Xəbər lenti



Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Yaponiyanın “Nippon İxrac və İnvestisiya Sığortası” şirkəti (NEXI) arasında ümumi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

APA-Economics”in İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və NEXİ-nin sədri və baş icraçı direktoru Atsuo Kuroda imzalayıblar. Memorandumda Azərbaycan və Yaponiya arasında ixrac krediti və investisiya sığortası sahəsində bilik və təcrübənin artırılması məqsədilə  müzakirələrin, həmçinin yerli və qonşu bazarlara dair məlumat mübadiləsinin aparılması və birgə təlimlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bununla əlaqədar keçirilən tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və Yaponiya arasında qarşılıqlı etimadın yapon şirkətlərinin ölkəmizdə fəaliyyətinə və investisiyalar sahəsində əməkdaşlığa münbit şərait yaratdığını vurğulayıb. Bildirilib ki, Yaponiya Azərbaycan iqtisadiyyatına investisiya yatıran əsas ölkələrdəndir. İqtisadiyyat Nazirliyi və NEXI arasında uğurlu tərəfdaşlıq qarşılıqlı ixracın artmasına, investisiya və ixrac sığortası sahəsində əməkdaşlığın genişlənməsinə böyük imkanlar açır. Bu gün imzalanan memorandum isə yeni tərəfdaşlıq istiqamətlərini və investisiyaları stimullaşdıracaq. Mikayıl Cabbarov Azərbaycanda biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, istehsal və ixrac potensialının artırılması istiqamətində həyata keçirilən islahatlar və görülən işlər barədə məlumat verib.

 

Qeyd edilib ki, Azərbaycanın rəqəmsallaşma dövründə aparıcı ölkələr arasında yer almasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb və ölkəmiz Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinə qoşulub. Azərbaycanda bu Mərkəzin yaradılması rəqəmsal ekosistemin inkişafına, 4-cü Sənaye İnqilabı texnologiyalarının sürətli tətbiqinə təkan verəcəkdir. İqtisadiyyat naziri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qələbəsini vurğulayaraq, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasının hazırlandığını, konsepsiyada dövlət-özəl tərəfdaşlığından geniş istifadənin, xarici investorlar üçün xüsusi təşviq proqramlarının, xarici şirkətlərin cəlb edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. İşğaldan azad edilmiş ərazilərdə təbii resurslarla zəngin olmaqla yanaşı, sənaye, aqrar, tranzit, turizm və s. baxımından xüsusi əhəmiyyət kəsb edir. Mikayıl Cabbarov yapon şirkətlərini imzalanan Memorandumda da əksini tapan imkanlardan yararlanmağa və Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırmağa dəvət edib.

Tədbirdə çıxış edən NEXI-nin sədri və baş icraçı direktoru Atsuo Kuroda Azərbaycan-Yaponiya ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi baxımından Anlaşma Memorandumunun önəmini vurğulayıb.

Bölmənin digər xəbərləri

22 İyun 2021 DİN yanında İctimai Şuranın ilk toplantısı keçirildi
21 İyun 2021 Ermənilər Azərbaycanla necə yaşamaq istədiklərini seçdilər
20 İyun 2021 Koçaryana növbəti zərbə Sisianda vuruldu: Polis axtarışlara başladı
18 İyun 2021 Ermənistanı şoka salan gecə: 11 il öncə bu gün...
14 İyun 2021 Ağdam şəhəri Azərbaycanın ən böyük şəhərlərindən birinə çevriləcək - Prezidentinin xüsusi nümayəndəsi
11 İyun 2021 Ermənistan Kəlbəcəri yenə atəşə tutdu
11 İyun 2021 “Minasız Qarabağa Gedək!” adlı beynəlxalq kampaniyaya start verildi
06 İyun 2021 İrəvan qarışır, Azərbaycan isə məqam gözləyir - Marukyan
06 İyun 2021 Tiflisdən açıqlama: Bakı və İrəvana bunu təklif edə bilərik...
02 İyun 2021 Rəsmi Bakıdan Fransaya cavab verildi: “Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi mövcud deyil”
01 İyun 2021 Ərdoğan: Azərbaycan, Ermənistan və Gürcüstan...
30 May 2021 Azərbaycan Ordusunda anonim sorğular keçirilir
25 May 2021 MM “Azərbaycanın mədəniyyət paytaxtı-Şuşa şəhəri haqqında” qanun layihəsini qəbul edib - YENİLƏNİB
23 May 2021 “Müharibədəki qələbəmizi, Türkiyə ilə qardaşlıq əlaqələrimizi həzm edə bilməyənlər...”
20 May 2021 Moskvada Rusiya ilə Azərbaycan arasında daha 6 sənəd imzalandı
19 May 2021 Azərbaycan-Gürcüstan dostluğu kimləri qıcıqlandırır?
19 May 2021 Rüşvət alarkən saxlanılan gömrük əməkdaşlarının ADLARI açıqlandı, cinayət işi başlandı
13 May 2021 Qazaxıstan Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
07 May 2021 Ombudsman: "Ermənistan azərbaycanlılara qarşı növbəti dəfə düşmənçilik və nifrət hissini təbliğ edib"
06 May 2021 Çavuşoğlu: “Pandemiyaya baxmayaraq, Almaniya ilə qarşılıqlı ticarət dövriyyəsinin həcmi artıb”