Xəbər lenti



Müğənni, əməkdar artist Zöhrə Abdullayeva vəfat edib.

 

Bu barədə APA-ya Hacı Nuran Hüseynov məlumat verib.

 

Qeyd edək ki, Zöhrə Abdullayeva uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi. O, xəstəxanada müalicə olunurdu.

 

Zöhrə Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub Azərbaycan Dövlət Texnologiya Universitetini bitirib. İlk sənət müəllimi Rəhilə Həsənova olub. Qaqarin adına Pionerlər Evinə gedən balaca Zöhrəni Rəhilə Həsənova "Sazlı qızlar ansamblı"na aparmışdır. Sara Qədimova, Əbülfət Əliyev, Münəvvər Kələntərli kimi ustad sənətkarlardan dərs alıb. Peşəkar səhnəyə İslam Rzayev gətirib. Əvvəl "Lalə" qızlar ansamblının, sonralar isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib.

 

Xalq və bəstəkar mahnıları, muğamlar ifa edən Zöhrə Abdullayeva daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınıb. Dünyanın otuz ölkəsində Azərbaycan musiqisini tərənnüm edib. 24 may 2018-ci ildə oğlu vəfat etdikdən sonra səhnədən uzaqlaşıb.

 

Allah rəhmət eləsin!



"İlhamə xanım rəhmətə gedən gün hər kəs onun evində yığışmışdı. Ögey bacıları da orada idi. Gördüm ki, evdə atmosfer ağırdır. Hər kəs sual dolu baxışlarla bir-birinə baxır. Evə mən, qızım və Orxandan başqa girən olmurdu".

Edaletyolu.az xəbər verir ki, bu sözləri müğənni Əli Mirəliyrvin qızı Samirə "Onun sirri" proqramında mərhum Xalq artisti İlhamə Quliyeva haqda danışarkən deyib. O, müğənninin mirasından söz açıb:

 

"İlhamə xanımın vəsiyyəti vardı. Həmişə deyirdi ki, əgər mənə bir şey olsa, var-dövlətim uşaq evlərinə, əsgərlərə, kasıblara qalsın. Mən orada olan doğmalara bu vəsiyyəti dedim. Təklif etdim ki, İlhamə xanımın qızıllarından da hər qohuma birini yadigar kimi paylayaq. Mənim sözüm yaxşı qarşılanmadı. İlhamə Quliyevanın mirası ögey bacılarına qaldı. Mənə isə yalnız onun diplomatik pasportu və pişiyi Markis qaldı"./Axşam.az



Elza Seyidcahan yeni foto paylaşıb.

Sonxeber.az bildirir ki, Əməkdar artist yenə də fərqliliyindən geri qalmayaraq müzakirələrə səbəb olacaq saç

düzümündən istifadə edib. Müğənninin bu dəfə başında çiçək, və yaxud da meyvə deyil, gəlincik yer alıb.



“Vicdan haqqı” serialında canlandırdığı “Larisa” obrazı ilə məşhurlaşan aktrisa Çimnaz Sultanova paylaşımı ilə gündəmə gəlib. 

 

Edaletyolu.az Oxu.Az-a istinadən xəbər verir ki, cazibədar aktrisa sosial şəbəkədə karantindən sonra toy qiymətlərini endirdiyini açıqlayıb. Ç.Sultanova “Facebook” hesabında bu sözləri yazıb:

 

“Pandemiya dövrünü nəzərə alaraq, bütün tədbirlərə və reklamlara 50 faiz endirim etdik”.

 

Qeyd edək ki, populyar estrada müğənnisi Nura Suri də karantindən sonra toy qiymətlərində endirim edəcəyini açıqlayıb.

 Fotoları təqdim edirik


"38 rəsmi, 10 nəfər isə ştatda olmayan işçim var. İnsanlar işləyirlər və bunun qarşılığında maaş alırlar".
 
Edaletyolu.az Axşam.az - a istinadən xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "X maqazin"ə açıqlamasında deyib. Sənətçi işçilərindən, fəaliyyətindən bəhs edib:
 
"48 işçiyə əməkhaqqı verirəm. Baxmayaraq ki, peşəm rejissorluqdur, incəsənətə ifaçı kimi gəlmişəm.
Bir çox layihələrin rəhbəriyəm. Yəni biznes tərəfim var.

Yazaram, prodüserəm. İki ildir ki, pedoqoji fəaliyyətimi davam etdirirəm, dərs deyirəm".


"Hər il deyirəm ki, televiziyadan gedəcəm. Özü də yay ayları yaxınlaşanda başlayıram. Bu günlərdə də deyirəm ki, bəsdir, bitirəcəm verilişi, gedəcəm televiziyadan".

Edaletyolu.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev Əməkdar artist Bəhram Bağırzadənin İnstaqramda canlı yayımda qonağı olarkən deyib. Zaur fəaliyyətindən, aparıcılığından danışıb. O, hər il efirdən getməyi düşündüyünü söyləyib:

"Getmək fiziki, mənəvi yorğunluq və işin ağırlığındandır. Yaş da öz işini görür. Daha sakit yer axtarırsan. Sonra elə hallar səni ruhlandırır ki, yenə atılırsan işinə. Düşünürəm, elə gün gələcək özüm düşünəcəm ki, bəsdir. Burada vergül yox, nöqtə qoymaq lazımdır.

 Hazırda özümü görmək istədiyim yerdəyəm. Ən yüksəkdə, pik nöqtədəyəm".

Qızından söz açan Zaur "Dilavər dünyaya gələndə Günayla (həyat yoldaşı, aparıcı Günay Baxşəliyeva - red.) arzu etdik ki, onun hər ad gününü bir ölkədə qeyd edəcəyik. Ona görə də hər il pulumuzu yığıb harasa gedirik" sözlərini əlavə edib.



“İndikilərin çoxu fanaqrama oxuyur deyir ki, hər gün oxuyuruq. Qardaş, bizim vaxtımızda üç gün oxuyurduq, üç gün də dincəlirdik”
 
Bunu Əməkdar artist, muğam ustadı Süleyman Abdullayev deyib. 
 
Xanəndə Mədəniyyət Nazirliyində baş verənlərə görə təəssüf hissi keçirdiyini bildirib:
 
“Mədəniyyət Nazirliyində baş verənlərə görə çox məyus oldum. Boyunuzu yerə dürtüm, binamuslar! Altmış il filarmoniyanın solisti olmuşam. Həmçinin Sabir Mirzəyev də.

Bir də savadlı jurnalist üçün ölürəm, burnumun ucu göynəyir. Sözü düz yazan adamdan xoşum gəlir, yoxsa ki, adımdan istifadə edib özündən nəsə yazmasın. İndikilərin çoxu fanaqrama oxuyur deyir ki, hər gün oxuyuruq. Qardaş, bizim vaxtımızda üç gün oxuyurduq, üç gün də dincəlirdik.

Elə oldu ki, toylarda oxuyanlara Əməkdar artist, Xalq artisti fəxri adı verdilər, Süleyman Abdullayevlə və Sabir Mirzəyev isə qıraqda qaldı.
Çünki biz sifarişlərə getmədik, pul vermədik. Yenə Allah Zeynəb Xanlarovaya can sağlığı versin ki, o, məni təqdim elədi, rəhbətlik Heydər Əliyev də mənə Əməkdar artist fəxri adı verdi.

Bu gün o ada layiq görülən çox sənətçilərimiz var, amma onlar da illərdir kənarda qalıblar. Artıq səksən yaşım var və bundan sonra mənim üçün fəxri ad elə də vacib deyil, neynirəm.

Məni o ağrıdır ki, layiq olmayan adamlar bu gün fəxri adla, mənzillə təmin olunurlar”. 


Məşhur model Bella Hadidin adı italyancadan tərcümədə gözəl deməkdir. Dünyanın ən çox tələb olunan simalarından olan modelin gözəlliyi riyazi olaraq sübut olunub.

EDALETYOLU.AZ publika.az-a istinadən xəbər verir ki, Bellanın üz cizgiləri Antik Yunanıstanda qəbul edilən gözəllik qızıl bölgüsünə uyğun gəlir. Qızıl nisbətini latın dilində ilk istifadə edən böyük ehtimalla Leonardo Da Vinçidir. İntibah dövrünün rəssamları rəsmlərində və heykəllərində tarazılıq və gözəlliyi əldə etmək üçün Qızıl Bölgüdən çox vaxt istifadə edib.

 

Bellanın üzünün isə qızıl nisbətinə uyğunluğu 94,35 fazdir. Yeriməyi öyrənməzdən əvvəl at sürməyi öyrəndiyini deyən Bella həm də mahir bir at minicisidir. O, yoqa rahatlığını atlarda tapdığını deyir. Gündəlik həyatda ağır makiyajdan qaçan modelin üzündə estetik əməliyyatlar etdiyi irəli sürülür. Modelin sözlərinə görə, gözəlliyinin sirri tuş və gözəgörünməz dərəcədə incə olan sürmədir.

Beyons 92,44 faizlə ikinci yerdə qərarlaşıb.

Aktrisa Ember Herd isə 91,85 faizlə üçüncü olub.

Qızıl bölgü və ya qızıl nisbət nədir?

Qızıl nisbət riyaziyyat və incəsənətdə tətbiq olunur, bir bütünün hissələri arasında harmoniya baxımından ən uyğun ölçüləri göstərən həndəsi və riyazi nisbət bağlantısıdır. Odur ki, bir nəsnənin gözəl sayılması üçün obyektin şaquli və üfüqi ölçülərinin nisbəti 1,6 olmalıdır.

Bunu üz gözəlliyinə aid etsək, bir insanın iki yanaq arasındakı uzunluq, alnın və çənənin arasındakı uzunluğa bölündüyü təqdirdə 1,6 çıxırsa bu, insan gözəldir.



"Kimdə nə yoxdursa, ondan danışır. Məsələn, baxırsan nə gündədi. Amma deyir ki, filankəsin məndən ötrü ürəyi gedir. O cür insanlara psixoloji durumu pis olan kimi baxıram".


Axşam.az xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə "Şou news" verilişinə açıqlamasında deyib. Sənətçi bayağı mahnı oxuyan ifaçıları tənqid edib:


"Onlara inkişaf etməyi, reallığı görməyi diləyirəm. Öz qüsurlarınla gərək barışasan. Görür filankəs şortik geyinir, deyir, mütləq mən də etməliyəm. Axı getdiyin yerə uyğun deyil. Bacarmırsansa, ətraf sənə güləcəksə, gedib özünü biabır etməmək daha məntiqlidir. Bilsəm ki səsim, savadım yoxdur, durub mahnı oxumaram. Utanaram, oxumağa.

 

Bəzi ifaları dinləyib, onlardan utanıram. Qulağım onu qəbul etmir. Özümü öldürüm? Tapa bilmirəm o mahnılarda özümü. İstəyərdim ki, heç kim tapmasın. Sənəti olan bəllidir. Tamaşaçının qulağı güclüdür. Bilir savadlı, savadsız kimdir".



"Erkenci Kuş" serialı sayəsində böyük populyarlıq qazanan kino ulduzu Demet Özdemir "Altın Kelebek" mükafatının siması kimi həftəsonu Bakıya gələcək.

EDALETYOLU.AZ publika.az-a istinadən xəbər verir ki, o, təşkil olunan mətbuat konfransında media nümayəndələri ilə görüşəcək.

 

Qeyd edək ki, "Altın Kelebek Panten"nin siması əvvəlcə "Hercai" serialının aktrisası Ebru Şahin seçilmişdi. Lakin məlum olub ki, markanın siması və aparıcısı dəyişdirilib.

Onu da bildirək ki, bu il "Altın kelebek"də "Azərbaycanın ən parlaq ulduzu" nominasiyası üzrə Xalq artisti Röya Ayxan, Azad Şabanov, Elçin Cəfərov, Nura Suri, Sevda Yahyayeva, Gülay Zeynallı, Xəyyam Nisanov, aktrisalar Oksana Rəsulova və Pərvin Abıyeva yarışacaq.
"Erkenci Kuş"un məşhur ulduzu Bakıya gələcək – FOTO