermənistan və Gürcüstan...
30 May 2021 Azərbaycan Ordusunda anonim sorğular keçirilir
25 May 2021 MM “Azərbaycanın mədəniyyət paytaxtı-Şuşa şəhəri haqqında” qanun layihəsini qəbul edib - YENİLƏNİB
23 May 2021 “Müharibədəki qələbəmizi, Türkiyə ilə qardaşlıq əlaqələrimizi həzm edə bilməyənlər...”
20 May 2021 Moskvada Rusiya ilə Azərbaycan arasında daha 6 sənəd imzalandı
19 May 2021 Azərbaycan-Gürcüstan dostluğu kimləri qıcıqlandırır?
19 May 2021 Rüşvət alarkən saxlanılan gömrük əməkdaşlarının ADLARI açıqlandı, cinayət işi başlandı
13 May 2021 Qazaxıstan Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
07 May 2021 Ombudsman: "Ermənistan azərbaycanlılara qarşı növbəti dəfə düşmənçilik və nifrət hissini təbliğ edib"
06 May 2021 Çavuşoğlu: “Pandemiyaya baxmayaraq, Almaniya ilə qarşılıqlı ticarət dövriyyəsinin həcmi artıb”