Xəbər lenti


Hazırda icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin sayı 2550-dir. Mütəmadi şəkildə xidmətlər zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi üzərində iş gedir və hər il ciddi dəyişikliklər nəzərdə tutulur.


 

Edaletyolu.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.

Agentlik rəsmisi bildirib ki, bu il üçün müvafiq qurumlara təqdim edilən xidmətlər zərfində mövcud olan tibbi xidmətlərin sayının artırılması planlaşdırılır:

“Belə ki, zərfə 300-dən çox yeni tibbi xidmətlərin əlavə edilməsi gözlənilir. Yeni tibbi xidmətlərin əlavəsinə ehtiyac vətəndaşların müraciətləri əsasında formalaşır. Statistik analizlər əsasında xidmətlər zərfinə əlavə və ya çıxarılma müəyyənləşir”.

V.Qurbanov qeyd edib ki, xidmətlər zərfinə əlavə ediləcək yeni tibbi xidmətlərin siyahısına yüksək ölüm riski yaradan və əlilliyə səbəb ola biləcək bir çox xəstəliklər daxildir:

“Hansı ki bundan əvvəl xidmətlər zərfində həmin xəstəliklər yer almamışdı”.

Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri ilə buradan tanış olmaq mümkündür.

Bölmənin digər xəbərləri

21 İyun 2021 360 nəfərə saxta arayış verən direktor həbs edildi
17 İyun 2021 Saxta əlillik kağızı verənləri və alanları hansı cəzalar gözləyir? - 3 min manat cərimə, 2 il həbs,yoxsaa
10 İyun 2021 25 qazi yüksək texnologiyalı protezlə təmin edilib - Nazir
08 İyun 2021 “Azərişıq”dan Qarabağla bağlı yenilik
07 İyun 2021 Məscidlərdə ibadətin YENİ QAYDALARI: Hacı Surxay danışır
04 İyun 2021 Əlilliyi olan şəxslərin əmək bazarına çıxışı...
04 İyun 2021 DİQQƏTLƏ OXUYUN - Əlillik yeni meyarlar üzrə təyin olunacaq - Detallar açıqlanıb
27 May 2021 Toylar necə keçiriləcək? - AÇIQLAMA
27 May 2021 Bu tarixlərdə şənbə və bazar günləri ictimai nəqliyyat və metro işləyəcək
21 May 2021 Qarabağ qaziləri və şəhid ailələrinə daha çox vəsait ayırmaq imkanı yaranacaq
20 May 2021 Toyların keçirilməsinə icazə verilir - Yeni qaydalar HAZIRLANIR
15 Mart 2021 Azərbaycanda 500 minə yaxın ev nə vaxt sənədləşdiriləcək? - AÇIQLAMA
12 Mart 2021 Martın 15-dən SMS-icazənin bərpası ilə bağlı Operativ Qərargahdan AÇIQLAMA
11 Mart 2021 Boşanan qadınların nəzərinə:
21 Fevral 2021 Ən ucuz məhsullar hansı bazarlarda satılır? - Qiymətlər
19 Fevral 2021 Deputat şəhid ailəsini ziyarət etdi - FOTOLAR
17 Fevral 2021 Bakı bazarlarında yerli kartof 30-40 qəpik bahalaşıb – Səbəb nədir?
04 Fevral 2021 Nikahdankənar doğuşlar artdı, boşanma 30%-ə qalxdı...
03 Fevral 2021 Bu şəxslər evdə vaksinasiya olunacaq
01 Fevral 2021 “Azərsu” açıqlama yaydı: Yalnız 10 manat…