Xəbər lenti



“Öncə vurğulamaq istərdik ki, bölgədə atəşkəs təmin edilir və bunun əsasında Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixində imzaladığı birgə bəyanat dayanır. Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri sülhməramlı missiyanı yerinə yetirərək atəşkəsin təmin olunmasına çalışırlar. Bu məsələdə Fransanın hər hansı rolunu görmürük”.

Mia.az - a istinadən Edaletyolu.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa Prezidenti E.Makronun Ermənistan baş naziri ilə birgə mətbuat brifinqində səsləndirdiyi fikirlərə münasibət bildirilməsi ilə bağlı sualı cavablandırarkən deyib.

L.Abdullayeva bildirib ki, Azərbaycan tərəfi hər zaman bütün hərbi əsirlərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi mövqeyindən çıxış edib:

“Dəfələrlə bəyan etdiyimiz kimi, Azərbaycanda erməni əsilli hərbi əsir yoxdur, o ki, qaldı üçtərəfli bəyanat imzalandıqdan sonra 26 noyabr 2020-ci il tarixində Azərbaycan ərazisinə göndərilən və burada terror aktı törədən diversant qrupun üzvlərinə, habelə 27 may tarixində Kəlbəcər rayonu istiqamətində ərazimizə daxil olaraq yolların minalanmasına yönələn təxribatçı fəaliyyət cəhdi göstərən kəşfiyyat-diversiya qrupunun üzvlərinə onlar hərbi əsir deyillər.

Ermənistan tərəfindən itkin düşmüş erməni əsgərləri ilə bağlı irəli sürülmüş saxta ittihamlar ilə bağlı qeyd etmək istərdik ki, bu günlərdə Ermənistanda aşkar edildiyi kimi itkin düşmüş erməni əsgərləri morqların birində soyuducuda saxlanılır və bu da Ermənistanda böyük qalmaqala səbəb olub. Azərbaycan isə öz tərəfindən humanitar prinsiplərdən çıxış edərək, 1 600-ə yaxın erməni hərbçisinin cəsədlərini tapıb və bu prosesdə Rusiya sülhməramlıları və Beynəlxalq Qızıl Xaç iştirak edib. Erməni əsgərlərinin cəsədləri qarşı tərəfə təhvil verilib. Lakin hələ 1-ci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 000-dək azərbaycanlı barədə məlumat bu günədək Ermənistan tərəfindən verilməyib.

Fransa Prezidentinin çıxışında müsəlman abidələrinin də bərpa olunmasına dair fikrini alqışlayırıq. Lakin Fransa Prezidentinin çıxışında istinad etdiyi Dağlıq Qarabağ adı ilə bağlı vurğulamaq istərdik ki, belə bir inzibati ərazi vahidi mövcud deyil”.

Çıxışda istinad edilən birbaşa dialoq məsələsinə gəldikdə, bu artıq baş verir: “11 yanvar 2021-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanata istinadən baş nazirlərin müavinləri səviyyəsində görüşlər keçirilir və dialoq mövcuddur. Lakin Fransanın bu prosesdə hər hansı rolu yoxdur.

Delimitasiya və demarkasiya prosesinə gəldikdə, bəyan etdiyimiz kimi, Azərbaycan delimitasiya prosesinə başlamağı dəstəkləyir və bu proses danışıqlar yolu ilə öz həllini tapmalıdır”.

Bir daha da qeyd etmək istərdik ki, Azərbaycan hərbiçiləri öz doğma torpaqlarında xidmət göstərirlər. Təəssüf hissi ilə qeyd etmək istərdik ki, 1997-ci ildən Fransa həmsədr qismində fəaliyyət göstərsə də Fransa tərəfindən heç zaman Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan torpaqlarından çıxarılması əlaqədar çağırış edilməmişdir. Baxmayaraq ki, bu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbi idi.

Sərhəd məsələlərinin müzakirələr yolu ilə həll edilməsinə gəlincə bildirmək istərdik ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllinin daim tərəfdarı olmuşdur və 28 il danışıqlar prosesində iştirak etmişdir. Odur ki, Azərbaycan hər zaman müzakirələrə və danışıqlar prosesinə açıqdır.

Fransanın qəti şəkildə regiona qayıtması barədə açıqlama isə anlaşılan deyildir. Fransa həmsədr ölkədir və bu statusda 1997-ci ildən regional proseslərdə iştirak edir. Ona görə də bu açıqlama anlaşılan deyildir.

Sirr deyil ki, Fransa Ermənistana xüsusi rəğbəti vardır, amma Minsk Qrupunun həmsədri kimi bu ölkə rəsmi neytrallığını saxlamalıdır. Ümid edirik ki, həmsədrlik mandatına uyğun olaraq Fransa tərəfindən neytral və qərəzsiz mövqe sərgilənəcəkdir”.

Bölmənin digər xəbərləri

22 İyun 2021 DİN yanında İctimai Şuranın ilk toplantısı keçirildi
21 İyun 2021 Ermənilər Azərbaycanla necə yaşamaq istədiklərini seçdilər
20 İyun 2021 Koçaryana növbəti zərbə Sisianda vuruldu: Polis axtarışlara başladı
18 İyun 2021 Ermənistanı şoka salan gecə: 11 il öncə bu gün...
14 İyun 2021 Ağdam şəhəri Azərbaycanın ən böyük şəhərlərindən birinə çevriləcək - Prezidentinin xüsusi nümayəndəsi
11 İyun 2021 Ermənistan Kəlbəcəri yenə atəşə tutdu
11 İyun 2021 “Minasız Qarabağa Gedək!” adlı beynəlxalq kampaniyaya start verildi
06 İyun 2021 İrəvan qarışır, Azərbaycan isə məqam gözləyir - Marukyan
06 İyun 2021 Tiflisdən açıqlama: Bakı və İrəvana bunu təklif edə bilərik...
01 İyun 2021 Ərdoğan: Azərbaycan, Ermənistan və Gürcüstan...
30 May 2021 Azərbaycan Ordusunda anonim sorğular keçirilir
25 May 2021 MM “Azərbaycanın mədəniyyət paytaxtı-Şuşa şəhəri haqqında” qanun layihəsini qəbul edib - YENİLƏNİB
23 May 2021 “Müharibədəki qələbəmizi, Türkiyə ilə qardaşlıq əlaqələrimizi həzm edə bilməyənlər...”
20 May 2021 Moskvada Rusiya ilə Azərbaycan arasında daha 6 sənəd imzalandı
19 May 2021 Azərbaycan-Gürcüstan dostluğu kimləri qıcıqlandırır?
19 May 2021 Rüşvət alarkən saxlanılan gömrük əməkdaşlarının ADLARI açıqlandı, cinayət işi başlandı
13 May 2021 Qazaxıstan Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
07 May 2021 Ombudsman: "Ermənistan azərbaycanlılara qarşı növbəti dəfə düşmənçilik və nifrət hissini təbliğ edib"
06 May 2021 Çavuşoğlu: “Pandemiyaya baxmayaraq, Almaniya ilə qarşılıqlı ticarət dövriyyəsinin həcmi artıb”
04 May 2021 Mövlud Çavuşoğlu Sloveniyada səfərdədir